Klokot

Qəsəbəbələdiyyə
Klokot
serb. Клокот/Klokot
alb. Kllokot ya da Kllokoti
42°22′07″ şm. e. 21°22′30″ ş. u.
Ölkə  Kosovo
Region Gilan rayonu
Mer Saşa Mirkoviç
Tarixi və coğrafiyası
Sahəsi 23.36 km2 km²
Saat qurşağı
Əhalisi
Əhalisi 2,556 nəfər (2013)
Sıxlığı 88.9/km2 nəf./km²
Milli tərkibi Albanlar, serblər, türklər və digərləri
Digər
kk.rks-gov.net/kllokoti
Xəritəni göstər/gizlə
Klokot xəritədə
Klokot
Klokot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klokot (serb-kiril. Клокот) və ya Kllokot (alb. Kllokoti), Kosovonun Gilan rayonunda yerləşən bir qəsəbəbələdiyyə. Bələdiyyə 2010-cu ilin yanvar ayının 8-də quruldu və məskunlaşmalar Vitina bələdiyyəsinin bir parçası idi. Bələdiyyənin baş qərərgahı Klokot qəsəbəsindədir. Bu bir Serb enklavıdır.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Klokot, Kosovonun cənub-şərqindəki Pomoravliye coğrafi regionunda yerləşir.

Bələdiyyənin kadastr sahəsi 2,336 hektardır. Bələdiyyə, Klokot qəsəbəsini və üç kəndi ehtiva edir:[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

2003-cü ilin Avqust ayında Klokota yerləşdirilən partlayıcı qurğular, iki Amerikalı KFOR əsgərini öldürmüş və beş serb evini məhv etmişdir.[2]

Klokot bələdiyyəsi, daha əvvəl Vitina Bələdiyyəsinin bir parçası olaraq 2010-cu ilin Yanvar ayının 8-də rəsmi olaraq qurulmuşdur[1]. Bələdiyyənin baş qərərgahı Klokotda yerləşir[3]. Kosovonun yeni qurulmuş bələdiyyələri, hələ Vitina bələdiyyəsinin bir parçası olaraq gördüyü serb hökuməti tərəfindən tanınmır.

2014Mart 2016 arasında 124 üzvü olan 30 serb ailəsi bələdiyyədən ayrılmışdır[4]. 2016-cı ilin Dekabr ayında iki yerli serb gənc, altı albandan ibarət olan, bir qrup tərəfindən bıçaqlanmışdır. Həmən hadisədən bir həftə əvvəl, Kosovoya geri dönən bir serb ailəsinin evi yandırılmışdır.[5]

2016-cı ildə, bələdiyyənin təxmini büdcəsi 800 min idi.[6]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Bələdiyyənin iqtisadiyyatı əsas olaraq təbii resurslara (ümumiyyətlə mədən suyu), turizmə, kənd təsərrüfatına və kiçik ticarət sahələrinə söykənir. Klokotun 32°C-yə çatan bəzi əhəmiyyətli isti su resurları mövcuddur[7]. Bələdiyyədən fəaliyyət göstərən 29 qeydli şəxsi müəssisə mövcuddur.[1]

Klokot bələdiyyəsinin xəritəsi

İctimai Xidmətlər[redaktə | mənbəni redaktə et]

Bələdiyyədə 599 şagird və 33 müəllimdən ibarət olan 3 ibtidai məktəb, 147 şagird və 13 müəllimdən ibarət bir orta məktəb və 15 uşaq və 2 müəllimdən (2013-cü ildən bəri) ibarət bir bağça mövcuddur[1]. İki ibtidai məktəb serb kurrikulumunu izlərkən, biri Kosovolu kurrikulumunu izləyir[1]. Klokotdakı Müqəddəs Sava İbtidai məktəbində, 250 şagird (2001-ci ildən bəri) təhsil alır.[8]

Bələdiyyədə 4 serb ortodoks kilsələri mövcuddur. Qrnçar kilsəsi, minalanmış və Kosovo müharibəsi zamanı, albanlar tərəfindən məhv edilmişdir. Kilsə daha sonra yenidən inşa edilmişdir[1]. Moqila kəndində müharibə zamanı zədələnməmiş bir məscid mövcuddur.

Siyasəti[redaktə | mənbəni redaktə et]

İlk (və ən yəni) bələdiyyə seçkiləri 2009-cu ilin Noyabr ayının 15-də keçirilmişdir[9]. Serb hökuməti bu seçkiləri tanımasa da, seçkilərə əksəriyyətlə serb mənşəli yerli seçicilərin 25,4%-i qatılmışdır[10]. Serb olan, Saşa Mirkoviç bələdiyyənin meri seçildi[1][11]. Bələdiyyə məclisinin 15 üzvündən 10-u, Serb Müstəqil Liberal Partiyası-dan, 5-i isə Kosovo Alban Demokratik Liqası-dan seçildi.[1][12]

Demoqrafiyası[redaktə | mənbəni redaktə et]

Klokot bələdiyyəsində serb əksəriyyəti və alban azlığı var[13]. MAAM, 2010-cu və 2013-cü illərdəki təxminlərinə söykənərək, Klokot bələdiyyəsində, 3,500 serbin yaşadığını (71,23%) hesablamışdır[14]. Klokot qəsəbəsində Kosovo müharibəsindən (1998-1999) əvvəl 1,500 nəfər və 2001-ci ildə isə 1,200 nəfər yaşayırdı.

Klokot bələdiyyəsi 2011[1]

Etnik qruplar Əhalisi %
Albanlar 1,362 53.29
Serblər 1,177 40.05
Qaraçılar 9 0.35
Türklər 1 0.4
Digərləri və qeyd edilməyənlər 7 0.27

Xarici Keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 MUNICIPAL PROFILES: Klokot/Kllokot Arxivləşdirilib 2016-08-20 at the Wayback Machine (Yanvar 2013), OSCE Kosovoda Missiya rəsmi saytından Arxivləşdirilib 2013-05-08 at the Wayback Machine, 2013-cü ilin oktyabr ayının 6-da əldə edildi.
  2. Serbian Studies Arxivləşdirilib 2021-11-18 at the Wayback Machine18. North American Society for Serbian Studies. 2004. səh. 315.
  3. Law on Territorial Organization of the Republic of Serbia Arxivləşdirilib 2013-10-12 at the Wayback Machine (Serb dilində), adopted on 29 December 2007, from the official web site of the Parliament of Serbia [https://web.archive.org/web/20101222113623/http://parlament.gov.rs/ Arxivləşdirilib 2010-12-22 at the Wayback Machine [1]], accessed on 6 October 2013.
  4. "Opštinu Klokot Vrbovac napustilo 30 srpskih porodica" Arxivləşdirilib 2021-11-18 at the Wayback Machine.
  5. "SRBI META ŠESTORICE ALBANACA "Napali su nas iz čista mira"" Arxivləşdirilib 2021-11-18 at the Wayback Machine. Blic.
  6. "Srbi u Pomoravlju bez perspektive" Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. TV Most.
  7. ASIN 3897941414 Arxivləşdirilib 2023-07-25 at the Wayback Machine
  8. "We Are Imprisoned Here Like on Reservation" Arxivləşdirilib 2012-02-18 at the Wayback MachineBlic. 13 Yanvar, 2001. 2012-ci ilin Mart ayının 12-də alındı.
  9. KIM radio: Sve spremno za izbore u opštini Klokot-Vrbovac[ölü keçid] (27.10.2009) (Serbcə)
  10. KIPRED: Decentralization in Kosovo I: Municipal elections and the Serb participation Arxivləşdirilib 2011-07-19 at the Wayback Machine
  11. KIM radio: Održana druga sednica decentralizovane opštine Klokot[ölü keçid] (02 Fevral, 2010) (Serbcə)
  12. KIM radio: Decentralizovana opština Klokot održala prvu sednicu Skupštine[ölü keçid] (21 Yanvar, 2010) (Serbcə)
  13. Instituti GAP
  14. ECMI Kosovo 2013