Hidrostatika

Hidrostatika — hidromexanikanın mayenin müvazinət vəziyyətini, habelə maye içində olan cisimlərin müvazinətini öyrənən bölməsi.[1][2]

Hidrostatika mayelərin saxlanması, nəqli və istifadəsi üçün qurğuların yaradılmasıyla məşğul olan hidravlika mühəndisliyi üçün əsasdır. O həmçinin geofizikaastrofizika (məsələn, lövhələrin tektonikasını və Yerin qravitasiya sahəsinin anomaliyalarını anlamaq üçün), meteorologiya, tibb (qan təzyiqini öyrənərkən) və bir çox başqa sahələrin tərkib hissəsidir.

Hidrostatika atmosfer təzyiqinin nə üçün hündürlüyə görə dəyişdiyini, ağac parçasının və yağın nə üçün suda üzdüyünü, durğun suyun səthinin nəyə görə düz olduğunu fiziki baxımdan açıqlayır.

İstinadlar[redaktə | mənbəni redaktə et]