Lester Siti FK

Lester Siti
Leicester City F.C.
Loqonun şəkli
Klubun tam adı Lester Siti Futbol Klubu
Ölkə
Ləqəb(lər) Tülkülər (ing. The Foxes)
Mavilər (ing. The Blues)
Rəng(lər)
Yaranma tarixi 1884
Stadionu Kinq Pauer
Tutumu 32.262[1]
Sahibi King Power IG
Prezidenti Vişay Şrivaddanaprabha
Baş məşqçisi Klaudio Ranieri
Liqa Premyer Liqa
2018-19 1-ci
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lester Siti Futbol Klubu (ing. Leicester City Football Club) — Lester şəhərini təmsil edən peşəkar ingilis futbol klubu. Klub İngiltərə futbolunun ali divizionunda — Premyer Liqada çıxış edir. Klub 1884-cü ildə "Lester Fossi" adı altında yaradılıb.[2] 1919-cu ildə klubun adı dəyişdirilərək "Lester Siti" olub.

Klubun azarkeşlər arasında ənənəvi ləqəbi "Tülkülər"dir. Klubun şüarı də bununla bağlıdır — "Foxes never quit" ("Tülkülər heç vaxt təslim olmurlar").

"Lester Siti" ev oyunlarını 111 il ərzində "Filbert Strit" stadionunda keçirib.[3] Klub rəqiblərini 2002-ci ildən 32 min nəfər tutumu olan "Kinq Pauer" stadionunda (əvvəllər "Uokers" kimi tanınan) qəbul edir.[4]

Klubun son dövrlərdə ən yüksək nailiyyəti 2015-16 mövsümündə Premyer Liqada çempion adını qazanmaq olub. Komanda həmçinin, üç dəfə Futbol liqasının Kubokunu qazanıb.

Uğurları[redaktə | mənbəni redaktə et]

Hazırkı heyət[redaktə | mənbəni redaktə et]

İngiltərə Premyer Liqası 2015-16 üçün heyəti (4 fevral 2016)[5]

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Danimarka GK Kasper Şmeyhel
4 İngiltərə MF Denni Drinkuoter
5 Yamayka DF Ues Morqan (Kapitan)
6 Almaniya DF Robert Hut
8 İngiltərə MF Metti Ceyms
9 İngiltərə FW Ceymi Vardi
10 Uels MF Endi Kinq
11 İngiltərə MF Mark Olbrayton
12 İngiltərə GK Ben Heymer
13 Qana MF Deniel Amarti
14 Fransa MF N'Qolo Kante
15 Qana DF Ceff Şlupp
Nömrə Ölkə Mövqeyi Futbolçu
17 İngiltərə DF Danni Simpson
18 İngiltərə DF Liam Mur
20 Yaponiya FW Sindzi Okazaki
22 İngiltərə MF Demaray Qrey
23 Argentina FW Leonardo Uloa
24 İngiltərə MF Natan Dayer
26 Əlcəzair MF Riyad Mahrez
27 Polşa DF Martsin Vasilevski
28 Avstriya DF Kristian Fuks
30 İngiltərə DF Ben Çiluell
32 Avstraliya GK Mark Şvartser
33 İsveçrə MF Gökhan İnler

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. [www.lcfc.com/news/article/180613-201314-championship-guide-870906.aspx "2013/14 Championship Guide"] (#bad_url). Leicester City Football Club. 24 June 2013. İstifadə tarixi: 11 February 2008.
  2. "The History of Leicester City Football Club". Leicester City Official Website. 21 June 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 October 2013. (#apostrophe_markup)
  3. "A History of Filbert Street". Filbertstreet.net. 29 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 September 2011.
  4. "Walkers Stadium". The Stadium Guide website. The Stadium Guide. 2004. 30 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2013.
  5. [www.lcfc.com/team/player-profile// "Player Profiles"] (#bad_url). lcfc.com. 4 February 2016. İstifadə tarixi: 4 February 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]