Karaidel rayonu

Rayon
Karaidel rayonu
Ҡариҙел районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

55°50′16″ şm. e. 56°54′35″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 20 fevral 1932
Sahəsi 3785,78[1] km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 24.909 nəf. (1 yanvar 2019)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34744
Poçt indeksi 4523ХХ
Rəsmi sayt
Karaidel rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karaidel rayonu (başq. Ҡариҙел районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.

Rayonun inzibati mərkəzi Karaidel kəndidir.

Coğrafi yerləşməsi[redaktə | mənbəni redaktə et]

Başqırdıstanın şimalında yerləşir. Ərazisindən Ufa, Ryazan, Kirzya, Bayki, Uryuş şayları axır. Rayonun ərazisi 3 664 km² təşkil edir. Ufa platosunun ərazisində yerləşir. Ərazisinin böyük hissəsində əsasən boz meşə, açıq-boz, qərbində isə qara torpaqlar yaylılmışdır. Ərazisindən kərpiç gili, neft, tikinti daşı, qum çıxarılır. şimaldan cənuba 38 km, şərqdən qərbə 66 km məsafədə uzanır. Rayon ərazisindən MoskvaÇelyabinsk dəmiryolu və Çişmi — Davlekonova — Qırğız-Miyaki, Raebski — Sterlitamak avtomobil yolu keçir.

Tarix[redaktə | mənbəni redaktə et]

Rayon 20 fevral 1932-ci ildə Askin və Baykin rayonlarının ləğv edilməsindən sonra meydana gəlmişdir. 1956-cı ildə Baykibaşev rayonu ləğv edilərən ona birləşdirilir[3].

31 avqust 1956-cı ildə RSFSR Ali Sovetinin Prezidium qərarı ilə Baykibaşev rayonunun mərkəzi Karaidel rayonu elan edilir. Bundan sonra rayon buna müvafiq olaraq Karaidel adlanmağa başlanılır[4].

Əhali[redaktə | mənbəni redaktə et]

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Karaidel rayonu ərazisin milli tərkibi: başqırdlar — 47 %, tatarlar — 26,9 %, ruslar — 19,8 %, marilər — 5,4 %, digər millər — 0,9 %[5].

İnzibati-ətazi vahidləri[redaktə | mənbəni redaktə et]

Rayonda 17 kənd inzivati vahidliyinə 99 yaşayış məntəqəsi daxildir[6]

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Karaidel rayonu əsasən meşə-aqrar rayondur. 119,7 min ha ərazisi (rayonun 35,6 % ərazisi) meşə təsərrüfatının, 76,2 min ha əkin sahələrinin, 23,5 min ha otlaq sahələrinin payına düşür. Kənd təsərrüfatının əsas istiqamətləri: Taxılçılıq, kartofçuluq, ətlik-südlük istiqamətli heyvandarlıq, donuzçuluq. Ərazisindən Birsk — Mesyaqutovo — Satka avtomobil yolu keçir.

Sosial sfera[redaktə | mənbəni redaktə et]

Rayon ərazisində 65 ümumtəhsil mərkəzi, 23 orta məktəb; musiqi məktəbi və peşəkar uçiliş, 38 kütləvi kitabxana, 63 klub, 1 rayon və 7 kənd xəstəxanası fəaliyyət göstərir. Burada «Karaidel» adlı qəzet buraxılır.

Tanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]

  • Vladimir Rəşidoviç Alimov — Rusiya Milli Qəhrəmanı.
  • Vasili Semyonoviç Dulsev — Sosialist Əməyi Qəhrəmanı.
  • Pyotr Qeorqieviç Korokin — Sovet İttifaqı Qəhrəmanı.
  • Marat Parisoviç Mirqazyamov — Başqırdıstan Respublikası Baş Naziri.
  • Nikolay Kiriloviç Romanov — Sovet İttifaqı Qəhrəmanı.
  • Sergey Pavloviç Çerepaxin — Sovet İttifaqı Qəhrəmanı.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Республика Башкортостан. Общая площадь земель муниципального образования". 2020-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
  2. Численность населения муниципальных образований Республики Башкортостан. 2019. S. 62.
  3. "Караидельский район | Генеалогия и архивы". 2010-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
  4. "Указ Президиума ВС РСФСР от 31.08.1956 «Об установлении районного центра Байкибашевского района и переименовании Байкибашевского района Башкирской АССР» (Протокол № 22, ст. 2)". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
  5. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
  6. "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населённых пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.