Jeno Landler

Jeno Landler
mac. Landler Jenő
Doğum tarixi 22 noyabr 1875(1875-11-22)[1]
Vəfat tarixi 24 fevral 1928(1928-02-24)[1] (52 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jenő Landler (23 noyabr 1875 – 25 fevral 1928), Macar kommunist siyasətçi və rəhbər. Qısa müddətdə yaşamış Macarıstan Sovet Respublikasının liderlərindən biri olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Gəncliyi[redaktə | mənbəni redaktə et]

Liseydən sonra hüquq təhsili almağa başlamış və siyasi fikirlərinə yaxın olan Macarıstan Sosial Demokratlar Partiyasına üzv olmuşdur. Partiyanın təşkil etdiyi metal işində işləyən fəhlələrin ittifaqı hərəkatında iştirak etmişdir. Siyasi dünyagörüşü sonralar sola istiqamətlənmiş və kommunist olmuşdur.

Oktyabr inqilabı[redaktə | mənbəni redaktə et]

Birinci Dünya müharibəsi dövründə nə işlə məşğul olduğu bilinmir. Ancaq Oktyabr inqilabından sonra, xüsusilə Bela KunTibor Szamuely ilə birgə köhnə Rusiya imperiyası torpaqlarında müharibə əsirliyinə düşmüş və oktyabr inqilabı ilə azadlığa qovuşmuş Macar əsgərlərinə Sosializm ideyalarını təbliğ etmək üçün ciddi mübarizə aparmışdır. Rusiya vətəndaş müharibəsi dövründə Bolşeviklərin tərəfində döyüşmüşdür.

Macarıstan Sovet Respublikası[redaktə | mənbəni redaktə et]

1919-cu ilin mart ayında Macarıstan Sovet Respublikası elan edildikdən sonra kommunist iqtidarda Daxili İşlər Xalq Komissarlığının rəhbəri olmuşdur. Respublika süquta uğradıqdan sonra, Avstriyaya qaçmışdır.

Macarıstan Sovet Respublikasının liderlərini göstərən qabartma; Tibor Szamuely, Béla Kun və Jenő Landler

Ölümü[redaktə | mənbəni redaktə et]

1928-ci ildə Fransanın Kann şəhərində sürgündə vəfat etmişdir. Külü Moskvaya gətirilmiş və Kremlin Divarı Məzarlığında dəfn edilmişdir.

Ayrıca baxın[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 geni.com (çd.). 2006.
  2. 2,0 2,1 http://www.kosanyo.hu/html_doc/nagykieg.htm#Landler.
  3. https://fr.rbth.com/histoire/87541-etrangers-enterres-place-rouge.