Heydər Əliyev prospekti

Heydər Əliyev prospekti
Ümumi məlumatlar
Ölkə
Şəhər Bakı
Rayon Nərimanov
Nizami
Uzunluğu
  • 8 km
metro Koroğlu
Şərəfinə adlandırılıb Heydər Əliyev

Heydər Əliyev prospektiBakı şəhərində ən uzun və geniş prospekt. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan prospektin əvvəlki adı Moskva prospekti olmuşdur.

Haqqında[redaktə | mənbəni redaktə et]

Heydər Əliyev prospekti Bakı şəhərində ən uzun və geniş prospekt olaraq paytaxtın giriş qapısı sayılır. Bir sıra dövlət qurumlarının, böyük şirkətlərin inzibati binaları, həmçinin Heydər Əliyev Mərkəzi bu prospektdə yerəşir. Prospektə Ulu Öndərin adı 14.04.2004-cü il tarixli, 124 nömrəli sərəncama əsasən verilmişdir. Prospektin keçmiş adı Moskva olmuşdur.[1]

1990-cı illərin əvvəllərində prospektin uzunluğu 4 kilometr olan cənub hissəsi (Qədirbəyov küçəsinə qədər) Xətai prospekti adlandırıldı. 2004-cü ildə prospekt Heydər Əliyevin şərəfinə adlandırıldı ("Moskva prospekti" adı şəhərin başqa hissəsində Tbilisi prospektinin bir hissəsinə verildi). 2007-ci ildən bəri prospekt dəfələrlə təchiz edilmiş və genişləndirilmişdir - bir çox qəzalı yaşayış binaları sökülüb və işləməyən sənaye obyektləri ləğv edilib, prospektin eni əvvəllər 32 metr, sonra 45-ə, bəzi yerlərdə isə 55 metrə qədər (10 zolaq) genişləndirildi.[2] 2013-cü ildə prospektin yenidən qurulması layihəsi təsdiq edilib.[3]

Prospekt boyunca bir neçə yerdə yaşıllıqlar salınmışdır. Prospektin Koroğlu metrostansiyası yaxınlığındakı istirahət parkında quraşdırılan və 30 dekabr 2011-ci il tarixində istifadəyə verilən Musiqili alov fəvvarəsi daha müasirdir. Fəvvarə Bakı Olimpiya StadionununMilli Gimnastika Arenasının yaxınlığında yerləşir.[4]

2010-cu illərdə Heydər Əliyev prospektində Bakının simvollarından birinə çevrilən Heydər Əliyev Mərkəzi kimi böyük ictimai binalar, həmçinin şəhərin ən hündür binalarından biri olan SOCAR Tower, Azersu Office Tower, Atletlər kəndi, Milli Gimnastika Arenası və s kimi binalar ucaldıldı.

Keçidlər və körpülər[redaktə | mənbəni redaktə et]

Bağırov körpüsü[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Bağırov körpüsü

"Bağırov" körpüsü Heydər Əliyev prospektində yerləşir və 1950-ci illərin əvvəlində tikilmişdir. Körpünün Mircəfər Bağırovun avtomobillə aeroporta gedərkən uzun müddət yoldan keçən qatarı gözləyərək əsəbləşməsindən sonra onun göstərişi ilə tikildiyi ehtimal olunur.[5] Körpü Mircəfər Bağırovun adını daşıyır. Körpünün üzərindən Dəmiryolu vağzalı istiqamətində və əks istiqamətdə hərəkət edən qatarlar keçir.

Kəsişdiyi küçələr[redaktə | mənbəni redaktə et]

Heydər Əliyev prospektindəki Olimpiya kəndinin görünüşü

Heydər Əliyev prospekti Yusif Səfərov küçəsindən başlayır və Ziya Bünyadov prospekti ilə kəsişmədə bitir.

  • Babək prospekti
  • Fəzail Bayramov küçəsi
  • Koroğlu Rəhimov küçəsi
  • Qədirbəyov küçəsi
  • İsmayıl Hidayətzadə küçəsi
  • Həsənoğlu küçəsi
  • Yanvar Nəsirov küçəsi
  • Əlicabbar Orucəliyev küçəsi
  • Mirzəbala Əhmədzadə küçəsi
  • Ağa Nemətulla küçəsi
  • Daş karxanası küçəsi
  • Əliyar Əliyev küçəsi
  • Davud Aslan küçəsi
  • Ələsgər Qayıbov küçəsi
  • Zəki Məmmədov küçəsi
  • Müzəffər Nərimanov küçəsi
  • Mikayıl Əliyev küçəsi

Mühüm ünvanlar[redaktə | mənbəni redaktə et]

Prospektdə yerləşən Heydər Əliyev Mərkəzi poçt markası üzərində.

Prospektin görməli yerləri[redaktə | mənbəni redaktə et]

Bina Şəkil Təsviri
Heydər Əliyev Mərkəzi. 2007-ci ildə tikulmiş, 2012-ci ildə açılışı olmuş, Zaha Hadid tərəfindən tikilmiş neo-futuristik mədəniyyət mərkəzi (London Dizayn Muzeyinin ilin dizaynı mükafatı)[6]
Excelsior oteli. 2005-ci ildə açılmışdır; Azərbaycanın ilk beşulduzlu otelidir.[7]
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. 2000-ci ildə yaradılmışdır. Azərbaycanda ilk incəsənət ali təhsil müəssisəsidir.
Stalin arxitekturasına aid yeddimərtəbəli yaşayış binası (“Saat qülləsi”) (Ağa Neymətulla küçəsinin küncü). Memarı E.İsmayılovdur. [8]. Sovet İttifaqı Qəhrəmanı A.Dobkeviç 1985-ci ilə qədər bu evdə yaşayıb.[9].
Günəş sarayı (keçmiş Qaydar adına Uşaq Kitabxanası, sonralar Aviasiya Mədəniyyət Evi, daha sonra Mədəniyyət, Elm və Texnologiya Sarayı adlanmışdır.)
Bağırov korpüsü. 1950-ci illərində AzSSR Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırovun göstərişi ilə tikilmiş yerüstü keçid. 2009-cu ildə prospektdə aparılan təmir işləri ilə əlaqədar yenidən qurularaq genişləndirilib.
SOCAR Tower. Azərbaycan Dövlət Neft Şirkətinin inzibati binası. Layihə Heerim Architects & Planners Co-ya məxsusdur. Bina 2015-ci ildə istifadəyə verilib.
Azersu Office Tower. Azərbaycanın milli su ehtiyatları operatoru olan “Azərsu” ASC-nin 22 mərtəbəli baş ofisi 2015-ci ildə istifadəyə verilib. Layihənin müəllifləri Heerim Architects & Planners Co. Ltd-dir.
ASK Arena. 2001-ci ildə tikilmiş futbol stadionu.
SOFAZ Tower. Azərbaycan Dövlət Neft Fondunun 2014-cü ildə tikilmiş binası. Layihənin müəllifləri Inter Art Etudes (Fransa) və M.D.M. MMC-dir.
Atletlər kəndi. Bakıda keçirilən 2015-ci il I Avropa Oyunlarında, 2017-ci il İslam Həmrəyliyi Oyunlarında və “Bakı-2019” XV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında iştirak etmiş idman nümayəndə heyətlərinin iqamətgahı üçün nəzərdə tutulmuş yaşayış massivi.[10]
Milli Gimnastika Arenası. 2014-cü ildə tikilmiş arena 9 min tamaşaçı üçün nəzərdə tutulmuşdur. Layihənin müəllifi Brodvey Malyandır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mənim küçəm" (az.). http://narimanov-ih.gov.az. Archived from the original on 2022-12-22. İstifadə tarixi: 22 dekabr 2022.
  2. Проспект Гейдара Алиева капитально реконструирован. «Азертадж». 25 декабря 2008 г.
  3. Дома на проспекте Гейдара Алиева будут снесены[ölü keçid]. «Deyerler». 18 февраля 2013 г.
  4. "Bakı-Alov kompleksi" (az.). panorama.az. 2015. 2014-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-03.
  5. "Багировский мост. Автор: Дмитрий Купянский". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16.
  6. Dame Zaha Hadid awarded Riba Gold Medal for architecture Arxivləşdirilib 2017-08-17 at the Wayback Machine. BBC. 24 сентября 2015 г.
  7. В Баку открыт первый фешенебельный отель Arxivləşdirilib 2005-12-25 at the Wayback Machine. Travel.ru. 4 августа 2005 г.
  8. Город моей молодости. Эльбай Касимзаде: «…Вижу город, которого нет». 1news.az. 29 августа 2013 г.
  9. Вячеслав Сапунов. Баку. 5 жилых зданий советской эпохи. 1news.az. 22 февраля 2014 г.
  10. "Делегации стран, принимающих участие в «Баку-2019», устроили веселье в Деревне атлетов". 1news.az. 1news.az. 21 июля 2019. 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]