Maralzəmi

Maralzəmi
38°59′01″ şm. e. 46°14′00″ ş. u.
Ölkə  Ermənistan
Rayon Meğri rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 69 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Maralzəmi xəritədə
Maralzəmi
Maralzəmi

Maralzəmi və ya Txkut (erm. Թխկուտ) — Zəngəzur mahalının Meğri rayonunda kənd[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Maralzəmi Rayon mərkəzindən 12 km şimal-qərbdə, Meğri çayının sol sahilində yerləşir.

Toponim maral heyvan adı ilə fars dilində «əkin yeri, tarla» mənasında işlənən zəmi sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənddə 1831-ci ildə 18 nəfər, 1873 - cü ildə 123 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 193 nəfər, 1904-cü ildə 951 nəfər yalnız azərbaycanlı yaşamışdı[3].

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur və kəndə ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənddən qovulmuş azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir.

Onlar kəndə döndükdən sonra ermənilər azərbaycanlılarn tarixi torpaqlarından çıxmışdır. Burada 1922-ci ildə 28 nəfər, 1926-cı ildə 72 nəfər, 1931-ci ildə 98 nəfər[3], 1987-ci ildə 800 nəfər[4] yalnız azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr ayında kənd sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

  • Maralzəmi – 1918-ci il. Zəngəzur qəzası rəisinin 1918-ci il 26 noyabr tarixli raporunda deyilir: “Mehri dərəsinin erməni dəstələri Vartanizor I - 100 tüstü və Vartanizor II (Maralzəmi) 60 tüstü müsəlman kəndlərini dagıtmış və 200 nəfər əhalini qılrmışlar...” [5].

Görkəmli şəxsiyyətləri[redaktə | mənbəni redaktə et]

  • Hidayət Orucov — şair-dramaturq; Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (25 iyul 2006-31 may 2012); Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi; Azərbaycan Respublikasının 1-ci dərəcə dövlət müşaviri. Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (27 dekabr 2012-ci ildən).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.68-69, 142-143
  4. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.174
  5. Azərbaycan SSR EA xəbərləri, N 4, 1989, səh. 87