Lui Armstronq

Lui Armstronq
ing. Louis Armstrong
Louis Armstrong restored.jpg
Ümumi məlumatlar
Doğum adı Lui Deniel Armstronq
Ləqəbləri Seçmo, Pops
Doğum tarixi
Doğum yeri Nyu-Orlean, ABŞ
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Nyu-York, ABŞ
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Flaşinq qəbiristanlığı[d]
Vətəndaşlığı
Milliyyəti afro-amerikalı
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor, küçə sənətçisi[d], truba ifaçısı[d], qrup rəhbəri[d], dirijor, cazmen, müğənni, film bəstəkarı, kino aktyoru, musiqiçi, mahnı müəllifi[d], radioaparıcı[d], səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1914-1971
Janr Caz
Musiqi aləti Truba
Səs tembri bariton
Louis Armstrong signature.svg
louisarmstronghouse.org
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Lui Armstronq (ing. Louis Armstrong, Louis Daniel Armstrong; 4 iyul 1900(1900-07-04)[1][2], Nyu-Orlean, Luiziana[3][4]6 iyul 1971(1971-07-06)[1][2][5], Nyu-York, Nyu-York ştatı[2]) — ABŞ zənci trubaçalanı, bəstəkar, XX əsrin ən məşhur caz ustalarından biri sayılır.

Məlumat[redaktə | əsas redaktə]

Lui Armstronq çətin və yoxsul uşaqlıq dövrü keçirmişdir. Əvvəlcə truba ifaçısı, karyerasının sonlarına yaxın isə vokalçı olaraq tanınmışdır. Caz sənətinin görkəmli nümayəndələrindəndir. 1922-ci ildə Co Oliver onu Kreol caz orkestrində çıxış etmək üçün Çikaqoya dəvət etmişdir. 1924-cü ildə Lui Nyu-Yorkda F.Hendersonun caz orkestrində trubaçalan, sonra isə müğənni kimi fəaliyyət göstərmişdir. 1925-ci ildə Çikaqoya qayıtmış, qrammofon valları yazdırmaqla məşğul olmuşdur. O, zəngin ritm elementləri və tembr çalarları, melodiyanın improvizasiya xarakterli şərhi ilə səciyyələnən orijinal ifaçılıq üslubu yaratmışdır. 1944-cü ildə Lui Metropoliten-opera -da keçirilən birinci caz konsertində iştirak etmişdir. 1947-ci ildə “Lui Armstronqun bütün ulduzları” sekstetini yaratmış və ömrünün axırına kimi qastrol səfərləri ilə bütün dünyanı gəzmişdir. Bir sıra blüzmahnılar yazmış, kinoya çəkilmişdir. Satçmo təxəllüsü fəaliyyət göstərmişdir. “Satçmo: Mənim Yeni Orleandakı həyatım” xatirələr kitabının müəllifidir.[6]

Xarici keçidlər[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru: açıq məlumat platforması — 2011.
  2. 1 2 3 4 5 Czech National Authority Database
  3. Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası və b. Record #118504053 // Ümumi tənzimləmə nəzarəti (GND) — 2012—2016.
  4. http://www.nytimes.com/books/first/b/bergreen-armstrong.html
  5. 1 2 Gran Enciclopèdia CatalanaGrup Enciclopèdia Catalana, 1968.
  6. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 61–62. ISBN 978-9952-441-05-5. (#script_parameter)