Həsən Can

Həsən Can
Şəxsi məlumatlar
Vəfat tarixi 27 fevral 1567
Vəfat yeri
Dəfn yeri
Uşağı

Həsən Can (v. 27 fevral 1567, Bursa) — Dövlət xadimi. Şeyxülislam Xoca Sadəttin Əfəndinin atası, Şeyxülislam Mehmed ƏsadMehmed Çələbinin babası, Şeyxülislam Əbu Səid Mehmed Əfəndinin ulu babasıdır.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Doğum tarixi bilinməsə də, ailəsi əslən İsfahandandır. Atası Hafiz Mehmed Əfəndi vaxtilə Ağqoyunlu sarayının müftüsü olmuş, Şah İsmayılın dəvəti ilə ailəsiylə birlikdə Təbrizə köç etmişdir. Çaldıran müharibəsinin ardından Təbrizə daxil olan I Səlimin özüylə İstanbula apardığı alim və sənətkarlardan biri oldu. Həsən Can da bu əsnada atasıyla birlikdə İstanbula gəlmiş, bu səbəbdən doğum yerinin Təbriz olduğuna inanılır. Atası Hafiz Mehmed Əfəndi saray hafizi olaraq seçilmiş, Həsən Can isə I Səlimin xüsusi xidmətinə alınmış və onun ən yaxın dostuna çevrilmişdir. Yavuz Sultan Səlimin vəfatına qədər yanında olan Həsən Can bir çox siyasi hadisələrə şahid olmuş, sultanın ən yaxın sirdaşına çevrilmişdir. I Səlimin vəfatının ardından çıxan siyasi ixtişaşların yatırılmasında önəmli rol oynadı. Yeni sultan I Süleyman tərəfindən böyük rəğbət və hörmətlə qarşılanan Həsən Cana sarayda yüksək bir vəzifə təklif edilsə də, bunu qəbul etməmiş və təqaüdə çıxmışdır.[1]

27 fevral 1567-ci ildə oğlu Xoca Sadəttin Əfəndi ilə birlikdə getdiyi Bursada vəfat etdi və Yaşıl türbə yaxınlığında dəfn edildi.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]