Haiti

Haiti
Repiblik Ayiti
République d'Haïti
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
L'Union Fait La Force
Azadlıq, bərabərlik, qardaşlıq
Himn: The Dessalines Song
Rəsmi dilləri
Paytaxt Port-o-Prens -2 440 min (2015-ci il)
İdarəetmə forması Respublika
Prezident Edgard Leblanc Fils
Baş nazir Fritz Belizaire
Sahəsi Dünyada 143-cü
 • Ümumi 27750 km²
 • Su sahəsi (%) 0,7
Əhalisi
 • Əhali 10,1 milyon nəfər (88-ci)
 • Siyahıyaalma (7.VIII.2003) 7 929 048 nəf.
 • Sıxlıq 363 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 18,31 milyard dollar  (145-ci)
 • Adambaşına 1 800 dollar
İnternet domeni .ht
ISO kodu HT
BOK kodu HAI
Telefon kodu +509
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Haiti

Haiti Respublikası (fr. République d'HaïtiHaiti kreol : Repiblik Ayiti) — Karib dənizində Haiti adasının qərbində yerləşən ada ölkəsidir. Ölkənin yeganə quru sərhədinə malik qonşusu Haitinin şərqində yerləşən Dominikan Respublikasıdır.[1] Haiti Respublikası qərbdə KubaYamaykayla, şimalda isə Baham Adaları ilə su sərhədlərinə malikdir.[2] Vest-Hind regionunda 11.4 milyon əhali sayıyla birinci yerdə qərarlaşır. 27750 km2  ərazisiylə regionda ən böyük 3-cü ölkədir. Ölkənin paytaxtı Port-o-Prensdir və ölkənin şərq sahilində-Qonav körfəzində yerləşir.[3]

1492-ci ildə Xristofor Kolumbun bölgəyə gəlişindən öncə adada Taino xalqı yaşayırdı.[2] X.Kolumbun gəlişiylə birlikdə bölgə 1697-ci ilə qədər ispan koloniyası olmuşdur. İndiki Haiti dövlətinin ərazisi olan bölgə İspaniya tərəfindən Fransaya verilir. Beləliklə adanın qərbi Santo Dominqo adlandırılır və fransız koloniyasına çevrilir. Kolonial rejimdən sonra 1804-ci ildə müstəqilliyini əldə edərək bölgədə ilk müstəqil dövlətlərdən biri olur.[3]

İlk müstəqil olduğu vaxtlardan günümüzə qədər ölkədə hər zaman siyasi qeyri-stabillik müşahidə edilmişdir. 2004-cü ildə baş verən hərbi çevriliş və 2010-cü ildəki Haiti zəlzələsi ölkənin iqtisadi və siyasi vəziyyətini daha da pisləşdirmiş, ölkənin stabilliyini dərindən sarsmışdır.[4] Haiti Respublikası BMT-nin və Karib Ölkələri Birliyinin qurucularından biridir.[5] Həmçinin ölkə BVFÜTT-nin də üzvüdür. Tarixi olaraq kasıb və qeyri-stabil olan Haiti Amerika qitəsində ən aşağı İnsan İnkişaf İndeksinə sahib olan ölkədir.[6]

Haitinin milli pulu qurd adlanır.

  1. http://chartsbin.com/view/edr.
  2. "History". Taino Museum (ingilis). 2024-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-20.
  3. "History of Haiti | Revolution, Independence, Flag, & Map | Britannica". www.britannica.com (ingilis). İstifadə tarixi: 2024-09-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]