Kamran Bağırov

Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Kamran Bağırov | |||||||
---|---|---|---|---|---|---|---|
Kamran Məmməd oğlu Bağırov | |||||||
![]() | |||||||
| |||||||
Sələfi | Heydər Əliyev | ||||||
Xələfi | Əbdürrəhman Vəzirov | ||||||
Şəxsi məlumatlar | |||||||
Doğum tarixi | 24 yanvar 1933 | ||||||
Doğum yeri | Şuşa, Azərbaycan SSR, ZSFSR | ||||||
Vəfat tarixi | 25 oktyabr 2000 (67 yaşında) | ||||||
Vəfat yeri | Bakı, Azərbaycan |
Kamran Məmməd oğlu Bağırov — Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 12-ci birinci katibi (1982-1988).
Həyatı[redaktə | əsas redaktə]
Kamran Bağırov 1933-cü ildə Şuşada doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb, Nazirlər Sovetində mühüm vəzifəyə irəli çəkilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışdıqdan sonra kompartiyanın Sumqayıt şəhər partiya komitəsinin birinci katibi vəzifəsinə göndərilib.
1982-1988-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. 1988-ci ildə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Komitəsinə sədr təyin edilir və o, bir müddət bu vəzifədə işləyir.
Kamran Bağırov 25 oktyabr 2000-ci ildə 67 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.