Jak de Morqan

Jak De Morqan
fr. Jacques Jean Marie de Morgan
Doğum tarixi
Doğum yeri Fransa Fransa, Uisso-Syur-Koccon
Vəfat tarixi 12 iyun, 1924-cü il
Vəfat yeri
Dəfn yeri
  • Sen-Pyer qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti antropoloq, arxeoloq, mühəndis, geoloq, mədən mühəndisi, misiroloq, inşaat mühəndisi[d], bioloq
Mükafatları "Fəxri Legion" ordeninin Zabit dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jak de Morqan (3 iyun 1857[1][2][…]12 iyun 1924[1][3], Marsel)— fransız tarixçisi, numizmat və arxeoloqu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Jak De Morqan 3 iyun 1857-ci ildə Fransanın Uisso-Syur-Koccon şəhərində anadan olmuşdur. 1889-1891-ci illərdə mühəndis De Morqanın rəhbərliyi ilə fransız arxeoloji missiyası İranAzərbaycan ərazisinə gəlmişdir. De Morqan bu zaman ərzində İranın şimal-qərb rayonlarında, Xəzərin sahillərində, Talış xanlığında olmuş və arxeoloji qazıntılar apararaq tarixi abidələrimizi ölkədən kənara çıxartmışdır. O, 1889-cu ildə Korqanrud (Kəonru) mahalında qazıntılar aparmış və buradakı tarixi abidələrlə yanaşı, qızıl və digər qiymətli əşyaları Fransa muzeylərinə göndərmişdir. De Morqan Lənkəran, Lerik və Astaranın ərazisində arxeoloji qazıntılara ilk olaraq Çay İçi Lənkəran (Ruədilə) mahalından başlayaraq, Astaranın, Lerikin, Masallının müxtəlif dağ kəndlərinə qədər olan ərazidə ən qədim abidələri, tarixi eksponatları, bir sözlə, bütün maddi mədəniyyət nümunələrini Fransaya yola salır. Qeyd etmək lazımdır ki, onun Azərbaycandan apardığı həmin nümünələr, son tunc, erkən dəmir dövründən 17-ci əsrə qədər olan dövrü əhatə edirdi. O, savadsız kənd camaatını müxtəlif yollarla aldadaraq qədim tarixə malik qəbirləri onlara qazdırmışdır.

1890-cı ildə tədqiqatcı həmyerlisi K.Şaffer və qardaşı Henri ilə birlikdə Talış dağlarının ətəyindəkı kəndlərin ərazisində arxeoloji qazıntılara başlayır. O, buradakı nəhəng qəbirləri (bu qəbirlər çəkisi 5-6 tondan ağır böyük daşlardan hazırlanıb, daşlar şaquli vəziyyətdə yerə basdırılıb və hər iki tərəfi bağlıdır. Onların üstünə böyük sal daşlar qoyulub) yerli əhaliyə qazdıraraq, qiyməti milyonlarla ölçülən tarixi abidələri Parisin Sen-Jemen muzeyinə göndərmişdir. O, daha sonra Lerikin Veri kəndi ərazisindəki "Qızılbaşlar" qəbristanlığında, Həmat kəndinin "Penəğəvıston" adlanan ən qədim qəbristanlığında uzunmüddətli arxeoloji qazıntılar aparmış və çox qədim eksponatları aşkar etmişdir. Hamarat kəndinin "Kəloci" adlanan ərazisində indi də, de Morqanın dağıtdığı kurqanların, dolmenlərin və tarixi abidələrin qalıqları mövcuddur. Bu qazıntılardan sonra o, Talış dağlarındakı kəndlərı "arxeoloji cənnət" adlandırmışdır. Yaşlı nəsildən qalan xatirələrə görə, de Morqan onlara bu torpaqların tarixini, burda yaşayan əhalinin məşğuliyyətini və dilini öyrənmək üçün bura gəldiyini söyləmişdir. Bu yolla o, insanları özünə inandırır.

Sadə kənd camaatının inamını qazanan de Morqan onlardan talış dilində nağıllar, bayatılar, atalar sözləri və digər şifahi xalq ədəbiyyatı nümünələrini də öyrənmişdir. Beləliklə, o, Talış xanlığında 300-ə yaxın belə qəbirləri qazdıraraq içindəki sərvəti Fransaya daşımışdır. Arxeoloji qazıntılar nəticəsində bu mərtəbəli qəbirlərdən tunc və dəmir dövrlərinin öyrənilməsi üçün əhmiyyətli olan e.ə. 3-cü minilliyə aid olan nadir nümünələri tapmışdır. De Morqan Cənubi Qafqazın bir sıra bölgələrində qarət məqsədi ilə "arxeoloji qazıntı" işləri aparmışdır.

Onun istəyi zəngin arxeoloji mareriallar əldə edərək Fransa muzeylərinə satmaq idi. Bir sözlə onun bölgədəki "tədqiqatları" qiymətli əşyaların əldə edilməsi məqsədilə aparılırdı. Bunu De Morqan özü də inkar etmirdi. Yazırdı ki, "mənim adamlarım bir neçə qazıntı aparmışdılar ki, mənim üçün əşyalar əldə etsinlər".

Onun qarət xarakterli qazıntıları barədə məlumatlar o zaman siyasi rəhbərliyə qədər gedib çatmış və hətta Rusiya İmperator Arxeoloji Cəmiyyəti ona qazıntılar aparmağı qadağan etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Jacques Jean Marie Morgan de // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. Jacques de, Jacques Jean Marie Morgan // Annuaire prosopographique : la France savante.