Məşəl savaşı

Wikipedia open wikipedia design.

"Məşəl savaşı" - Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) gedişində 1583-cü ildə Samur çayı sahilində baş vermiş döyüş.

Haqqında[redaktə | əsas redaktə]

Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) gedişində DağıstandaŞirvanda Osmanlıların güclənməsi ayrı-ayrı yerli hakimlərin narazılığına səbəb olduğundan onlar hətta qızılbaşlarla ittifaqa girirdilər. Məsələn, Şamxal və Əbubəkr Mirzə Osman paşaya qarşı birgə çıxış etmək təklifi ilə Gəncənin qızılbaş hakiminə müraciət etmişdilər.

1583-cü ilin yazında Şirvanda Osmanlılara qarşı mübarizəyə başçılıq edən İmamqulu xan yeni qüvvələr alaraq Kürü keçib Şirvana daxil oldu. Şamaxıda olarkən, Niyazabad ərazisində Yaqub bəyin Osmanlı qoşunlarının cəmləşməsi xəbərini alan İmamqulu xan Rüstəm xanı qızılbaş dəstəsi ilə onlara qarşı göndərdi. Şiddətli vuruşmada Yaqub bəy və digər Osmanlı hərbi başçıları öldürüldülər. Osmanlılar tamamilə darmadağın edildilər. Qızılbaşlar onları Dərbəndədək təqib etdilər. Köməyə gələn Osman paşa Samur çayı sahilində, Baştəpə yaxınlığında qızılbaşlarla döyüşə girdi.

Türk mənbələrində qeyd edildiyi kimi, Əbubəkr Mirzə bu döyüşdə qızılbaşların tərəfində çıxış edirdi. Peçevi onu “bu tərəfdən üz döndərmiş (yəni sultana xəyanət etmiş) İbn Bürhan”, “xain kafir” kimi yad edir. İmamqulu xanın Osman paşa ilə döyüşü bir neçə gün davam etdi. Atışma gecələr də məşəl işığında davam etdirildiyi üçün bu döyüş “məşəllər savaşı” da adlanırdı. Yalnız döyüşün dördüncü günü Osmanlılar üstünlük qazandılar və qızılbaşları döyüş meydanından çəkilməyə məcbur etdilər.

Mənbə[redaktə | əsas redaktə]

  • Oqtay Əfəndiyev. "Azərbaycan Səfəvilər dövləti". Bakı: Şərq-Qərb, 2007,
  • Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı. "Elm". 2007. 592 səh.


This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek