Kənan Evrən

Wikipedia open wikipedia design.

Kənan Evrən
türk. Kenan Evren
Kenan Evren.png
bayraqTürkiyə Respublikasının 7-ci prezidentibayraq
7 noyabr 1982 — 9 noyabr 1989
faktiki 12 sentyabr 1980-dən
Sələfi Fəxri Qorutürk
Xələfi Turqut Özal
Türkiyənin 17-ci Baş Qərargah rəisi
7 mart 1978 — 1 iyul 1983
Sələfi Semih Sancar
Xələfi Nurəddin Ersin
Şəxsi məlumatlar
Doğum tarixi 17 iyul 1917(1917-07-17)
Doğum yeri Alaşəhər, Manisa, Osmanlı İmperiyası
Vəfat tarixi 9 may 2015 (97 yaşında)
Vəfat yeri Türkiyə Türkiyə, Ankara
Dəfn yeri
Həyat yoldaşları Səkinə Evrən (ev. 1944-1982, vəfat edib)
Uşaqları qızları: Şenay, Gülay, Miray

Kenan Evren imzası.png
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Əhməd Kənan Evrən (türk. Ahmet Kenan Evren; d. 17 iyul 1917 - ö. 9 may 2015) — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlmiş, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilmişdir.

Həyatı[redaktə | əsas redaktə]

Kənan Evrən 1917-ci ildə Manisanın Alaşəhər bölgəsində anadan olub.

Atası Xeyrulla bəy, anası Naciyə xanımdır. İbtidai və orta təhsilini Alaşəhər, Manisa, Balıkəsir və İstanbulda almış, Maltəpə Hərbi Litseyindən məzun olmuşdur.

1946-cı ildə Quru Qoşunları Akademiyasına daxil olmuş, 1949-cu ildə oranı bitirmişdir.

30 avqust 1964 tarixində general, 30 avqust 1974 tarixində isə Ordu generalı rütbələrinə layiq görülmüşdür.

7 mart 1978-ci ildə Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi olmuşdur. Türk Silahlı Qüvvələrinin 12 sentyabr 1980-ci ildə hakimiyyətə əl qoymasında sonra Milli Təhlükəsizlik şurası rəhbəri və dövlət başçısı vəzifələrində olmuşdur.

7 noyabr 1982-ci il tarixində referendum yolu ilə həm konstitusiya qəbul edilmiş, həm də prezident seçilmişdir. İngilicə bilir. Evli və üç övlad atası idi.

9 may 2015-ci ildə vəfat etmişdir.



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek