Likvidlik

LikvidlikBiznesdə, iqtisadiyyatda yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Aktivlərin pula çevrilmə imkanı əks etdirən iqtisadi termin likvidlik kimi müəyyən olunur. Daşıdığı ümumi anlamdan əlavə bu terminin daha konkret mənalarda işləndiyi məqamlar da vardır. Bank, müəssisə, qiymətli kağızlar, bazar, yatırımlar və s. ilə münasibətdə işlənməsindən asılı olaraq həm likvidliyin müəyyən edilməsi üsulları, həm də terminin özünün izah variantları bir-birindən fərqlənir. Likvidlik – sadəcə maddi dəyərləri pula çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal dərəcədə faydalı şəkildə həyata keçirməkdir. Bu nisbi parametrlərdən asılı olaraq likvidliyin nisbi kəmiyyətini müəyyən edirlər. Yaxşı likvidlik göstəricisi və qeyri likvidlik kifayət qədər şərti xarakter daşıyır. Bu zaman bir sıra faktorlar nəzərə alınmalıdır.

Likvidliyə təsir edən faktorlar[redaktə | mənbəni redaktə et]

Biznesdə edilən pul yatırımlarının, investisiyaların geri qayıtması (yəni öz pulunu çıxardaraq, gəlir gətirməsi) həmin müəssisəni likvid adlandırmaq üçün tutarlı əsas verir. Əgər gəlirlər az olarsa onda bu variant az likvidli müəssisə adlanacaq. Yüksək gəlirli (öz xərclərini artıqlaması ilə çıxara bilən) bizneslərə tələbat həmişə yüksəkdir. Likvidliyə təsir edə bilən digər parametr pul vəsaitlərinin, yəni gəlirin əldə edilmə sürətidir. Özü də məsrəflərin tam həcminə nisbətdə. Pul yatırımı edən hər bir şəxs, onları qısa müddət ərzində böyük plyusla geri qaytarmağı düşünür. Belə yüksək likvidli situasiyalara olduqca nadir hallarda rast gəlinir. Daha sadə dillə müəssisənin likvidliyini belə izah etmək olar “bu biznes nə dərəcə də sərfəlidir?”. Böyük maliyyə vəsaitlərini kifayət qədər gəlirli şəkildə investisiya etmək istəyərkən, diqqət mərkəzinə təkcə müəssisələrə və müxtəlif səhmlərə edilən yatırımlar dayanmır, həmçinin digər bazarlar da axtarmaq olar. Həmişə nəzərə alınan ən vacib nüans risklərdir. Bəzi variantlar həddindən artıq likvid ola bilər, amma belə bir riskə getmək olduqca çətindir. Sözü gedən termin iqtisadiyyatın digər sahələrində, məsələn ödəniş qabiliyyətinin müəyyən edilməsi zamanı istifadə olunur. Biznesdə böyük pullar dövr edə bilər, amma sən demə xərclər və maliyyə itkiləri daha çox olacaq. Nisbi rəqəmlərə gəldikdə müəssisə likvid olmaya bilər, baxmayaraq ki, o öz sahiblərinə kifayət qədər sanballı məbləğlərdə, çox yaxşı həcmdə gəlir gətirir. Biznes gizlicə borclana bilər ki, bu da hesabat dövründə maliyyə itkilərinin həcminin böyüklüyünü üzə çıxaracaq. Borcalan və kreditor münasibətlərində də likvidlik anlayışı mövcuddur, bu zamanda nəzərdə ödəmə qabiliyyəti tutulur. Bu borcalanın maliyyə vəsaitlərini vaxtında geri qaytara bilib-bilməyəcəyini müəyyən edir. Sözügedən situasiya daha çox banklarda aktualdır. Likvid olmayan müştərilərə kredit verməkdən sadəcə imtina edilir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Likvidlik nədir – aktivlərin pula çevrilmə qabiliyyəti". 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-06.