Küveytdə nəqliyyat

Küveytdə nəqliyyat — Relsdən başqa bütün nəqliyyat növlərinə Küveytdə rast gəlmək olar. Avtomobil nəqliyyatı ölkədə əsas rolu oynayır. İctimai avtobuslar əhəmiyyətli yerə malikdir. Küveyt İran körfəzinin sahilində bir neçə limana malikdir. Küveytdə 7 hava limanı fəaliyyət göstərir. Onlardan ən böyüyü Küveyt Beynəlxalq Hava limanıdır.

Dəmiryol nəqliyyatı[redaktə | mənbəni redaktə et]

Küveyt dəmir yolu infrastrukturuna malik deyil. Ancaq avtomobil hərəkətinin intensivliyinin artımı bir neçə dəmir yolu layihəsinin yaranmasına gətirib çıxarmışdır.[1] Əl-Küveyt Gulf Railway yolunun son stansiyalarından biri olmalıdır. Bu dəmir yolunun 2000 kilometri bir neçə körfəz ölkələrini bir-biri ilə bağlayacaqdır.[2] Paytaxt metrosunun dörd xəttinin tikintisi başqa perspektivli layihədir.[3] Metronun ümumi uzunluğu 160 kilometr təşkil edəcək və 69 stansiyadan ibarət olacaq.[4]

Avtomobil nəqliyyatı[redaktə | mənbəni redaktə et]

Küveyt avtomobillərlə yüksək təmin olunmuş ölkələrdəndir[5]: 2,25 insana 1 avtomobil düşür. Avtomobil nəqliyyatı ölkədə əsas yeri tutur. 2010-cu ildə asfalt döşənmiş və qrunt yollarının ümumi ölçüsü 6 608 kilometr təşkil edirdi.[6] Gündüz yollar üzrə hərəkət nəqliyyat vasitələrinin miqdarına görə çətinlik yaradır. Xüsusilə bu hala Əl-Küveytdə rast gəlmək olar.[7]

Küveytdə yol-nəqliyyat hadisələri nəticəsində yaranan ölüm faizi dünyada ən yüksək göstəricilərdən hesab olunur. Hər il bir neçə yüz insan həlak olur və minlərlə insan xəsarət alır.[8] 2012-ci il ilk yarımillikdə yol hərəkəti qaydalarının pozulması üçün yazılmış cərimələrin miqdarı qeydiyyatda olan nəqliyyat vasitələrinin sayını ötmüşdür.[9]

Dəmiryolu nəqliyyatının yoxluğunda ictimai daşınmalar demək olar ki, avtobus marşrutlarının hesabına tamamilə təmin olunur. 1962-ci ildə dövlət Kuwait Public Transportation Company şirkətini yaratmışdır. Bu şirkət avtobusları yerli və xarici marşrutlara əvəz edir.[10] CityBus aparıcı şəxsi avtobus şirkətidiк. Bütün ölkə üzrə təxminən 20 marşrut xidmət edir.[11] Başqa şəxsi avtobus şirkəti 2006-cı ildə əsasını qoyulmuş Kuwait Gulf Link Public Transport Services şirkətidir. Bir neçə daxili və beynəlxalq marşrutlara nəzarət edir.[12]

Su nəqliyyatı[redaktə | mənbəni redaktə et]

Əş-Şüəyba limanı

İran körfəzində yerləşən Küveytin əsas limanları aşağıdakılardır[6]:

  • Əş-Şüəyba;
  • Əş-Şüveyx;
  • Küveyt limanı;
  • Mina-Abd-Allax;
  • Mina-Əl-Əxmədi;
  • Əz-Zaur (Mina-Suud).

2010-cu ildə Küveytin ticarət flotu 34 gəmidən (su təzyiqi 1000 t və daha çox) ibarət idi. Onlar arasında: 2 balker, 3 skotovoz, 6 konteyner, maye qaz üçün 4 tanker, 19 neft daşıyan tanker var. Küveytə aid olan 45 gəmi başqa ölkələrdə qeyd edilmişdir.

Hava nəqliyyatı[redaktə | mənbəni redaktə et]

2013-cü il məlumatlarına görə Küveyt 7 beynəlxalq hava limanına malikdir. Həmçinin dördü beton örtüyə malikdir. Ölkədə 4 helikopter meydanı yerləşir. Küveyt Hava Limanı yeganə vətəndaş daşıyan Küveyt hava limanıdır.

Aviaşirkətlər[redaktə | mənbəni redaktə et]

Kuwait Airways şirkəti Küveytin milli aviaşirkəti hesab olunur.[13] Loukoster Jazeera Airways Küveytin başqa aviaşirkətidir.

Boru kəməri nəqliyyatı[redaktə | mənbəni redaktə et]

2013-cü il məlumatlarına görə Küveyt 261 kilometr qaz kəməri borularına malikdir. Neft məhsulları üçün 540 kilometr neft kəməri və 57 kilometr boru kəməri fəaliyyət göstərir.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Kuwait Metro System, Kuwait City, Kuwait". railway-technology.com. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-16.
  2. "Single rail network to link Kuwait & Oman by 2017". 2020-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  3. "Kuwait finalising ambitious metro plans". Railway Gazette International. July 2008. səh. 409 with map. 2020-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.
  4. "Kuwait metro procurement to begin soon". 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.
  5. "TRAFFIC SAFETY AND ROAD CONDITIONS". 2008-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.
  6. 1 2 3 "The World Factbook - Kuwait". www.cia.gov. 2016-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
  7. "Kuwait's traffic nightmare – MPW sees hurdles in executing projects". 2012-12-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.
  8. Garcia, Ben. "31% jump in Kuwait road fatalities in 2011". 5 January 2011.[ölü keçid]
  9. "227 killed in road accidents in six months". 2019-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.
  10. "Public Transport Services". 2013-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.
  11. "City Bus introduces WiFi service in bus". IndiansinKuwait.com. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-12.
  12. "Public Transport Services". KGL. 2 February 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 November 2013.
  13. "Kuwait Airways". 2016-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.