Mərkəzi Avropa Beynəlxalq Kuboku

Mərkəzi Avropa Göre Kuboku - Mərkəzi Avropa ölkələri üçün təsis edilmiş beynəlxalq kubok.

Tarixi[redaktə | mənbəni redaktə et]

Avstriya futbol federasiyasının və onun sədri İosif Görenin təşəbbüsü ilə 1927-ci ildə Mərkəzi Avropa ölkələri üçün təsis edilmişdir.

Bu yarışlarda Avstriya, Macarıstan, İtaliya, Çexoslovakiya, habelə İsveçrənin yığma komandaları iştirak etmişlər. 1955-ci ildə onlara Yuqoslaviyanın da yığma komandası qoşulmuşdur.

Kuboka 1953-cü ildən etibarən mərhum İosif Görenin adı verilmişdir. Yarışlar üç ildən bir dəfə keçirilirdi. Komandalar bir-biri ilə iki dəfə qarşılaşırdılar. Mərkəzi Avropanın ilk mükafatçısı İtaliya komandası olmuşdur.

UEFA Avropa Kubokunun yaranması ilə əlaqədar olaraq, Göre kuboku uğrunda yarışlar dayandırılmış və ləğv edilmişdir. Son turda Çexoslovakiya futbolçuları qalib gəlmiş və bu fəxri mükafata əbədi sahib olmuşlar.

Nəticələri[redaktə | mənbəni redaktə et]

I turnir (1927-1930)[redaktə | mənbəni redaktə et]

Yer Komanda
1 İtaliya
2 Avstriya
3 Çexoslovakiya
4 Macarıstan
5 İsveçrə

II turnir (1931-1932)[redaktə | mənbəni redaktə et]

Yer Komanda
1 Avstriya
2 İtaliya
3 Macarıstan
4 Çexoslovakiya
5 İsveçrə

III turnir (1933-1936)[redaktə | mənbəni redaktə et]

Yer Komanda
1 İtaliya
2 Avstriya
3 Macarıstan
4 Çexoslovakiya
5 İsveçrə

IV turnir (1936-1938)[redaktə | mənbəni redaktə et]

IV turnir 1938-ci ildə müharibə ilə əlaqədar olaraq yarımçıq dayandırılmışdır.

Yer Komanda Oyun
1 Macarıstan 7
2 İtaliya 4
3 Çexoslovakiya 7
4 Avstriya 6
5 İsveçrə 8

V turnir (1948-1953)[redaktə | mənbəni redaktə et]

Yer Komanda
1 Macarıstan
2 Avstriya
3 Çexoslovakiya
4 İtaliya
5 İsveçrə

VI turnir (1955-1958)[redaktə | mənbəni redaktə et]

Yer Komanda
1 Çexoslovakiya
2 Macarıstan
3 Avstriya
4 Yuqoslaviya
5 İtaliya
6 İsveçrə