Konstantin Krasusski

Konstantin Krasusski
Doğum tarixi
Doğum yeri Moskva,
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Bakı Azərbaycan Azərbaycan

Konstantin Krasusski (Moskva, 14 sentyabr 1867–Bakı, 4 aprel 1937)

Həyatı[redaktə | mənbəni redaktə et]

1891-ci ildə Peterburq Universitetini bitirmişdir. 1902-ci ildə Sankt-Peterburqda dissertasiya müdafiə edərək, kimya üzrə magistr - alimlik dərəcəsi almışdır. 1902-ci ildən Varşava Universitetində işləmişdir. 1929-cu ildə Azərbaycana dəvət olunmuş və1929-30-cu illərdə Bakı Dövlət Universitetində, 1930-37-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda «Üzvi kimya» kafedrasına rəhbərlik etmişdir. 1935-ci ildə Azərbaycan Kimya İnstitutunun təşkilatçısı və ilk direktoru olmuşdur. K.A.Krasusski Azərbaycanda üzvi kimya elminin inkişafı və elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə1936-cı ildə “Azərbaycanın Əməkdar elm xadimi” adına layiq görülmüşdür. 1926-cı ildə Ukrayna EA-nın, 1933-cü ildə isə SSRİ EA-nın müxbir üzvü seçilmişdir. Onun tərəfindən tədqiq edilmiş proseslərdən biri “Krasusski qaydası” adı ilə üzvi kimyada geniş istifadə olunur[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Görkəmli kimyaçılar". 2013-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.