Mərv döyüşü

Wikipedia open wikipedia design.

Səfəvi-Şeybani müharibələri (1509-1510)
Əsas münaqişə: Səfəvi-Şeybani müharibəsi
I Marvv war.png Mərv döyüşü (1510)
Tarix 2 dekabr, 1510 [1]
Yeri Mərv
Səbəbi Şeybani xanının Şah İsmayıla təhqiramiz sözləri və hədələri
Nəticəsi Səfəvilərin qələbəsi
Ərazi dəyişikliyi Xorasan bütünlüklə Səfəvi dövlətinin tərkibinə qatıldı
Münaqişə tərəfləri

Safavid Flag.svg Səfəvilər dövləti

Şeybani xanlığı

Komandan(lar)

Safavid Flag.svg Şah I İsmayıl

Məhəmməd Şeybani

Tərəflərin qüvvəsi

17 000[2]

28 000 [3]

İtkilər

naməlum

10 000[4]

Mərv döyüşü2 dekabr 1510-cu ildə baş vermiş və Səfəvi dövlətinin Şeybani üzərində həlledici qələbəsi ilə tamamlanmış döyüş. Nəticədə, Səfəvilər Xorasanı nəzarət altına aldılar (şimal-şərqi və şərqi İran, qərbi və şimali Əfqanıstan, həmçinin indiki Türkmənistanın, Özbəkistanın, Tacikistanın müəyyən hissələri).

Tarixi[redaktə | əsas redaktə]

Şeybanilər təxminən 1495-ci ildə Mavərənnəhrdə möhkəmləndilər, 1507-ci ildə Herat Özbək xanının əlinə keçdi. Şah I İsmayıl, 1503-cü ildə İran üzərinə səfərə başladı və 1509-cu ilə qədər İranı (Xorasandan başqa) işğal etdi. Həmin zaman Xorasan Şeybanilərin nəzarəti altında idi.

Döyüş[redaktə | əsas redaktə]

Şah İsmayıl 17 000 nəfərlik qoşunla mərvə gəldi. Şeybani xanı özbək qəbilələrindən əlavə yardım gözləmək üçün Mərv qalasına çəkildi. Şah İsmayıl döyüşü səhrada keçirmək üçün ağıllı hərbi strateji hiylə işlətd ,guya şeybanilərdən qorxaraq geri çəkilir.Özbək sərkərdələri bunu başa düşüb Şeybani xana qaladan çıxmağı məsləhət görmədilər.Amma Şeybani xan buna qulaq asmayıb onu təqib etmək üçün qalanı tərk elədi, amma səfəvi ordusu tərəfindən məğlubiyyətə uğradılıb öldürüldü.[Mənbə göstərin]

İstinadlar[redaktə | əsas redaktə]

  1. SAVORY, ROGER. ESMĀʿĪL I ṢAFAWĪ. Encyclopedia Iranica. İstifadə tarixi: 2011-01-23.
  2. Ismāʿīl I at Encyclopædia Britannica
  3. P.A.Sykes. A History of Persia, vol. II, London, 1921, p.160.
  4. Savory, Roger, Iran Under the Safavids, Cambridge University Press, 2008,ISBN 0521042518,page 36.

Həmçinin bax[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek