Məşədi Əyyub Baki

Məşədi Əyyub Baki
Məşədi Əyyub Hacı Sadıq oğlu Sadıqov
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair
Vikimənbənin loqosu Məşədi Əyyub Baki Vikimənbədə

Sadıqov Məşədi Əyyub Hacı Sadıq oğlu (Məşədi Əyyub Baki)Azərbaycan şairi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məşədi Əyyub Baki 1866-cı ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Bir müddət Şiraz şəhərində yaşamışdı. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firudin bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Qardaşı Məşədi Nəsir Lövhi də şair idi. Məşədi Əyyub Baki 1900-cü ildə vəfat edib.[1]

Məşədi Əyyub Balış xanım Mehdi bəy qızı Vəzirova ilə həyat qurmuşdu.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]