Məryəm Şabanova

Məryəm Şabanova
Ümumi məlumatlar
Doğum adı Məryəm Aranoviç
Doğum tarixi (38 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti aşkenaz yəhudisi
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2009 – indiyə qədər
Janr pop
Musiqi aləti pianino

Məryəm Şabanova (d. 2 iyun 1985, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı müğənni, 2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin finalçısı.

Karyerası[redaktə | mənbəni redaktə et]

Məryəm Şabanova (qızlıq soyadı: Aranoviç) 1985-ci ildə Bakı şəhərinin Füzuli küçəsində (əvvəlki adla Basin) anadan olub. Yəhudi əsillidir. Uşaqlıqdan musiqi ilə məşğul olub. Orta musiqi təhsili vardır. 2002-ci ildə orta təhsilini bitirdikdən sonra musiqi ilə məşğul olmağa başlamışdır.

2006-cı ildə Məryəm Rüstəm adlı bir şəxslə ailə həyatı qurub və həyat yoldaşının soyadını götürüb. 2007-ci ildə onun bu nikahdan Daniel adlı oğlu olub. Məhz həmin zamanda Məryəm Şabanova musiqi fəaliyyətini dayandırır. 2012-ci ildə isə onun ikinci oğlu - David dünyaya gəlib[1].

2009-cu ildə Məryəm Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün milli seçim turlarına qoşulur.[2] 2 fevralda keçirilən yarımfinal mərhələsində Məryəm Şabanova uğurla çıxış edir və Azad Şabanovu, Elli MiçiyevanıÜlviyyə Rəhimovanı geridə qoyaraq Safura ƏlizadəMilk & Kisses qrupu ilə birlikdə finala keçir.[3][4] Lakin final mərhələsində Məryəm qələbə qazana bilmir və həmin il Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində Safura Əlizadə təmsil edir. Daha sonradan 2010-cu ilin aprel ayında Məryəm Şabanova Rusiyanın tanınmış müğənnisi Qriqori Leps üçün mahnı bəstələyir. Hal-hazırda Məryəm musiqi karyerasına davam edir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Məryəmin ikinci övladı oldu". 2012-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
  2. ""Eurovision 2010"-a namizədlərimiz". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-07.
  3. "Eurovision-2010"_musabiqesindeki_temsilchisi__173684.html Azərbaycanın "Eurovision-2010" müsabiqəsindəki təmsilçisi altı nəfərin arasından seçiləcək[ölü keçid]
  4. Vüqarlı, Vüqar. "Around 20 artists have expressed their desire to represent Azerbaijan in Eurovision-2010" (Rusca). Day.az. 2009-07-08. 2009-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 Yanvar 2010. (#apostrophe_markup)