Luvr Əbu-Dabi Muzeyi

Luvr Əbu-Dabi Muzeyi
اللوفر أبوظبي
Xəritə
Əsası qoyulub 8 noyabr 2017
Açılış tarixi 8 noyabr 2017
Mövzu Sənət muzeyi
Ölkə
Yerləşir Əbu-Dabi əmirliyi
Direktor Manuel Rabate
Telefon +971 600 565566[1]
24°31′58″ şm. e. 54°24′00″ ş. u.
Luvr Əbu-Dabi Muzeyinin rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Luvr Əbu-Dabi Muzeyi (fr. Louvre Abu Dhabi, ərəb. متحف اللوفر أبوظبي‎) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində yerləşən, layihəsi fransız memarı Jan Nuvel tərəfindən hazırlanmış sənət muzeyi.[2] Fransa hökuməti ilə Əbu-Dabi şəhəri arasında imzalanan və 30 il qüvvədə olacaq müqavilə ilə inşa edilən Luvr Əbu-Dabi Muzeyi Səadət adası kompleksi üzərinə – təxminən 24.000 kvadratmetrlik bir sahəyə inşa edilmişdir. Muzeyin xərcinin 83-108 milyon avro arasında olduğu güman edilir.[3] Muzey rəsmi olaraq 2017-ci il 8 noyabr tarixində açıldı.

Əbu-Dabi Muzeyində dünyanın hər yerindən gələn sənət əsərləri nümayiş olunur. Muzeyin əsas məqsədi Şərq sənəti ilə Qərb sənəti arasında körpü yaratmaqdır. Bütün bunlara baxmayaraq, Parisdəki Luvr Muzeyinin bu işdə hansı marağının olması məqamı sənət dünyasında olduqca qızğın müzakirələrə səbəb oldu.[4]

Layihənin konvensiyası[redaktə | mənbəni redaktə et]

1.3 milyard dollar müqabilində 30 il qüvvədə olacaq və Əbu-Dabinin mərkəzindəki Saadiyat adasında inşa ediləcək Əbu-Dabi Luvr Muzeyinin layihəsinin konvensiyası Fransa Mədəniyyət naziri Reno Dennode de Vabres ilə Sultan bin ən-Nəhayyən arasında 2007-ci ildə imzalandı.[5] Saziş Luvr adının istifadə edilərək oxşar layihələrdə: BƏƏ-nin digər əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Bəhreyn, Qətər, Misir, İordaniya, Suriya, Livan, İran və ya İraqda həyata keçirilməsini qadağan etdi. Həmin dövrün Fransa Prezidenti Jak Şirak Əbu-Dabi ilə birlikdə həyata keçirilən bu müqaviləni "dünyanın bir birlik olduğunu əks etdirdiyi üçün" təriflədi və "müqaviləni imzalayan hər iki tərəfin kök və mənsubiyyəti ilə qürur duyduqlarını, eyni zamanda bütün mədəniyyətlərin bərabər dəyərdə olduğunun fərqində olduqlarını" söylədi.[6][7] J. Şirak, həmçinin dünyanın ən çox ziyarət ediləcək və ən tanınmış muzeyi ilə tərəfdaşlığa addım atmaqları səbəbilə Əbu-Dabi əmirini təqdir etdiyini bildirdi.[8]

Proses[redaktə | mənbəni redaktə et]

Luvr Əbu-Dabi Muzeyinin inşa edilməsi qərarı Fransa Parlamenti tərəfindən 2007-ci il oktyabrın 9-da təsdiq edildi. Layihənin memarlıq xidmətlərinin Parisdə yerləşən Ərəb Dünya İnstitutunun proyektini hazırlayan memar Jan Nuvel tərəfindən, mühəndislik xidmətlərinin isə Buro Happold tərəfindən aparılmasına qərar verildi.[9][10]

Luvr Əbu-Dabi Muzeyi 27 milyard dollara yaxın bir dəyər ilə inşa edilməsi nəzərdə tutulan turizmmədəniyyət kompleksinin yalnız bir hissəsini təşkil edirdi. Layihə çərçivəsində daha üç muzey inşa edilmişdir: Quqqenhaym Əbu-Dabi Muzeyi (Frenk Qeri tərəfindən dizayn edildi), Zayed Milli Muzeyi ("Foster və Partners" şirkəti tərəfindən dizayn edildi), Əbu-Dabi Tamaşa Sənətləri Mərkəzi (Zaha Hadid tərəfindən dizayn edildi).[11]Birləşmiş Ərəb Əmirliklərində məsələ ilə bağlı rəsmilərin bildirdiklərinə görə, Fransa Muzeylər Agentliyi və BƏƏ Turizm, İnkişaf və İnvestisiya Agentliyi bu layihəni və Saadiyat adasının yenidən qurulmasını planlaşdırır. Bu layihə qrupunun rəhbəri Fransa maliyyə məsləhətçisi, Gözəl Sənətlər Akademiyasının üzvü (Académie des Beaux-Arts), "Köhnə və yeni dünyanın icmalı" (Revue des Deux Mondes) adlı jurnalın yazıçılarından Mark Ladreyt de Laçarev təyin olundu.[12] Pompidu Mərkəzinin keçmiş müdiri Bruno Makvart isə Luvr Əbu-Dabi Muzeyinin rəhbəri təyin olundu.[12][13]

Mövqeyi[redaktə | mənbəni redaktə et]

Saadiyat adasının Mədəniyyət Bölgəsi tamamlandığı zaman dünyanın tək bir dam altında toplanmış ən böyük mədəniyyət abidələrini saxlayacaq.[14] Luvr Əbu-Dabi Muzeyinə əlavə olaraq, Zayed Milli Muzeyi memar Norman Fosterin rəhbərliyindəki "Foster və Partners" şirkəti tərəfindən dizayn edildi. Dünyanın ən böyük və Yaxın Şərqdəki ilk Quqqenhaym Muzeyi olacaq Quqqenhaym Əbu-Dabi Muzeyi isə Frenk Qari tərəfindən dizayn edildi. Zaha Hadid tərəfindən dizayn edilən Əbu-Dabi Tamaşa Sənətləri Mərkəzi və Tadao Ando tərəfindən dizayn edilən bir dənizçilik muzeyinə əlavə olaraq, bu mədəniyyət bölgəsində bir çox sənət pavilyonu yerləşəcək.[11][13]

Dəyər[redaktə | mənbəni redaktə et]

Əbu-Dabi əmirliyi Luvr adını istifadə etmək üçün 195 milyon dollar nağd olmaq üzrə 525 milyon dollar xərclədi. Əlavə olaraq, 747 milyon dollar sənət əsərlərinin mübadiləsi, xüsusi sərgilərin keçirilməsi və təşkili üçün xərclənib.[4][15] Bu pulun 247 milyon dollarlıq hissəsi 10 il ərzində, ümumilikdə, 253 sənət əsərinin nümayiş etdirilməsi üçün xərclənəcək. Bundan əlavə, 214,5 milyon dollar Parisdə yerləşən Luvrun rəhbərlik müşavirliyi xidmətləri üçün ayrıldı. 253,5 dollar da fərqli aspektdə olan xüsusi sənət sərgilərinə xərclənəcək. On beş il ərzində hər il dörd sərgi təşkil olunacaq.[4] Əlavə olaraq, Əbu-Dabi əmirliyi Parisdə yerləşən Luvrun Pavillon de Flore hissəsinin beynəlxalq sənət sərgilərində iştirakını təmin etmək üçün 32,5 milyon dollar həcmində ianə verəcək. Hər nə qədər dəqiq olmasa da, layihənin ümumi dəyərinin 83 milyon avro ilə 108 milyon avro arasında olacağı ehtimal edilir.[3]

Dizayn[redaktə | mənbəni redaktə et]

Muzeyin görünüş baxımından sanki dalğalanan bir günbəz quruluşuna malik kimi görünməsi əsas hədəf idi. Həmçinin günbəzin üst hissəsində olan boşluqlardan günəşin məkanın içinə nüfuz etməsi də əsas məqsədlərdən biri idi. Bu dizaynla "bir vahədəki xurma ağaclarının yarpaqları arasından süzülən günəş işığı" effekti yaradılması nəzərdə tutulmuşdu.[16] Təxminən 24.000 m²-lik tikinti sahəsinə sahib olacaq Luvr Əbu-Dabi Muzeyindəki 6.000 m²-lik hissəsi daimi kolleksiyalar üçün, 2.000 m²-lik hissəsi isə müvəqqəti sərgilər üçün ayrıldı.[17][4][5]

Muzeydəki sənət əsərləri[redaktə | mənbəni redaktə et]

Muzeydəki sənət əsərlərinin necə nümayiş etdirilməsi ilə əlaqədar müzakirələr oldu.

" İnşa ediləcək bu yeni Luvr Əbu-Dabi Muzeyinin müsəlman bir ölkədə olması planlaşdırılan sərgi növlərinə və məzmunlarına heç bir şəkildə təsir etməyəcək. Əbu-Dabidəki tərəfdaşlarımızla planlaşdırılan sərgilərin mövzuları sərbəst şəkildə müzakirə olundu və bu prosesdə müəyyən məqamlarda məhdudiyyət qoyulması əsla gündəmə gəlmədi. Sərgilərin planlaşdırılması mükəmməliyə və yüksək standartda keyfiyyətə görə həyata keçiriləcəkdir. Yeni bir muzey olaraq, ümid edirik ki, Əbu-Dabi beynəlxalq birliyin bir parçası olacaq.[18]
Anri Loyret, Parisdəki Luvr Muzeyinin rəhbəri və direktoru
"

Luvr Əbu-Dabi Muzeyində nümayiş olunacaq əsərlərin Pompidu Mərkəzi, (fr. Centre Georges-Pompidou), Orse Muzeyi, Versal Muzeyi olmaqla yanaşı, bir çox muzeydən alınacağı bəyanatda bildirildi. Həmçinin həmin dövrün Mədəniyyət naziri Reno Donnede de Vabres Parisdəki Luvrda 35.000 əsərdən ibarət olan və hələ də nümayiş olunan əsərlərin heç birinin satılmayacağını da sözlərinə əlavə etdi.

" Bura təkcə Qərbə həsr olunan sənət əsərləri deyil, həm də hər növ sənət əsərlərinə həsr olunacaq bir yer olacaq. Eyni zamanda qərb ilə şərq, şimal ilə cənub arasında dialoq qurulmasına səbəb olacaq. Bu baxımdan Yaxın Şərqdə hazırlanmış sənət əsərləri Luvr Əbu-Dabi Muzeyində nümayiş olunacaq.[18]
Anri Loyret, Parisdəki Luvr Muzeyinin rəhbəri və direktoru
"

Tikinti prosesi[redaktə | mənbəni redaktə et]

Luvr Əbu-Dabi Muzeyinin tikintisi rəsmi olaraq 2007-ci il mayın 26-da başladı. Tikintinin ilk mərhələsi bu işdə mütəxəssis olan Alman firması "Bauer International FZE"yə həvalə edildi.[19][20]

2011-ci il oktyabrın 29-da Luvr Əbu-Dabi Muzeyinin tikintisinə cavabdeh olan və Əbu-Dabi hökumətinə məxsus layihə idarəetmə firması olan "BƏƏ Turizm, İnkişaf və İnvestisiya Agentliyi" verdiyi rəsmi açıqlamada tikintinin bitmə müddətinin daha irəli tarixə təxirə salındığını açıqladı. Tikintinin Əbu-Dabi əmirliyinin iqtisadi strategiyasını yenidən nəzərdən keçirməsi, neft qiymətlərinin aşağı düşməsi və qlobal böhran kimi səbəblər üzündən təxirə salındığı açıqlandı.[21][22]

Tikintidə insan hüquqlarının pozulması[redaktə | mənbəni redaktə et]

2011-ci ilin aprelində 120-dən çox sənətçi tikinti zamanı işçilərin ağır şərtlər altında işlədikləri və istismar edildikləri səbəbilə Luvr və Quqqenhaym muzeylərinin boykot edilməsi üçün müraciət etdi.[23] Sənətçilər və insan hüquqları təşkilatları Əbu-Dabinin və Birləşmiş Ərəb Əmirliklərinin İİV-li şəxslərin həbs edilməsinə, deportasiya edilməsinə və ömür boyu ölkəyə daxil olmağı qadağan edən siyasətinə etiraz etdilər.[24]

Açılış mərasimi[redaktə | mənbəni redaktə et]

Luvr Əbu-Dabi Muzeyi 2017-ci il noyabrın 8-də Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Xəlifə bin Zaid ən-Nəhayyən və Dubay Əmiri Məhəmməd ibn Rəşid əl-Məktum, Əbu-Dabi vəliəhd şahzadəsi Məhəmməd bin ən Nəhayyən, Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun da iştirak elədiyi mərasimlə ziyarətə açıldı.[22]

Reaksiyalar[redaktə | mənbəni redaktə et]

Luvr Əbu-Dabi Muzeyi ilə bağlı imzalanan müqavilə həm sənət mühitində, həm də akademik sahədə mənfi reaksiyalara səbəb oldu. Sənət tarixçisi Didye Rıkner Fransa ilə Birləşmiş Ərəb Əmirlikləri arasında layihənin həyata keçməsi məqsədilə imzalanan müqaviləyə qarşı çıxan ilk insanlardan oldu və bu işlə bağlı imza kampaniyasına rəhbərlik etdi.[25] 4.650 muzey mütəxəssisi, arxeoloq və sənət tarixçisi tərəfindən imzalanan bəyannamədə "muzeylərin satılmadığı" vurğulandı.[26][27] Gündəmdə olan mövzulardan ən birincisi Luvrun "eynilə kommersiya şirkəti kimi maksimum mənfəət əldə etmək strategiyasına çalışması" söylənildi.

" Müharibəni uduzduq, amma mübarizə davam edir.[28]
Didye Rikner
"

Parisdəki Luvrun rəhbəri və direktoru Anri Loyret muzeylərin yerləşdikləri ölkələrin xaricində məntəqələrinin yaradılması işinə gətirilən tənqidlərə "muzeylərin beynəlxalq şəkildə yenidən hazırlanmasının labüd olduğunu" bildirərək qeyd etdi. Luvrun da bu prosesdən kənar qalmayacağını əlavə etdi:[29]

" Bu, Luvr adının istifadəsi üçün ədalətli ödənişdir. Bu prosesdə aparıcı rol oynayanlar həqiqətən mükafata layiqdirlər. Bu çox təbii bir vəziyyətdir.[30] "
" Biz Fransa mədəni irsini və tarixini satmırıq. Bizim arzumuz bu mədəniyyətin dəyərinin məlum olduğu dünyanın digər bölgələrini də işıqlandırması. Əbu-Dabinin Luvr Muzeyini ölkələrinə gətirmək istəməklərindən son dərəcə qürur duyuruq. Məqsədimiz qətiyyən bu mədəniyyəti istehlak vasitəsinə çevirmək deyil.[31]
Reno Donnede de Vabres, Fransa Mədəniyyət naziri
"
" Bu layihə Əbu-Dabinin mədəniyyətlərarası körpü rolu oynayan dünya sinfində yer tutması üçün çox mühüm hadisədir. Bu müqavilə beynəlxalq dialoqu daha da gücləndirəcək. Çox uzun zamandır yaxşı münasibətləri olan bu iki ölkə arasında bu iş beynəlxalq sahibkarlıq və qarşılıqlı münasibətlərdə çox xüsusi bir dönüş nöqtəsidir. Bu baxımdan gələcək nəsillərin təhsili və xoşbəxt olması, sağlam və məhsuldar bir mühitin yaradılması mümükün olacaqdır.[16]
Xəlifə bin Zaid ən-Nəhayyən, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu Dabi əmiri
"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.louvreabudhabi.ae/en/about-us/contact-us.
  2. "TDIC outlines new roll-out of museums (İngilizce)". The National. 30 Aralık 2011 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
  3. 1 2 a b c "Abu Dhabi Celebrates The Beginning Of Construction For The Louvre (İngilizce)". ArchiCentral.com. 1 Şubat 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 1 Aralık 2011.
  4. 1 2 3 4 a b c d "The Louvre’s Art: Priceless. The Louvre’s Name: Expensive (İngilizce)". New York Times. 26 Eylül 2015 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 1 Aralık 2011.
  5. 1 2 a b "Art in the Desert 'Louvre Abu Dhabi' Gets Green Light (İngilizce)". Spiegel International. 5 Mart 2012 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
  6. "Le Louvre Abu Dhabi sous une coupole aérienne (Fransızca)"[ölü keçid]. Le Figaro. Erişim tarihi: 27 Kasım 2011.
  7. "A Louvre for Abu Dhabi? It’s a done deal (İngilizce)". San Francisco Chronicle. 30 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
  8. "Louvre Abu Dhabi to be created within the Saadiyat Island Cultural District (İngilizce)". Mena Report. 18 Nisan 2012 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
  9. "Le Louvre Abu Dhabi verra bien le jour (Fransızca)". Le Figaro. 29 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
  10. "Abu Dhabi and Paris sign museam deal (İngilizce)". MEED.com. 29 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
  11. 1 2 a b "Abu Dhabi Museum Project: A Desert Louvre? (İngilizce)". Spiegel International. 24 Mart 2012 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
  12. 1 2 a b "French cultural agency to steer work on Louvre Abu Dhabi (İngilizce)". UAEinteract.com. 30 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Kasım 2011.
  13. 1 2 "Louvre Abu Dhabi (İngilizce)". Universes-in-universe.org. 22 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 1 Aralık 2011.
  14. "French Culture Minister heads delegation to UAE capital to seal Louvre Abu Dhabi operating framework (İngilizce)". AmeInfo.com. 22 Ocak 2013 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 1 Aralık 2011.
  15. "Louvre Abu Dhabi - museum licensing shifts more than revenues (İngilizce)". Web.Archive.org. Erişim tarihi: 1 Aralık 2011.
  16. 1 2 a b "Louvre Abu Dhabi - Art Gallery and Museum, United Arab Emirates (İngilizce)". DesignBuild-Network.com. 2 Şubat 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 1 Aralık 2011.
  17. a b "Taking a trip to Abu Dhabi Jean Nouvel inspects a prototype dome for the city's cultural centrepiece (İngilizce)". WorldArchitectureNews.com. 24 Nisan 2014 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 2 Aralık 2011.
  18. 1 2 a b c "Abu Dhabi's Louvre to get Middle East art (İngilizce)". The National. 30 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 17 Aralık 2011.
  19. "Construction of historic Louvre Abu Dhabi museum starts (İngilizce)". Gulf News. 29 Mayıs 2009 tarihinde kaynağından Arxivləşdirilib 2009-05-29 at the Wayback Machine arşivlendi. Erişim tarihi: 25 Aralık 2011.
  20. "Abu Dhabi Gets a Sampler of World Art (İngilizce)" Arxivləşdirilib 2017-10-09 at the Wayback Machine. New York Times. Erişim tarihi: 25 Aralık 2011.
  21. "Showcase projects yield to more urgent needs (İngilizce)". Gulf News. 31 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 25 Aralık 2011.
  22. 1 2 a b "Louvre müzesi Abu Dabi'de açıldı" Arxivləşdirilib 2017-11-10 at the Wayback Machine. BBC Türkçe. 9 Kasım 2017. Erişim tarihi: 8 Kasım 2017.
  23. "Artists boycott Guggenheim Abu Dhabi project (İngilizce)". The Art Newspaper. 6 Mart 2013 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Aralık 2011.
  24. "Return to Risk (İngilizce)". Human Rights Watch. 23 Ekim 2013 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 27 Aralık 2011.
  25. "The Louvre Abu Dhabi, Exploitation and the Politics of the Museum Industry (İngilizce)". Znet. 24 Aralık 2013 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 30 Aralık 2011.
  26. "Gulf Louvre deal riles French art world (İngilizce)". BBC News. 2 Şubat 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 30 Aralık 2011.
  27. "France's Louvre branching to Abu Dhabi (İngilizce)". Associated Press. 21 Ekim 2012 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 30 Aralık 2011.
  28. "France's Louvre museum to build a branch in Abu Dhabi (İngilizce)". Huffington Post. 30 Ocak 2016 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 30 Aralık 2011.
  29. "Arts, Briefly (İngilizce)". New York Times. 30 Nisan 2014 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 30 Aralık 2011.
  30. "Price of a Good Name? For Louvre: $520 Million (İngilizce)". New York Times. 5 Haziran 2015 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 30 Aralık 2011.
  31. "Louvre to build branch in Abu Dhabi (İngilizce)". MSNBC. 24 Ekim 2012 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 31 Aralık 2011.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]