Kamran Ağayev

Kamran Ağayev
Ümumi məlumatlar
Doğum tarixi 9 fevral 1986(1986-02-09)[1][2] (38 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 189 sm
Çəkisi 86 kq
Mövqeyi qapıçı
Əsas ayağı sağ
Klub haqqında məlumat
Klub Azərbaycan Keşlə
Nömrəsi 1
Karyerası
Klub karyerası[* 1]
2003—2004 Azərbaycan Şəfa Bakı 8 (0)
2004—2006 Azərbaycan Turan Tovuz 14 (0)
2006—2012 Azərbaycan Xəzər-Lənkəran 122 (0)
2013—2014 Azərbaycan Bakı 15 (0)
2014—2015 Azərbaycan Qəbələ 34 (0)
2015 Türkiyə Kayserispor 11 (0)
2015—2016 Türkiyə Karşıyaka 13 (0)
2016 Azərbaycan İnter Bakı 9 (0)
2016—2018 Portuqaliya Boavişta 12 (0)
2018– Azərbaycan Keşlə 11 (0)
Milli yığma[* 2]
2008—h.h. Azərbaycan Azərbaycan 73 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 17 iyul 2018 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 17 iyul 2018 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kamran Adilxan oğlu Ağayev (9 fevral 1986[1][2], Dəvəçi) — keçmiş Azərbaycan futbolçusu, Azərbaycan milli futbol komandasının baş qapıçı məşqçisi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Kamran Ağayev 9 fevral 1986-cı ildə Dəvəçi (indiki Şabran) şəhərində anadan olub. İlk orta təhsilini Dəvəçi şəhərində Roman Yusifov adına 2 saylı orta məktəbdə alıb. Hələ orta məktəbdə oxuduğu vaxtlarda idmana həvəsinin olduğu özünü büruzə verirdi. Təkcə futbola deyil, idmanın bir çox sahələrinə marağı olmuşdur. İdmanın üzgüçülük, güləş, sambo, karate, akrobatika və s. növləri ilə məşğul olmuşdur, lakin futbolu hamısından üstün tutan Kamran yaşadığı rayonun – Dəvəçi rayonunun futbol komandasının oyunlarına qatılır.

İlk illər[redaktə | mənbəni redaktə et]

"Bərəkət" adlı komandada baş məşqçi və eyni zamanda da atası – Adilxan Ağayevin nəzarəti ilə futbol oynayır. Bu baxımdan da, ilk məşqçisinin atasının olduğunu demək olar. Futbolun incəliklərinə isə Bakıya gəldikdən sonra yiyələnir. Dəvəçi rayonunun Bərəkət klubunda Kamranın oyunlarını izləyən İslam Kərimov onun Bakıya gəlməsini, daha peşəkar klublarda oynamasını israr edir və 15 yaşlı Kamranı baş məşqçilik etdiyi 17 yaşlılardan ibarət futbol üzrə yığma komandanın heyətinə cəlb edir. Yığmada göstərdiyi oyunları ilə Kamran Bakı klublarının məşqçilərinin diqqətini çəkir. Elə həmin ildə Bakının Şəfa Bakı klubunun düşərgəsinə dəvət alır. Kamran orada baş məşqçi Vaqif Sadıqovun rəhbərliyi altında məşqlərə başlayır və qapıçılarla işləyən məşqçi Cəmaləddin Əliyevdən futbolun sirrlərini öyrənir. 2001-ci ildə ilk böyük mükafatını burada qazanır. Şəfa futbol klubu Azərbaycan kubokunun sahibi olur.

Peşəkar karyerası[redaktə | mənbəni redaktə et]

2004-cü ildə Naci Şensoyun baş məşqçilik etdiyi Tovuzun Turan Tovuz klubuna transfer olunur və 2 il bu klubun şərəfini qoruyur.

Karyerasında ən möhtəşəm səhifə isə 2006-cı ildə Lənkəran şəhərinin Xəzər-Lənkəran komandasında çalışmaq üçün seçimini etdikdən sonra açılır. Elə həmin mövsümün Azərbaycan çempionluğu və kubokunu qazanırlar. 2008-ci ildə bu qələbələrin davamı olaraq Xəzər-Lənkəran komandası yenidən Azərbaycan kubokunun sahibi olur. Bundan başqa 2008-ci ildə MDB və Baltikyanı ölkələrin futbol üzrə 16-cı beynəlxalq turniri olan Birlik kubokunun da qalibi olmuşlar.

7 il Xəzər-Lənkəranda oynadıqdan sonra 2013-cü ildə problemlə əlaqədar komandadan ayrılır və bir müddət "Bakı" komandasında qərar tutur, amma burada da arzuladığı formaya qovuşa bilməyən Kamran Ağayev özünə yeni klub axtarışına çıxır. Baş məşqçi Milinko Pantiçin istəyi ilə milli komandamızın qapıçısı transferə çıxarılır.

31 yanvar 2014-cü ildə Kamran Qəbələ komandası ilə 18 aylıq müqavilə imzalayır. Qəbələdə 33 oyun keçirən Kamran, müqaviləyə 1 il sonra 2015-ci il fevralın 1-i xitam verərək Türkiyəyə yollanır. "Qəbələ"dən ayrılan Kamran Ağayevin yeni iş yeri Türkiyə PTT Liqasının lideri "Kayserispor" olur.[3] "Kayserispor"la mövsümün sonuna qədər müqavilə bağlayan əlcək ustası komandasında ilk oyununa Türkiyə kubokunun 1/8 final mərhələsində "Beşiktaş"la (1:0) matçda çıxıb. Ağayev "Kayserispor"da cəmi 6 oyunda meydana çıxır. Mövsümün sonunda "Kayserispor"dan ayrılan Kamran "Qarşıyaka" klubu ilə müqavilə imzalayır. Bu klubda da çox qalmayan Kamran 13 oyunda meydana çıxır və 2015-i il dekabr ayında komandadan ayrılaraq Bakıya üz tutur. Bir müddət "Sumqayıt"ın düşərgəsində məşq edir. 2016-cı il yanvar ayında isə gözlənilmədən Bakının "İnter" komandası ilə müqavilə imzalayır. Mövsümün sonunadək burada oynayan Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev may ayında komanda ilə yollarını ayırır.

Ağayev 2016-cı il sentyabrın 12-i Portuqaliyanın "Boavişta" klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb. Kamran Portuqaliya klubuna azad agent statusu ilə keçib. Qapıçı "Sumqayıt"la yenicə müqavilə imzalasa da, onun müqaviləsində xaricdən təklif gələcəyi təqdirdə klubun futbolçunu sərbəst buraxacağı barədə bənd Ağayevin azad agent kimi Portuqaliyaya getməsinə imkan yaradıb. Boaviştanın heyətində debüt matçı 25 sentyabr "Portu"ya qarşı keçirib.

Qeyd etmək lazımdır ki, Kamranın milli komandadakı fəaliyyəti 17 yaşlılardan ibarət yığma komandanın tərkibində yer alması ilə bitməmişdir. Onun futboldakı bacarığı, uğurlu oyunları, sənətinə bu qədər məsuliyyətlə yanaşması daha sonralar da futbol üzrə milli komandanın şərəfini qorumaq üçün dəvət almasını ənənə halına salmaq üçün səbəb olmuşdur. 19 və 21 yaşlılardan ibarət yığma komandalara da vaxtaşırı olaraq dəvət almışdır və meydana kapitan kimi çıxmışdır. Hal-hazırda da milli komandanın qapıçısıdır. 2008-ci ilin ən yaxşı futbolçusu, 2009-cu ilin ən yaxşı qapıçısı seçilmişdir.

Uğurları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xəzər-Lənkəran

Şəxsi

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Kamran Agaev // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Kamran Agayev // As (isp.). Madrid: Grupo Prisa, 1967. ISSN 1888-6671
  3. "Kamran Agayev [[Kayserispor]]da" (türk.)). spor.haber7.com. 2015-02-02. 2015-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-17.
  4. "Azərbaycanda "İlin qalibləri" AÇIQLANDI". 2013-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-16.
  5. "Milli komandalarımızın ən yaxşıları bəlli oldu". 2013-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]