Lvov tarixi

Lvov tarixi
Coat of Arms of Lviv
Bu məqalələr ölkə seriyasındandır
Orta əsrlər
Reç Pospolita dövrü
Otuzillik müharibə dövrü
Avstriya-Macarıstan dövrü
General-qubernatorluq dövrü
Holokost dövrü
Xronologiya
Memarlıq tarixi
Hutsul sesessiyası
Merlər
Parklar

Lvov portalı

Lvov — əsrlər boyu bölgənin elmi, mədəni və milli mərkəzi olmaqla Qərbi Ukraynanın ən böyük şəhəri. Qədim dövrlərdə Qalisiya-Volın dövlətinin paytaxtı, daha sonra isə Rusiya voyevodasının, Qalisiya və Lodomeriya krallığının inzibati mərkəzi olmuşdur. 1918-ci ildə Qərbi Ukrayna xalq respublikasının paytaxtı olmuşdur. Şəhər Polşa Respublikasının tərkibinə daxil olduqdan sonra, Lvov eyniadlı vilayətin mərkəzinə çevrildi. İkinci Dünya müharibəsində ilk növbədə sovet ordusu tərəfindən, sonra isə alman ordusu tərəfindən ələ keçirildi. Müharibədən sonrakı dövrdə Sovet İttifaqının tərkibinə qatıldı. 1991-ci ildən - müstəqil Ukraynanın Lvov vilayətinin inzibati mərkəzidir.

Lvovun inkişaf tarixinin bütün mərhələlərini nəzərə alaraq, şəhərin inkişafında öz ruhunu formalaşdıra Lvov memarlığında ən azı dörd növü görə bilərik: şəhərin əsas tonlarını müəyyən edən Rus memarlığı, böyük ticarət yolu şəhəri olan Renessans Lvovu, Sessesiya (lat. secessio — tərk etmə; secedo — tərk edirəm sözündən) — üç şəhərin (ukrayn, polyak və yəhudi) milli dirçəlişi və eləcə də Ukrayna və Polşanın milli müqavimətinin şəhəri.

Lviv multikultural irsi olan şəhəridir. Polyak,alman, yəhudi, erməni, avstriyalı, sonra rus və sovet təbəqələri, onun Bizans üslubu üzərində üstünlük təşkil etmiş,katolisizm, protestantlıq, əks-islahatçılıq, hasidizm, frankizm, sionizm məhz Avropa meylləri olan Lvov vasitəsilə Ukraynaya gəlib[1].

Şəhərin əsasının qoyulması[redaktə | mənbəni redaktə et]

Arxeoloji qazıntıların məlumatlarına əsasən, müasir Lvov və onun ən yaxın ətraflarının yerləşdiyi ərazilər qədim tayfalar tərəfindən hələ mezolit dövründə məskun edilmişdir. Lvov şəhərinin şimal-qərbində yerləşən şəhər tipli Brüxoviçi (pol. Brzuchowice) adlı qəsəbədə aşkar edilmiş bir neçə qədim yaşayış məntəqəsinin və mağaraların qalıqları, həmçinin Vorontsev-Starunya mədəniyyətinə aid olan çoxsaylı daş məmulatları (e.ə. VI-IV minilliklər) buna şahidlik edir. Qəsr dağında, eləcə də Lısovka, Jupanı və Vinniki şəhərinin yaxınlığında yerləşən Çertova skala yüksəkliklərində arxeoloqlar tərəfindən aşkar edilmiş əkinçi və maldar tayfalarının qəsəbələrinin arxeoloji izləri mis dövrünün sonlarına aid edilir (mis dövrünün yaşayış məskənlərində aşkar edilmiş artefaktları alimlər "çalavari qədəhlər" mədəniyyətinə aid edirlər). Hazırkı İvan Franko adına şəhər parkının ərazisində erkən tunc dövründə yaradılmış qədim kurqanın qalıqları saxlanılmaqdadır[2].

Daniil Qalitski

Müasir Lvovun ərazisində ən qədim daimi slavyan qəsəbələri Poltva çay vadisi və Znesenye təpələri arasında mövcud idi. Müasir Znesenye regional landşaft parkının ərazisində, daha doğrusu İlan dağının zirvəsində, VII—X əsrlər arasında Svyatovit tanrısının bütpərəst məbədi mövcud olmuşdur (xalq arasında bu cür məbədlər kápişşe (ukr. Капище) adlandırılırdı), onun ətrafında isə böyük şəhərin əsası qoyulmuşdur (günümüzdə həmin yer "Svyatovit sahəsi" olaraq tanınır). Qonşuluqdakı Baba dağında ("Doğuş dağı" olaraq da tanınır) da təxminən həmin dövrə aid edilən daha bir kapişşe və yaşayış məskəninin qalıqları aşkar edilmişdir. Arxeoloqlar tərəfindən təyin edilmişdir ki, X əsrdə həmin yaşayış məskəni öz yerini Qəsr dağının qərb yamacına doğru dəyişmiş, köhnə qəsəbənin çox hissəsi isə dağıdılmışdır. Bundan sonra həmin yaşayış məntəqəsi Znesenye (ukr. Знесіння) adlanmağa başlamışdır və bu ad, slavyan mənşəli ən qədim Lvov toponimlərinən biri hesab edilir[3][4][5].

1992-ci ildə müasir "Dobrobut" adlı bazarın yerləşdiyi ərazidə (keçmiş Krakovskoye adlı şəhər kənarı, hazırda isə - knyaz Yaroslav Osmomısl meydanı) aparılan qazıntı işləri zamanı Frakiya-Hallştatt (e.ə. I minilliyin ortaları), Çernyaxov (IV əsr), Praqa (VI əsr) və Luka-Raykovets (VIII-IX əsrlər) mədəniyyətlərinin izləri tapılmışdır. Hallştatt mədəniyətinə aid edilən daha bir qədim yaşayış məntəqəsinin qalıqları isə, 1986-cı ildə Teatralna küçəsində və 1987-ci ildə İvan Podkova meydanında aşkar edilmişdir[2][6].

Şəhərin əsası XIII əsrin ortalarında Rusiya çarı Daniil Romanoviç Qalitski tərəfindən qurulmuşdur. Ən geniş yayılmış versiyalardan birinə görə, şəhərin adını Daniel Qalitskinin oğlu Levin şərəfinə Lvov adlandırmışdır.

1253—1349: Qalisiya-Volın knyazlığı: Qızıl Orda ilə mübarizə[redaktə | mənbəni redaktə et]

1253-cü ildə Daniil I Romanoviç Rusiyanın kralı oldu və Qızıl Ordadan vassal asılılığının dayandırıldığını elan etdi. Daniel hər yerdə qalalar qururdu, onlardan biri Lvov idi. Onun paytaxtı Polşa sərhədində, Qalisiya-Volın əyalətinin qərbində, Xolmda idi. Qalisiya "Rus" adı ilə möhkəmləndirildi. "Kiçik" şahzadə Volın taxtına sahib oldu.

Lvovun şəhər qismində yazılı mənbələrdə ilk dəfə yada salınması Qalitsiya-Volın (Haliç) salnaməsində rast gəlinir; məhz həmin salnamə 1256-cı ilin payızında Xolm (daha sonralar Xelm olaraq adlandırılan) şəhərində baş vermiş böyük yanğını və bu hadisənin Lvova olan təsiri haqqında geniş izahat verir[7]. Qalitsiya knyazı Daniil Romanoviç Lvov şəhərinin əfsanəvi banisi hesab edilir; deyilənə görə, şəhər öz müasir adını knyazın oğlu Lev Daniloviçin şərəfinə əldə etmişdir[8][9][2][10][11][5][12]. Bununla belə, o dövrün heç bir yazılı mənbəsi belə iddia üçün ciddi əsaslar vermir. Ukraynalı tarixçi alim Leontiy Voynoviç Belarus-Litva salnamələri və XVI-XVIII əsrlərdə yaşayıb yaratmış müəlliflərin əsərləri əsasında iddia edir ki, şəhərin əsası Lev Daniloviç tərəfindən qoyulmuşdur. Şəhər Lev Daniloviçə məxsus olan Peremışl torpağınınBelz knyazlığının sərhədində yerləşirdi[13]. Başqa bir tarixçi alim Yaroslav İsayeviç hesab edir ki, knyaz Daniil Romanoviç şəhərdə aparılan tikinti-quruculuq işlərinə rəhbərlik edir, onun oğlu Lev Daniloviç isə birbaşa işlərin aparıldığı sahəyə nəzarət edirdi. Voytoviç həmçinin qeyd edir ki, 1245-ci ildə San çayının sahilində yerləşən Yaroslav şəhərinin ətrafında baş vermiş döyüş zamanı Lev Daniloviç artıq əlahiddə bir alaya komandirlik edir və nəticə etibarı ilə şəxsi xanədanlıq mərkəzinə sahib olur və bu səbəbdən də atasının birbaşa icazəsi olmadan xanədanlığının ərazisində istənilən şəhərin əsasını qoymaq səlahiyyətinə malik olur[14].

Rus kralı Lev Daniloviçin rəhbərliyi altında Qəsr dağının zirvəsində ucaldılmış, Polşa kralı III Kazimir tərəfindən genişləndirilmiş və XIX əsrdə sökülmüş məşhur Yüksək qəsr (pol. Wysoki Zamek) kompleksi.
1292-ci ildə Lev Daniloviç tərəfindən Poltva çayının sahilində (hazırda Köhnə şəhərin mərkəzi) inşa edilmiş və uzun illər kral iqamətgahı funksiyasını yerinə yetirmiş Aşağı qəsr (pol. Niski Zamek) kompleksi.

Bununla belə, şəhər faktiki olaraq salnamələrdəki yadasalmalardan daha öncəki dövrlərdə də mövcud olmuşdur. 1980-ci illərin başlanğıcında şəhər arsenalının qərb divarı ətrafında həyata keçirilən restavrasiya və sanasiya işləri zamanı ehtimal ki, 1213-cü ildə hazırlanmış palıd konstruksiyalarının qalıqları üzə çıxarılmışdır[2]. Bir çox müasir tarixşünas alimlər tərəfindən, Lvov şəhərinin, qərbi Rus torpaqlarına monqol-tatar ordusunun birinci basqınından dərhal sonra (yəni 1239-cu ildə), qarət edilmiş dövlətin təsərrüfat fəaliyyətini stimullaşdırmaq üçün və yaxud knyaz oğlu Levin macar kralı IV Belanın qızı Konstansa ilə sülalə nikahının (1247) şərəfinə yaradıldığı ehtimal edilir[10].

1259-cu ildə (digər məlumatlara görə — 1261-ci ildə[11]) monqol ordusunun ali tümənbaşısı olmuş Burunday, istila təhdidi altında knyaz Daniili və oğlu Levi Qəsr (və ya Knyaz) dağının zirvəsində ucaldılmış taxta qəsri dağıtmağa məcbur edir[9][2][3][10][12]. Knyaz qəsrinin məhz həmin dağın zirvəsində yerləşməsi haqqında olan hipotez ilk dəfə olaraq arxeoloq və tarixçi Anton Petruşeviç tərəfindən irəli sürülmüşdür. Başqa bir tarixçi alim Aleksandr Çolovskinin mülahizələrinə əsasən, "Lvov detinetsi" qonşu dağların birisində yerləşirdi, Qəsr dağında isə ancaq müşahidə qülləsi ucalırdı. Tarixçi İsidor Şaraneviçin versiyasına görə, Daniil Qalitskinin hakimiyyət dövründə mövcud olmuş Lvov şəhəri hazırkı Znesenye parkının ərazisində yerləşirdi, 1261-ci ildən sonra isə knyaz Lev tərəfindən hazırkı Starıy Rınok (Köhnə Bazar) meydanının olduğu əraziyə köçürülmüşdür. Qəsr istehkamları Knyaz dağının aşağı terraslarını əhatə edirdi və Köhnə Bazar, Müqəddəs Nikolay kilsəsi, Müqəddəs Onufriy, Cümə gününün Müqəddəs Paraskevası kilsəsiPidzamçe rayonu (keçmişdə həmin rayon Rozenberq adlanırdı) boyunca davam edirdi[15][3].

Bəzi mənbələrə ("Macarıstanlı Müqəddəs Kuniqundanın Həyatı", Litva salnamələri, Qərbi Avropa və erməni mənbələri) əsasən, 1270-1280-ci illər arasında Lvov Qalitsiya-Volın knyazlığının paytaxtı statusuna malik idi, buna həmçinin Lvov gerbinin ümumdövlət simvolu kimi istifadə olunması şahidlik edir[2]. Bu dövrdə Lvov qəsri yenidən qurulmuşdur və 1288-ci ilin yanvar ayında Qızıl Orda xanı Tula-Buqanın həyata keçirdiyi mühasirə əməliyyatına davam gətirmişdir[16]. Qızıl Orda bəylərbəyi olmuş Noğay xanın və Volın knyazı Mstislav Daniloviçin birgə rəhbərliyi altında formalaşdırılmış monqol qoşunları şəhər qəsrinə hücum etməkdən son anda imtina edir və bunun əvəzinə Lvovun ətrafında yerləşən bütün kiçik kəndləri talan edirlər[17]. 1974-cü ildə həyata keçirilən daha bir genişmiqyaslı arxeoloji qazıntılar zamanı dairəvi qüllənin bünəvrə izləri, həmçinin üz tərəfindən daşlarla bərkidilmiş, yuxarıdan isə çəpərlənmiş divarların və torpaq səngərlərinin qalıqları aşkar edilmişdir[9][2][3][12].

XIII əsrin sonunda və XIV əsrinin birinci yarısında Lvov Qalitsiya-Volın knyazlığının ən böyük şəhərlərindən biri idi. Şəhərin müstəqil olmağı, şəhər gerbinin mövcudluğu ilə sübut edilirdi (qalxan üzərində təsvir olunmuş şir); bundan başqa, Yüksək qəsrdə knyaz xəzinəsi və arsenalı saxlanılırdı. Knyaz Lev Daniloviç və onun taxt varisi I Yuri Lvoviç indiki Dominikan kilsəsinin yerləşdiyi ərazidə bir zamanlar mövcud olmuş saray kompleksində məskunlaşmışdılar (həmin saray ilə Aşağı qəsr, daha sonralar Erməni küçəsinə çevrilmiş geniş bir yol vasitəsilə birləşdirilmişdirlər). Sarayın ətrafında Qərbi Avropa şəhərlərinin nümunələri üzrə yeni qəsəbənin əsası qoyulmuş və həmin yeni qəsəbəyə Pidzamçe rayonundan rusinlər, almanlar, ermənilərtatarlar tədricən köçməyə başlamışdılar[9][2][10].

1340-cı ilin aprelində sui-qəsdçilər knyaz II Yuri Boleslavı zəhərləyirlər və bu akt Lvov sakinləri arasında ciddi təlatümlərə səbəb olur. Knyazın ölümündən bir müddət sonra Qalitsiya boyarları, ilk növbədə knyazın şəxsi dəstəyindən və təqdim olunmuş böyük imtiyazlardan istifadə edən katolik almanlara və digər xarici tacirlərə qarşı xalq qəzəbini yönəltmək qərarını alırlar. Şəhər sakinləri arasında baş vermiş kütləvi çaxnaşmadan Polşa kralı III Kazimir öz xeyrinə yararlanmağa çalışır və bu Qalitsiya-Volın mirası üzərində bir tərəfdən Polşa və Macarıstan, digər tərəfdən isə litvalılar, rusinlər və monqol-tatarlar arasında müharibənin baş verməsinə səbəb olur[18][19][20].

1340-cı ilin aprel ayının sonunda kral III Kazimirin ordusu macarların dəstəyi ilə Lvov şəhərini işğal edir; onlar knyaz xəzinəsini, o cümlədən hakimiyyət reqaliyalarını (tac, taxt və tacqoyma plaşı) qarət edir, şəhər istehkamlarını yandırır və təntənəli şəkildə Krakova geri qayıdırlar. 1340-cı ilin iyun ayında daha da böyük polyak ordusu Lvov şəhərinə doğru ikinci yürüş edir, ancaq Qalitsiya voyevodası Dmitri Detko (Dedko) sakinlərin müqavimət hərəkatına rəhbərlik edərək və tatarların köməyindən yararlanaraq polyak ordusunu geri çəkilməyə məcbur edir[21]. Litva knyazı Lübart Gediminoviçin və Qızıl Orda canişinlərinin dəstəyindən istifadə edərək, Detko faktiki olaraq Lvov şəhərinin başçısı və Rus torpaqlarının yüzbaşısı vəzifələrini icra etməyə başlayır (Qalitsiya boyarları formal olaraq pravoslavlığı qəbul etmiş knyaz Lübartı dəstəkləyirdilər)[22].

1349—1387: Rus knyazlığı: Polşa və Macarıstan ilə mübarizə[redaktə | mənbəni redaktə et]

İlk Lvov ratuşası
Latın kafedrası

1341-ci ildə Detko Lvov uğrunda gedən çoxsaylı qırğınlar zamanı qarət edilmiş əmlakın kompensasiya edilməsi vədi olaraq şəhərdə ticarətin davam etdirilməsi çağırışı ilə Torn şəhərində məskunlaşan alman tacirlərinə müraciət edir[3][10]. 1349-cu ildə kral Kazimir tatarların bitərəfliyindən istifadə edərək yenidən Lvov şəhərini ələ keçirməyə müvəffəq olur (həmin dövrdən etibarən, Qalitsiya torpaqları polyakların, Volın isə litvalıların tabeçiliyinə daxil olur. Şəhər "Rus krallığı" (lat. Regnum Russiae) adlandırılan diyarın inzibati mərkəzi elan edilir; burada almanların və polyakların sırasından olan böyük qarnizon yerləşdirilir, rusin xalqının nümayəndələri olmuş boyarlar və narazı sakinlər isə şəhərdən qovulur. 1351-ci ildə litvalılar şəhərə hücum edir, bir çox tikilini talan edir və böyük sayda yerli əhalini əsarətə alırlar. 1352-ci ilin may ayında Lübartın qoşunları şəhərə yenidən yaxınlaşır, lakin daha sonra fikirlərini dəyişərək yaxınlıqdakı Haliç şəhərini işğal edirlər[23][24][9][11].

XIV əsrin birinci yarısında Lvov knyazlığın böyük intisadi mərkəzi olmasına baxmayaraq, yaxınlıqdakı Haliç, Vladimir, Peremışl (hazırkı Pşemısl) və Terebovlyadan fərqli olaraq heç bir zaman rusin etnosunun ciddi siyasi, dini və ya mədəni ocağına çevrilmir. Şəhər qismində o, ətrafdakı şəhərlərdən daha gec dövrdə formalaşmışdır, burada böyük faiz nisbəti ilə əcnəbi kontingenti mövcud idi (onlar ənənəvi olaraq başlıca hakim vəzifələri tuturdular). Alman müstəmləkələşdirməsi siyasəti nəticəsində Lvovda yaşayan meşşanlar ümumrus deyil, daha çox müstəqil şəhər hüquqlarından yararlanırdılar. Ümumiyyətlə Lvov meşşanlığı öz aydın hüquqi statusu ilə ayrıca ictimai təbəqə qismində, əsasən alman etnik zəminində formalaşmışdır[25]. Lvov şəhərində məskunlaşan böyük erməni icmasına sərbəst şəkildə ticarətin aparılmasına icazə verən xüsusi rüsxətnamə. Sənəd Polşa kralı Böyük Kazimir tərəfindən 3 fevral 1367-ci ildə imzalanmış və möhürlənmişdir.

1352-ci ilin yay ayında kral III Kazimir öz priveleyi əsasında (lat. privilegium — xüsusi qanun; pol. przywilej), yerli sakinlər arasında "voyt" adlandırılan konxa Bertoldun uşaqlarına Vinniki şəhərinin yerində bir zamanlar mövcud olmuş olduqca geniş mülkiyyət torpaqlarını bəxş etmişdir (daha öncələr həmin torpaqları Bertoldun özünə knyaz Lev bağışlamışdır). Həmçinin kral Qalitsiya boyarlarını hərbi mükəlləfiyyətin yerinə yetirilməsinə məcbur etməklə, onların sahib olduqları qədim torpaq hüququnu təsdiqləmiş və onlara yeni torpaq paylarını hədiyyə etmişdir. Yeni qanuna əsasən, hərbi xidmətə voytlarla yanaşı, həmçinin soltıslar (kənd ağsaqqalı) da cəlb olunmalı idilər (Soltıs, Şulthays və ya Şultz (pol. Sołtys, alm. Schultheiß, Schulz‎) - Almaniya krallığında (Regnum Teutonicum), kral qarşısında öz vəzifəsinin icrasına nəzarət etmək üçün bu və ya digər icmaların nümayəndələri vəzifələrinə kral tərəfindən təyin olunan şəxsdir)[26]. Lübartın həyata keçirdiyi hərbi səfər və kampaniyaların ardınca, III Kazimir artıq köhnəlmiş Yüksək qəsrin yenidən qurulmasını əmr edir. Yenidənqurma işlərinin tamamlanmasından sonra, dağın zirvəsində yeni daş divarlar, qüllələr, iki həyət, ikimərtəbəli saray, eləcə də qaldırıcı körpülər formalaşmışdır[2][11][5].

1356-cı ildə Maqdeburq ratuşasında imzalanan rüsxətnaməyə əsasən, Lvov şəhəri özünüidarəetmə hüququnu əldə edir [27]. Katoliklər şəhərin imtiyazlı icması elan edilmələrinə baxmayaraq, Kazimir digər milli icmaların (ermənilərin, yəhudilərin və rusinlərin) da hüquqlarını etiraf etməyə məcbur olur. 1370-ci ilin sonunda III Kazimirin ölümündən sonra, şəhər Macarıstan tacının tabeçiliyə keçir. Əvvəlcə burada macar kralı I Lüdovikin canişini kimi knyaz Vladislav Opolçik, daha sonralar isə müxtəlif macar voyevodaları hökmranlıq edirdilər. Opolçik katolik arxiyepiskopuna Lvov gömrükxanalarının əldə etdiyi gəlirin dəsyatin hissəsini bağışlayır, həmçinin fransiskan və dominikan ordenlərindən olan monastırlara maliyyə yardımı göstərirdi. Bundan başqa, o, Lvov divarları arxasında yerləşən Müqəddəs Xaç kostyolunu və Yüksək qəsrə aparan ticarət yolunu erməni icmasına hədiyyə edir. 1381-ci ildə şəhərdə güclü yanğın baş verir; həmin yanğın nəticəsində, Rınok meydanında yerləşən taxta ratuşa binası da daxil olmaqla bir çox şəhər binaları, Aşağı qəsr, həmçinin fərman, diplom və knyaz dövrünün əlyazmalarının saxlanıldığı şəhər arxivi məhv olmuşdur[9][11][2].

1387—1772: Polşa krallığı və Reç Pospolitanın hakimiyyəti altında[redaktə | mənbəni redaktə et]

Lvov uspenski kilsəsi
1700-cü illərdə Lvovun planı

1386-ci ildə Macarıstan kraliçası Mariya Vladislav Opolçikin Qalitsiya torpaqları üzərində sahiblik hüququnu yenidən bərpa edir. 1387-ci ilin başlanğıcında Lüdovikin daha bir qızı və varisi olmuş Polşa kraliçası Yadviqa Lvova təntənəli şəkildə daxil olur və onu təkrarən öz krallığının tərkibinə daxil edir (yaranmış konflikt zamanı, kraliça Mariyanı ancaq Vladislav Opolçik və Haliç kovxası Benedikt dəstəkləmişdilər)[28]. Həmin ilin payızında isə Lvovun Aşağı qəsrində II Vladislav və Moskva knyazı Dmitri Donskoyun oğlu knyajiç Vasili arasında danışıqlar həyata keçirilmişdir. 1388-ci ildə isə, II Vladislav "Lvov şəhərinin heç kəsə və heç bir zaman feodal mülkiyyətinə verməyəcəyi" haqqında ətraflı bilgi verən xüsusi fərman imzalayır.

Rusinlər və yəhudilər katolisizm dinini güc yolu ilə yaymağa çalışan Polşa hakimiyyəti tərəfindən milli və dini ayrı-seçkiliyə məruz qalırdılar. Bunun əksinə olaraq, polyak və alman mühacirləri xeyli imtiyazlara sahib olur və XIV əsrin sonunda şəhərin imkanlı patrisiat təbəqəsinə çevrilirlər. II Vladislav dominikan ordeninə məxsus Tanrı Vücudu və fransiskan ordeninin Müqəddəs Xaç monastırlarına olduqca geniş torpaq sahələri və maliyyə vəsaitləri ayırmış, 1402-ci ildə isə Lvov ermənilərinə bütün Polşa ərazisində ticarətlə məşğul olmalarına imkan yaradan xüsusi bəyannamə imzalamışdır. XIV əsrin sonlarında nəşr edilmiş "Ucqarvə yaxın rus şəhərlərinin siyahısı" adlı coğrafi xarakterli əsərdə sıralanan 358 şəhər içərisindən ancaq Novqorod və Lvov "velikiy", yəni böyük və ya şanlı adlandırılmışdır[29].

1410-cu ilin yaz aylarında Lvova təşrif buyurmuş II Vladislav Tevton ordeninə qarşı yürüş planı hazırlayır, 1410-cu ilin iyul ayında baş vermiş məşhur Qrünvald döyüşündən sonra Lvov, krallığın digər şəhərləri ilə yanaşı Vladislavın şərəfinə zəfər qarşılanması təşkil edir. 1414-ci ildə Polşa kralı Roma papasının rəsmi razılığı ilə katolik arxiyepiskopunun iqamətgahını birdəfəlik olaraq Haliçdən Lvova köçürməyə nail olur[30].

1415-ci ildə II Vladislav Lvova geniş torpaq sahələrini bəxş edir və bu torpaqlarda daha sonralar Kulparkov, BilohorşaBrüxoviçi adlı kəndlər formalaşmağa başlayır. 1429-cu ildə Lutsk şəhərində düzənlənən monarxlar qurultayında iştirak etmək məqsədilə, Lvov şəhərini Polşa kralı ilə birlikdə Müqəddəs Roma imperiyasının imperatoru I Sigizmund (Jiqmond) Lüksemburqu ziyarət edir. XV əsrin 30-cı illərində Lvov almanları Moldovadan tənək tinglərini gətirərək, Yüksək qəsrin yamaclarında əkir və onları becərməyə başlayırlar (kilsə yevxaristiyası üçün Məsihin qanını təqlid edən şərabdan istifadə ediliridi və üzüm tinglərinin başlıca məqsədi də, şəhərdə şərabçılığın inkişaf etdirilməsi idi; onlar təxminən XVII əsrin ortalarına qədər istifadə olunurdular).

Lvov şəhəri Polşa krallığının tərkibinə daxil olduqdan sonra, burada katolisizm dini sürətlə yayılmağa başlayır. Dominikan, fransiskan və bernardin ordenlərinin rahibləri tərəfindən burada çoxsaylı monatır və kilsələrin əsası qoyulur.
Katolik dininə aid kilsələrin interyerləri:
Latın kafedralının interyeri (solda) və Bernardin monastırının interyeri (sağda)

1433-cü ildə II Vladislav tərəfindən Yedlin statutunun imzalanmanma, bir ildən sonra isə onun oğlu III Vladislav Varnençik tərəfindən təsdiqetmə mərasimi icra olunmuşdur. Məlum statuta görə, Qalitsiya qeyd şərtsiz olaraq Polşa krallığının tərkibinə daxil edilir, burada polyak üslublu inzibati və məhkəmə sistemi tətbiq edilir, Qalitsiya şlyaxtası isə, hüquq və imtiyazlar baxımından polyak şlyaxtası ilə bərabərləşdirilmişdir (bu, zəngin rusin sülalələrinin polonizasiya və katolizasiya (katolikləşdirmə) prosesini daha da sürətləndirir və bu sülalələrin əsas meşşan kütləsindən ayrılmasına səbəb olur). Beləliklə Lvov, olduqca geniş və öz tərkibində Haliç, Peremışl, Syanok və Xolm kimi yaşayış məntəqələrini birləşdirmiş Rus voyevodalığının inzibati mərkəzi olur. 1434-cü ilin iyun ayında Lvova səfər edən II Vladislav yolda vəfat edir və bu səbəbdən də şəhərində bir il müddəti boyunca davam etməsi nəzərdə tutulan matəm elan edilir.

XV əsrin birinci yarısında əslən Polşadan olan Odrovonj adlı şlyaxtiç sülaləsi Lvovda olduqca nüfuzlu və qüdrətli təbəqəyə çevrilir. Həmin sülalənin nümayəndəsi olmuş Yan Odrovonj Lvov şəhərinin arxiyepiskopu, onun kiçik qardaşı Pyotr Ondrovonj - rus voyevodası və ətraf torpaqların kəndxudası, onun ortancıl qardaşı Pavel isə - Lvov kaştelyanı idi[31]. 1450-ci ildə Lvov konxası, iki ildən sonra isə Rus voyevodluğunun başçısı vəzifəsinə həlak olmuş Pyotrun qardaşı Andrey Ondrovonj təyin olur[32]. O, sənətkarlığın inkişafına köməklik göstərir, eləcə də Bernardin ordeninin rahibləri və taxta monastırın inşası üçün Haliç darvazasının yaxınlığında geniş torpaq sahəsi ayırır. Eyni zamanda Andrey Odrovonj Lvovun iqtisadi hüquqlarını məhdudlaşdırmağa və şəhərin ənənəvi gəlir mənbələrini dayandırmağa cəhd göstərirdi. 1460-cı ildə Lvovda şəhərlilər arasında narazılıq başlayır. İzdiham polyak ordusu tərəfindən yatırılmasına baxmayaraq, əleyhdar sırasına meşşanlar ilə yanaşı həmçinin zəngin şlyaxta üzvləri də qoşulur. Andreyin 1465-ci ildə ölümündən sonra Lvov konxası vəzifəsini onun qardaşı Yan Ondrovonj yerinə yetirməyə başlayır (şlyaxta və meşşanların təzyiqi altında, kral Andrey tərəfindən qardaşı üçün vəsiyyət etdiyi Lvov torpağını müsadirə edir).

1489-cu ildə Lvov küçələri boyunca təntənəli hərbi keçid təşkil edən polyak ordusu buradan Valaxiya çarlığına doğru yürüşə çıxır. 1494-cü ildə baş vermiş və yəhudi və rus küçələrini əhatə etmiş böyük yanğın hadisəsi nəticəsində bir çox yaşayış binası və 5 müdafiə qülləsi məhv olur. 1497-ci ilin yazında Lvov şəhəri kral I Yan Olbraxtın rəhbərliyi altında Moldaviya knyazlığına qarşı yürüşə hazırlaşan cəngavərlərin toplanış mərkəzi olaraq seçilir. 1497-ci ilin oktyabrında polşa qoşunları moldovalı hökmdar III Stefan tərəfindən amansız məğlubiyyətdən sonra geri çəkilməyə məcbur olur və Lvova qayıdaraq, özləri ilə birlikdə şəhərə taun xəstəliyini gətirirlər, 1498-ci ildə isə artıq III Stefanın qoşunları Lvovu mühasirəyə alaraq, bütün ətraf kəndləri talan edirlər[33]. Bundan başqa, 1498-ci ildə Qalitsiya torpaqlarına edilən basqın zamanı Lvov şəhərətrafı çoxsaylı tatar dəstələri tərəfindən yandırılmışdır.

1504-cü ildə baş vermiş yanğın, yəhudi məhəlləsində və ona bitişik ətraf küçələrdə yerləşən mənzillər, şəhər tövlələri, yeddi müdafiə qülləsi şəhər divarları və fahişəxana binası, eləcə də mum materialının hazırlandığı sexlər ciddi dağıntıya məruz qalmışdılar. 1509-cu ilin yayında Stefanın oğlu, "kor" ləqəbi almış III Boqdan öz böyük qoşunu ilə birgə Qalitsiya torpaqlarına intervensiya edir və Lvov şəhərini üç gün mühasirədə saxlayır; bir neçə uğursuz hücum əməliyyatından sonra o, ətraf əraziləri talan edir[34]. Bir çox şlyaxta sülalələri, o cümlədən Balitskiye, Vitvitskiye, Droqomeritskiye, Berezovskiye, Lutskiye, Demidetskiye, Şumlyanskiye və Knyaginitskiye nəsilləri və pravoslav ruhanilərinin bir hissəsi Moldaviya ordusuna qoşulurlar. Polşa kralı qiyam qaldırmış şlyaxtiçləri xəyanətkar adlandıraraq, onların sahib olduğu bütün mülkləri konfiskasiya edir.

Köməyə çatmış polyak ordusu və onlara qoşulmuş böyük sayda şəhər sakinləri moldaviyalılara hücum edərək, onları Dnestr çayının sahilində qətlə yetirirlər. Tezliklə Lvovda 30 moldaviyalı kübar gənc ictimaiyyət qarşısında asılaraq edam edilmişdirlər. Qisasdolu həmin edam hərəkətinin başlıca səbəbi, moldaviyalılar tərəfindən şəhərin mühasirə edilməsi zamanı cüzam xəstəliyindən əziyyət çəkən xəstələrin müalicə aldıqları Müqəddəs Stanislav monastırının və xəstəxananın yandırılması idi. 1515-ci ilin noyabr ayında valax ordusu tərəfindən şərti muzd qarşılığında şəhəri yandırmaqda sövq edilən kəndli, şəhərməhkəməsi tərəfindən günahkar bilindiyi üçün tonqalda yandırılmışdır. 1524-cü ildə Zboyişça kəndində ordugah yaratmış tatarlar Lvov şəhərini mühasirəyə alır, lakin daha sonra geri çəkilməli olurlar. 1525-ci ildə rusin sakinləri sexlərə üzv olmalarına dair bərabərhüquqluluq istiqamətində çağırışlar edirlər, lakin bunlar nəticəsiz olaraq qalır. 1526-cı ildə kral I Sigizmund sahib olduğu priveleyə əsasən, formal olaraq üzərində şir təsvir edilən Lvov şəhərinin gerbini təsdiq edir (rəsmi gerb olduqca geniş şəkildə bayraqlar, sex nişanələri, möhür və ya damğalarda və hətta şəhər çapxana və mətbəələrində belə geniş istifadə olunurdu)[35].

1527-ci ilin Böyük yanğını zamanı (yanğın pivə istehsalı üzrə ixtisaslanan sexdə baş vermişdir), orta əsr Lvovu və ətraf ərazilər tamamilə məhv olmuşdur. Müdafiə qüllələrində saxlanılan barıt ehtiyatları partlayış zamanı şəhər divarlarının mühüm sahələrini dağıdaraq, top və artilleriya mərmilərinə ziyan vurur. Ətrafa yayılan alovun gücü o qədər böyük idi ki, yanğın Krakov darvazalarından tez bir zamanda Yüksək qəsrin yerləşdiyi rayona qədər yayılır. Həmin dəhşətli yanğından ancaq Aşağı qəsr kompleksinə daxil olan üç qüllə salamat qalmışdır. 1527-ci ildə baş vermiş daha bir yanğın, qotik üslublu tikililərin əksəriyyətini dağıdır və hakimiyyəti şəhərin əsaslı şəkildə yenidən planlaşdırmalarına sövq edir. 1565-ci ildə baş üçüncü böyük yanğın zamanı Aşağı qəsr kompleksi, eləcə də Lvovun şimalında yerləşən məhəllələri tamamilə yanaraq yararsız vəziyyətə düşürlər. 1571-ci ildə baş vermiş sonuncu dördüncü yanğın isə şəhərə şəhərə böyük ziyan vurur; amansız alovlar içərisində yüzlərlə ev, onlarla kilsə, ratuşa və hətta şəhər arsenal məhv olur.

1539-cu ildə Lvovda pravoslav arxiyepiskopluğun əsası qoyulur (erməni və katolik arxiyepiskopluqdan sonra o, sayca üçüncü idi). 1544-cü ildə lvovlu pravoslav yepiskop Makariy Müqəddəs Nikolay kilsə qardaşlığını təsis edir. 1556-cı ilin yaz aylarında Lvovda macar kraliçası İzabella Yagellonka qonaq qismində qalır. Şəhər sakinlərinin qonaqpərvərliyinə təşəkkür əlaməti olaraq, kraliça 1557-ci ilin mart ayında Lvov tacirlərinin Macarıstan sərhədləri daxilində bütün növ vergi ödənişlərindən azad olduqlarını bildirən xüsusi qanun imzalayır. XVI əsrin ikinci yarısından etibarən, əsasən keçmiş kəndlilər sırasından çıxmış ixtisassız fəhlələrin, eləcə də sənətkarların axını hesabına şəhər və onu əhatə edən kənd ərazilərində əhalinin sürətlə artması müşahidə olunur (məsələn, 1544-cü ildən - 1583-cu ilə qədər Haliç şəhərətrafında evlərin sayı 130-dan 578-dək artır).

1559-cu ildə paytaxt Krakovdan gizlin yolla qaçmış kral I Sigizmundun qeyri-qanuni doğulmuş qızı Beata Kostseletska və onun doğma qızı knyaginya Eljbeta Ostrojskaya Lvovun dominikan ordeninə məxsus monastırında sığınacaq tapırlar[36]. Həmin ilin mart ayında monastır qraf Lukaş Qurkanın dəstəsi tərəfindın əhatə olunur (kral Ostrojskayanı onun iradəsinin əleyhinə qraf Qurkaya ərə verməyə çalışırdı). Mühasirə zamanı yoxsul dilənçi adı altında Kiyev voyevodası Konstantin Konstantinoviç Ostrojskinin yaxın qohumu knyaz Semyon Slutski monatıra daxil olur və Eljbeta ilə gizlin yol ilə evlənərək Kostseletskadan onun bütün geniş mülk torpaqlarını əldə edir. Rahiblər tezliklə təslim olmaq məcburiyyətində qalırlar, bundan sonra Qurka monastıra daxil olaraq Ostrojskayanı öz qəsrinə aparır (digər versiyaya əsasən, Lvov yüzbaşısı Ostrojskayanı Yüksək qəsrin zindan kamerasında saxlayır, bir müddət sonra isə kral sarayına göndərir).

1564-cü ilin yazında qaçaq moldav hökmdarı VII Ştefan Tomşa və onun yoldaşları (voyevoda və baş boyar) şəhərin Bazar meydanında edam edilmişdilər. 1576-cı ildə Lvov meşşanları şəhərdə yerləşən bir sıra malikanələrin (Kulparkov, Kleparov, Holosko, Zamarstınov, Bilohorşa və Brüxoviçi) 12 rayets (magistrat şurasının üzvləri) və onların ailələri tərəfindən varlandırılma mənbəyinə çevrilmələrinə qarşı qəti etiraz bildirməyə başlayırlar. 1578-ci ilin iyun ayında Lvovun Bazar meydanında moldav taxtına iddiaçı olmuş və muzdlu kazak dəstələri ilə Yassı şəhərinə bir neçə uğursuz hücum cəhdi etmiş ataman İvan Podkova edam edilmişdir (onun nəşi Uspeniye kilsəsinin zirzəmisində dəfn edilmişdir).

1582-ci ilin sentyabr ayında Lvovda taxtından məhrum edilmiş daha bir moldav hökmdarı Yanku Sasulun boynu vurulmuşdur (Sasulun xahişi ilə edam cəlladın baltası ilə deyil, onun döyüşlərdə daim özü ilə daşıdığı qılınc ilə yerinə yetirilmişdir. Həmin qılınc XVII əsrə kimi şəhər ratuşasında trofey kimi saxlanılırdı). 1583-cü ildə Lvovda eyni anda bir neçə əsir götürülmüş kazak döyüşçülərinin başı kəsilmişdir. 1586-cı ilin yanvar ayında Lvova Antioxiya və Bütün Şərq patriarxı I İoakim böyük nümayəndə heyəti ilə birgə təşrif buyurur və yenicə təsis olunmuş Stavropigial Uspeniye qardaşlığına öz xeyir-duasını verir. Elə həmin ildə Roma Papası V Sikst müxtəlif şəhər simvolları ilə yanaşı Lvov gerbinin (qalxan üzərində təsvir olunmuş iki pəncələrinin üstündə duran və böyük ulduzu tutan şir rəmzi) bütün rəsmi yazışma və sənədləşmələrdə istifadə edilməsinə öz razılığını verir. 1588-ci ildə Lvov şəhərini Konstantinopol patriarxı II İyeremiya ziyarət edir və dəyirmi masa arxasında keçirilən məclis zamanı, o, pravoslav yepiskopu Gedeona Uspeniye qardaşlığının və ona tabe olan Onufriy monastırının icra etdiyi bütün daxili işlərə müdaxilə etməsinə qadağa qoyur.

1772—1914: Avstriya imperiyasının (daha sonra Avstriya-Macarıstan) tərkibində[redaktə | mənbəni redaktə et]

1772-ci ildə Reç Pospolitanın ilk bölüşdürülməsi zamanı Avstriya ordusu Lvovu işğal etdi. Qalisyia Qalisiya və Lodomeriya krallığının əyalətinə çevrildi.Lvov vilayəti krallığın mərkəzinə çevrildi. Avstriya hökuməti 1777-1820-ci illərdə Maqdeburq qanununa (1786) aid arxaik strukturları, özünüidarə orqanlarını ləğv etdi, şəhərin iqtisadiyyatını 1777-1820-ci illərdə aşağı qala və orta əsr divarları söküb, yerlərində meydanlar tikdirdi - şərq qubernatoru Rampartsdan, qubernator sarayının quruldu, Htmanın Poltava dərəsi boyunca yeni bir mərkəzi yolun qurulduğu Azadlıq prospekti meydana gəldi. İmperator II İosif mütləqiyyət prinsiplərinə riayət edərək, kilsə islahatı keçirdi. Müvəqqəti təhsil, sosial, tibbi və xeyriyyə fəaliyyəti ilə məşğul olduqlarını həqiqətən sübut edə bilməyən bütün Lvov monastırları aradan qaldırıldı. Binalar, kazarma, xəstəxana, cəzaçəkmə müəssisələri, təhsil müəssisələri tikildi. Josefin islahatı zamanı Podzamçe şəhərinin köhnə hissəsinin bir sıra məbədləri məhv edildi. İslahat zamanı bir çox kilsə və monastır, eləcə də yezuitlərin əlində olan Lvov Universiteti bağlanmışdı. 1776-cı ildə şəhər teatrı təşkil olundu, ilk dəfə müasir Ukraynanın müntəzəm qəzeti "Gazett d'Leopol" ("Lvov qəzeti") ilk dəfə fransız dilində çıxdı.

1783-ci ildə yenidən qurulan və 4 fakültədən (fəlsəfə, hüquq, tibb və ilahiyyat) ibarət olan Lvov Universitetində dərslər alman dilində keçilirdi. 1784-cü ildə bir alman dili gimnaziyası açıldı (Akademiyada mövcud olduğu üçün akademik adlandırıldı), çünki hər iki müəssisəyə şəhərin mərkəzində keçmiş Katolik Trinitariya monastırının binası verildi. 1784-cü ildə Lvovda ilk dünyanın ilk hava şarı buraxıldı. Bundan yalnız 9 ay sonra Monqolfiye qardaşları samandan hazırlanmış hava şarını buraxdılar.

1919—1939: İkinci Reç Pospolitanın tərkibində[redaktə | mənbəni redaktə et]

Sovet-Polşa müharibəsi zamanı 1920-ci ildə şəhər AI Eqorovun rəhbərliyi altında Qırmızı Ordu qüvvələrinin hücumuna məruz qaldı. İyunun 1920-ci ildən etibarən Semyon Budyonnının komandirliyi altında Birinci Kavaleriya Ordusu şimal-şərqdən şəhərə keçməyə çalışdı. Şəhər müdafiəyə hazırlaşırdı. Sakinlərin əksəriyyəti Polşa, üç piyada və iki süvari sipərini yaradıb və tamamilə idarə etdilər. Müdafiə istehkamları inşa edilmişdir. Şəhər üç Polşa şöbəsi və bir köməkçi Ukrayna əsgər alayları tərəfindən müdafiə edildi.

Bir ay davam edən inadkar döyüşdən sonra, 16 avqustda Qırmızı Ordu hissələri Qərbi Buq çayını keçdi və Qırmızı kazakların diviziyası ilə əlavə olaraq gücləndirildi, şəhərin hücumuna başlanıldı. Müharibə hər iki tərəfdə ağır itkilərlə baş verib, lakin üç gündən sonra hücum atıldı və müharibədə ümumi fasilə nəzərə alınmaqla, Qırmızı Ordu geri çəkildi[37]. Qəhrəmanlıq müdafiə etmək üçün şəhər Polşanın Virtuti Militariyası - Cəsarət üçün, ən yüksək Polşa hərbi mükafatına layiq görülmüşdür. Bu sifariş şəhərin Polşa əsirliyində təsvir edilmişdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Бірюльов Ю. Архітектура Львова. Час і стилі ХІІІ-ХХІ ст. Львів: Центр Європи. 2008. 720. ISBN 978-966-7022-77-8.
  • Дубнов С. Краткая история евреев. Ростов-на-Дону: Феникс. 2003. 576. ISBN 5-222-03451-8.
  • Заяць О. Громадяни Львова XIV-XVIII ст.: правовий статус, склад, походження. Львів: Інститут української археографії та джерелознавства ім. М. С. Грушевського НАН України. 2012. 558. ISBN 978-966-02-6391-8.
  • Ісаєвич Я., Литвин М., Стеблій Ф. Історія Львова. Том 1. Львів: Центр Європи, Інститут українознавства ім. І. Крип’якевича НАН України. 2006. 296. ISBN 966-7022-59-5.
  • Капраль М. Привілеї національних громад міста Львова (XIV-XVIII ст.). Львів. 2010. 576.
  • Капраль М. Привілеї міста Львова (XIV-XVIII ст.). Львів: Львівський національний універсистет ім. І. Франка. 2010. 544.
  • Капраль М. Економічні привілеї міста Львова XV-XVIII ст.: привілеї та статути ремісничих цехів і купецьких корпорацій. Львів: Львівський національний універсистет ім. І. Франка. 2013. 815. ISBN 978-966-02-4312-5.
  • Качор І. Середньовічний Львів. Фортифікації. Львів: Апріорі. 2009. ISBN 978-966-2154-22-1.
  • Козак Л., Тучапський Я. Храми Львова. Львів. 2000. 173.
  • Козицький А., Білостоцький С. Кримінальний світ старого Львова. Львів: Афіша. 2001. 230. ISBN 966-7760-90-1.
  • Козицький А., Підкова І. Енциклопедія Львова. Том 1. Львів: Літопис. 2007. 656.
  • Козицький А. Енциклопедія Львова. Том 2. 2008. 608. ISBN 978-966-7007-69-0.
  • Козицький А. Енциклопедія Львова. Том 3. Львів: Літопис. 2010. 736.
  • Козицький А. Енциклопедія Львова. Том 4. Львів: Літопис. 2012. 816. ISBN 978-966-8853-23-4.
  • Косминский Е. История Средних веков. Москва: Политиздат. 1952. 748.
  • Липка Р. Ансамбль вулиці Вірменської. Львів: Каменяр. 1983. 110.
  • Лозинський Р. Етнічний склад населення Львова. Львів: Львівський національний універсистет ім. І. Франка. 2005. 358. ISBN 966-613-378-4.
  • Мацкевий Л. Львів. Логос. 2008. 224. ISBN 966-7379-47-5.
  • Мельник Б. Довідник перейменувань вулиць і площ Львова. XIII—XX ст. Львів: Світ. 2001. 128. ISBN 966-603-115-9.
  • Мельник Б. Вулицями старовинного Львова. Львів: Світ. 2006. 272. ISBN 966-603-393-3.
  • Мельник І., Масик Р. Пам'ятники та меморіальні таблиці міста Львова. Львів: Апріорі. 2012. 320. ISBN 978-617-629-077-3.
  • Мельник І. Галицьке передмістя та південно-східні околиці Королівського столичного міста Львова. Львів: Апріорі. 2012. 352. ISBN 978-617-629-076-6.
  • Мельник І. Довкола Високого Замку. Шляхами і вулицями жовківського передмістя та північних околиць міста Львова. Львів: Апріорі. 2010. 287. ISBN 966-215432-9.
  • Мельник І. Львівський Новий Світ та південні околиці королівського столичного міста Галичини від Святого Юра до Наварії. Львів: Центр Європи. 2009. 287. ISBN 978-966-7022-82-2.
  • Мельник І. Львівські вулиці і кам'яниці, мури, передмістя та інші особливості королівського столичного міста Галичини. Львів: Центр Європи. 2008. 384. ISBN 978-966-7022-79-2.
  • Мельник І., Загайська Р. Личаківське передмістя та східні околиці королівського столичного міста Львова. Львів: Центр Європи. 2010. 352. ISBN 978-966-7022-88-4.
  • Овсийчук В. Львовская живопись XVI-XVIII в.в. Автореферат. Ленинград. 1966. 29.
  • Овсийчук В. Архітектурні пам'ятки Львова. Львів: Каменяр. 1969. 169.
  • Островский Г. Львов. Ленинград: Искусство. 1982. 239.
  • Островский Г. Художественные музеи Львова. Ленинград: Искусство. 1978. 211.
  • Палков Т. Львов. Путеводитель. Львов: Ладекс. 2007. 103. ISBN 966-8233-03-4.
  • Пшик В. Укріплені міста, замки, оборонні двори та інкастельовані сакральні споруди Львівщини XIII-XVIII ст. Львів: Дизайн-студія. 2008. 239. ISBN 966-8095-03-0.
  • Секретарюк В. Історія Львова. Київ: Наукова думка. 1984. 412.
  • Трегубова Т., Мих Р. Львів. Архітектурно-історичний нарис. Київ: Будівельник. 1989. 272. ISBN 5-7705-0178-2.
  • Харчишин О. Український пісенний фольклор в етнокультурі Львова: трансформаційні процеси, міжкультурні пограниччя. Львів: Простір-М. 2011. 368. ISBN 978-966-02-6118-1.
  • Якимович Б. Історія українського війська. Львів: Світ. 1992. 712. ISBN 5-7773-0149-7.
  • Історія Львова в документах і матеріалах. Київ: Наукова думка. 1986. 420.
  • История городов и сёл Украинской ССР в 26 томах. Львовская область. Киев: Украинская советская энциклопедия. 1978. 795.
  • Mańkowski T. Lwowski cech malarzy w XVI i XVII wieku. Lwów: 1936. 150.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Chris Hann, Paul R. Magocsi.(2005). Galicia: Multicultured Land. Toronto: Universityof toronto Press, pg. 193
  2. 1 2 3 4 5 6 7 8 9 10 Козицький, Підкова, 2007
  3. 1 2 3 4 5 Козицький А. (1), 2008
  4. "Регіональний ландшафтний парк «Знесіння»" (ukrayna). Львівська міська рада. 2014-11-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-17.
  5. 1 2 3 Островский Г. (1), 1982
  6. "ТОП-7 археологічних знахідок у Львові за 2015 рік". 2016-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  7. Józef Skrzypek, Studia nad pierwotnym pograniczem polsko-ruskim w rejonie Wołynia i Grodów Czerwieńskich, PWN, Warszawa 1962
  8. Klaniczay, Gábor (2002). Holy Rulers and Blessed Princes: Dynastic Cults in Medieval Central Europe; Seite 123, Cambridge University Press.ISBN 0-521-42018-0.
  9. 1 2 3 4 5 6 История городов и сёл Украины, 1978
  10. 1 2 3 4 5 Лозинський Р., 2005
  11. 1 2 3 4 5 Історія українського війська, 1992
  12. 1 2 3 Історія Львова в документах і матеріалах, 1986
  13. Лев Данилович: «князь думен и хоробор на рати» чи «безчесний князь»? Arxivləşdirilib 2016-09-21 at the Wayback Machine / Л. Войтович // Україна в Центрально-Східній Європі: Зб. наук. пр. — К.: Інститут історії України НАН України, 2013. — Вип. 12-13. — С. 148-189.
  14. Войтович Л. Король Данило Романович: політик і полководець Arxivləşdirilib 2016-08-25 at the Wayback Machine // Доба короля Данила в науці, мистецтві, літературі. — Львів, 2008. — С.22–97.
  15. Zmiana niemieckich nazw miejscowości. Gazeta Lwowska. Nr 60 z 15 marca 1939. səh. 2. 2016-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  16. Леонтій ВОЙТОВИЧ. Лев Данилович і боротьба за Краківський престол в останній чверті XIII ст (PDF). Львівський національний університет імені Івана Франка вул. Університетська, 1, Львів, 79000. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-25.
  17. Повѣствование о России. Университетская типография, Москва, 1838. səh. 65/417. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  18. Henryk Paszkiewicz. 'Polityka ruska Kazimierza Wielkiego. Kraków 2002. ISBN 83-88385-05-4.
  19. Grzegorz Błaszczyk. Dzieje stosunków polsko-litewskich od czasów najdawniejszych do współczesności. Tom I. Trudne początki. Poznań 1998. ISBN 83-232-0839-5.
  20. Halina Lerski. "Casimir III the Great". Historical Dictionary of Poland, 966–1945. ABC-CLIO Press. 1996. 249–250. ISBN 0313034567. 7 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2012.
  21. Czołowski A. Wysoki zamek Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine. — Lwów : Towarzystwo Miłośników Przeszłości Lwowa, Drukarnia Ludowa, 1910. — S. 21.  (pol.)
  22. Simas Sužiedėlis, redaktor Liubartas // Encyclopedia Lituanica. III. Boston, Massachusetts: Juozas Kapočius. 1970–1978. 411–412. ISBN 74-114275.
  23. "European Kingdoms - Eastern Europe - Galicia". The History Files. Kessler Associates. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-13.
  24. "History of Galicia". 2020-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  25. Raimund Friedrich Kaindl. [Online Geschichte der Deutschen in den Karpathenländern] (#bad_url). Gotha: F.A. Perthes. 1911.
  26. Dyoniz Zubrzycki. Kronika miasta Lwowa. nakładem autora, 1844, Właściciel od oryginału - Biblioteka Narodowa Republiki Czeskiej. 98/492. ISBN 9781241441982. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  27. Dr. Mykola Kobyletsky. Das Magdeburger Recht in der Ukraine des XIV. - XIX. Jahrhunderts (PDF). Jura Uni, Frankfurt. 2021-10-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-25.
  28. "Dzisiaj wspominamy patronkę Polaków i apostołkę Litwy". L24. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  29. Кучкин, Владимир Андреевич (Кучкин В. А.). Датировка списка «А се имена градом всѣм русскым далним и ближним» (PDF). Древняя Русь. Вопросы медиевистики. 2015. 70–72. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-25.
  30. Józef Mandziuk. Z dziejów archidiecezji lwowskiej (PDF). Saeculum Christianum : pismo historyczno-społeczne 2/2, 35-59. 2016-08-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-25.
  31. Michalski C. Odrowąż Dobiesław h. Odrowąż (zm.1433) // Polski Słownik Biograficzny. — Wrocław — Warszawa — Kraków — Gdańsk, 1978. — T. XXIII/3, zeszyt 98. — S. 544.  (pol.)
  32. Мирон КАПРАЛЬ (Львів). Подільська шляхта XIV—XVI століть у дослідженні Віталія Михайловського (Михайловський В. Еластична спільнота: Подільська шляхта в другій половині XIV — 70-х роках XVI століття). Arxivləşdirilib 2016-03-25 at the Wayback Machine — С. 700.
  33. Jonathan Eagles. Stephen the Great and Balkan Nationalism: Moldova and Eastern European History. I.B.Tauris (December 23, 2013). 58/256. ISBN 978-1780763538. July 27, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 25, 2018.
  34. Niesiecki K. Korona Polska przy Złotey Wolnosci Starożytnemi Wszystkich Kathedr, Prowincyi y Rycerstwa Kleynotami Heroicznym Męstwem y odwagą, Naywyższemi Honorami a naypierwey Cnotą, Pobożnością y Swiątobliwością Ozdobiona… Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine — Lwów : w drukarni Collegium Lwowskiego Societatis Jesu, 1738. — T. 2. — 761 s. — S. 471.  (pol.)
  35. Karolina Grodziska. Miasto jak brylant... Księga cytatów o Lwowie (PDF). Towarzystwo Autorów i Wydawców Prac Naukowych UNIVERSITAS, Kraków 2007. ISBN 97883–242–1489–1. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-25.
  36. Agnieszka Szymaszek. "Księżna, która pokochała Tatry". Współpracownik Onet.pl. 2018-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-25.
  37. Norman Davies, White Eagle, Red Star. Polish-Soviet War

П:  Lvov portalı П:  Ukrayna portalı