Hacı Mir Əhməd Mürtəzəvi

Hacı Mir Əhməd Mürtəzəvi
Doğum yeri

Hacı Mir Əhməd Hacı Seyid Mürtəza oğlu Mürtəzəvi (?-?) — İran Məşrutə hərəkatının üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

Hacı Mir Əhməd Hacı Seyid Mürtəza oğlu Mürtəzəvi Təbriz şəhərində anadan olmuşdu. Atası sərraf idi. Hacı Mir Mənaf sərrafın qohumlarındandır. Müzəffərəddin şahın hakimiyyəti dönəmində Tehrana köçdü və dədə-baba sənətləri sərraflıqla məşğul olmağa başladı.

Hacı Mir Əhməd Mürtəzəvi birinci İran Milli məclisinə tacirlər tərəfindən vəkil seçildi.

Hacı Mir Əhməd Mürtəzəvi Məşrutə hərəkatının fəallarından idi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

İstinadlar[redaktə | mənbəni redaktə et]