Lonq-Aylend boğazı

Lonq-Aylend boğazı
ing. Long Island Sound
Ümumi məlumatlar
Eni minimum 34 km
Uzunluğu 177 km
Yerləşməsi
41°06′18″ şm. e. 72°54′05″ q. u.
Ölkə  ABŞ
Akvatoriyası
Lonq-Aylend boğazı xəritədə
Lonq-Aylend boğazı
Lonq-Aylend boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lonq-Aylend boğazı- Konnektikut ştatını Lonq-Aylend adasından (cənubda) ayırır. Uzunluğu 177 km, eni minimum 34 km təşkil edir. Qərbdə boğaz İst-River boğazı ilə birləşir. Sahilləri parçalıdır. Sumsal burunlarla zəngindir. Bəzən boğaz körfəz adlandırılır.

Balıq, molyusklar və xərçəngkililərlə zəngindir. Sahillərində dəniz quşları vardır. Üstəlik suda-quruda yaşayanlar və tısbağalara da rast gəlinir. Bunula belə Nyu-York və Konnektikut kimi iri şəhərlər boğazın ekologiyasına öz mənfi təsirini göstərir. Bu səbəbdən son zamanlar əraziyə gələn turistlərin sayında azalma müşahidə edilir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Kəşfi haqqında müxtəlif fikirlər irəli sürülür. Belə ki, 1609-cu ildə Henri Hudzon ərazidən keçmişdir. Onu ilk kəşf edən isə hollandiyalı səyyah Adrean Blak olduğu deyilir. Buna misal kimi boğazın şərqində Blok adası olması göstərilir.

Mənbə[redaktə | mənbəni redaktə et]