Kalmıkların deportasiyası

Kalmıkların deportasiyası
Əsas münaqişə: SSRİ-də məcburi köçürülmələr, SSRİ-də siyasi repressiyaİkinci Dünya müharibəsi
Kalmıkiyadan Sibirə olan deportasiyanın xəritəsi (1943)   Kalmıkiya   Omsk vilayəti, Krasnoyarsk diyarı, Altay diyarı, Novosibirsk vilayəti (destination of the deportees)
Kalmıkiyadan Sibirə olan deportasiyanın xəritəsi (1943)
  Kalmıkiya
Ümumi məlumatlar
Yeri Kalmıkiya,SSRİ
Hücumun hədəfi Kalmıklar
Tarix
  • 28 dekabr 1943–31 dekabr 1943
Hücum metodu məcburi köçürmə, deportasiya
Ölü sayı 16 000 - 17 000
Törədən(lər)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kalmıkların deportasiyası və ya "Ulusı" əməliyyatı (rus. Операция «Улусы»)[1] — 28 – 31 dekabr[2] 1943-cü ildə 93.000-dən çox kalmıkların və kalmıklarla evil olan qeyri-kalmık qadınların Sovet İttifaqı tərəfindən sürgün edilməsidir. Ailələr və ayrı-ayrılıqda insanlar məcburi əmək üçün zorla mal-qara vaqonlarında Sibirə, xüsusi yaşayış məntəqələrinə köçürüldülər.[3] Kalmık olmayan kişilərlə evlənən kalmık qadınlar deportasiyalardan azad edildi. Hökumət sürgünlərin rəsmi səbəbi kimi 2-ci Dünya müharibəsində təxminən 5000 kalmıkın nasistlərə bağlı Kalmıkiya Süvari Korpusunda döyüşməsini göstərərək, onları Aksis qüvvələri ilə əməkdaşlıqda ittiham etmişdi.[4] Amma iqtidar eyni zamanda 23 mindən çox kalmıkın Qızıl Orduda xidmət etdiyini və Aksis qüvvələrinə qarşı Sovetlərlə birlikdə vuruşduğunu qəbul etmirdi.[5]

NKVD rəisi Lavrenti Beriya və onun komissar müavini İvan Serov SSRİ hökumət başçısı İosif Stalinin birbaşa göstərişi[6] ilə deportasiyanı həyata keçirdilər.[7] Deportasiyada NKVD-NKGB qoşunlarından 10 minədək hərbçi iştirak etmişdir. Bu, 1930–1950-ci illər arasında bir neçə milyon sovet etnik azlığına təsir edən sovetlərin məcburi yerləşdirmə və əhali köçürmələri proqramının bir hissəsidir.[8] Kalmıkların xüsusi hədəfə çevrilməsi bu entik qrup içindəki anti-kommunist əhvali-ruhiyyə və Buddist mədəniyyəti kimi bir sıra səbəblərə əsaslanırdı.

Deportasiya 16 mindən çox insanın ölümünə səbəb oldu,[9][10][11] bu da deportasiya edilmiş əhalinin 17%-nin ölməsi demək idi.[9][10] Nikita Xruşşov SSRİ-nin yeni hökumət başçısı olduqdan və de-Stalinizasiya prosesini başlatdıqdan sonra 1956-cı ildə kalmıkların deportasiya edilmiş xalq status götürüldü.[12] 1957-ci ildə kalmıklar xüsusi yaşayış məntəqələrindən azad edildi və Kalmık Muxtar Sovet Sosialist Respublikası olaraq rəsmiləşdirilən doğma torpaqlarına qayıtmalarına icazə verildi.[13] 1959-cu ilə qədər sürgündə qalan kalmıkların 60% -dən çoxu evlərinə qayıtdı.[14] Ancaq, bu gün də hiss olunan, insan itkisinin və sürgünlərin sosial-iqtisadi həyatda yaratdığı dəyişikliklər kalmıklara çox təsir etdi.[15] 14 noyabr 1989-cu ildə Sovet İttifaqı Ali Şurası Stalinin bütün deportasiyalarını "qanunsuz və cinayətkar" elan etdi.[16] Müasir tarixi təhlillər bu köçürmələri təqib və insanlığa qarşı cinayət nümunəsi hesab edir.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbələr[redaktə | mənbəni redaktə et]