Kərim ağa Fateh

Kərim ağa Fateh
Doğum tarixi 1788
Doğum yeri
Vəfat tarixi 1858
Fəaliyyəti tarixçi

Kərim Ağa Fateh (1788, Şəki1858) — Kərim ağa Şəkixanov Hacı Çələbinin kötücəsi, qısa müddət Şəki xanı olmuş Fətəli xanın oğlu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ədəbi təxəllüsü "Fateh"dir. Kərim ağa Fateh "Şəki xanlarının müxtəsər tarixi" əsərini 1829-cu ildə azərbaycanca yazmışdır. Lakin 1858-ci ildə Peterburqda çap edilmiş "Əl-intixabatül-Bəhiyyə" adı topluda B.Dorn bu əsəri yanlış olaraq Hacı Əbdüllətif Əfəndinin adına çıxarmışdır. Bu yalnışlıq əsərin 1929-cu il çapında da getmişdir. Yalnız bu çapdan sonra Azərbaycan alimi Salman Mümtaz əsərin müəllifin Kərim Ağa Fateh olduğunu aydınlaşdıra bilmişdir. 1958-ci il çapında əsərin müəllifi düzgün olaraq artıq Kərim Ağa Fateh göstərilmişdir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

Xaarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]