Manhettenin baş planı

Manhettenin 1807-ci ildə təklif edilmiş planı planlaşdırma sxemi

Manhettenin baş planı (ing. Commissioners' Plan) — 1811-ci ildə qəbul edilmiş Manhettenin hərtərəfli inkişaf planı.

Planın təşəbbüskarı kimi Nyu-York ştatının legislaturası çıxış etdi. Onun əsas məqsədi 14-cü küçə ilə Vaşinqton Hayts arasındakı sahələrin tikilmə və qaydaya salma işlərini təmin etmək idi. Plan Nyu-Yorkun ən qədim borosunun müasir görünüşünü təyin edən Hippodam sisteminə əsaslanırdı. Əvvəlcə digər qədim şəhərlərin tikinti sxemi ilə müqayisədə bircürəlik və ciddiyyəti ilə tənqid olunurdu. Ancaq indi şəhərsalma üçün yaxşı bir nümunə sayılır.[1]

Ümumi konsepsiyaya riayət olunmasına baxmayaraq, adanın faktiki inkişaf planından bəzi sapmalara malikdir. Ən böyük fərq, orijinal plana daxil edilməyən Mərkəzi parkdır. 1853-cü ildə salınmış o, 5-dən 8-ci prospektə və 59 ilə 110-cu küçələrə qədər uzanır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Gray, Christopher. "Are Manhattan's Right Angles Wrong?". The New York Times (ingilis). 2005-10-23. 2013-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-16.