Həsən Cəbrayılov

Wikipedia open wikipedia design.

Həsən Cəbrayılov
Həsən Cəbrayılov.jpg
Sənətçi məlumatları
Doğum tarixi 1 may 1949(1949-05-01)
Doğum yeri Tehran, İran
Vəfat tarixi 31 iyul 2019(2019-07-31) (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı
Mənşə azərbaycanlı
Peşələri parodiyaçı, müğənni, jurnalist

Mükafatları "Tərəqqi" medalı — 2016

Həsən Xəlil oğlu Cəbrayılov (Ahəngi) (1 may 1949(1949-05-01), Tehran31 iyul 2019(2019-07-31), Bakı) — tanımış parodiyaçı, aktyor, müğənni, yazıçı və jurnalist.

Həyatı[redaktə | əsas redaktə]

Həsən Cəbrayılov 1949 ilin mayın 1-də İranın paytaxtı olan Tehran şəhərində anadan olub[1]. 1953-cü ildə ailəsi ilə birgə Bakıya köçüb.

Bakı şəhəri 39 nömrəli tam orta məktəbini (1964), Rabitə Texnikumunu (1968) və Azərbaycan Politexnik İnstitutunu (hazırda AzTU) bitirib. Moskva Teatr İnstitutunun nəzdindəki estrada rejissorları fakültəsində 3 kursu bitirib.

1970-ci illərin əvvəlində Bakı Elektrik Maşınqayırma Zavodunda işləyib. 1977-ci ildən Azərbaycan Televiziyasının elektromexaniki, 1994-cü ildən omrünün sonuna kimi Azərbaycan Televiziyasının videotekasında arxivarius kimi çalışıb[2]. Verilişlərin bərpası ilə məşğul olub, arxivi əzbər bilirdi, fenomenal yaddaşa malik olub və günün istənilən anında tələb olunan materialı tapa bilirdi.

1970-ci illərin əvvəlindən çalışdığı zavodun bədii özfəaliyyətində çalışıb, Şərq xalqlarının populyar mahnı və təranələri ifa edirdi. O vaxtdan da özünəməxsus parodiya ustalığını geniş tamaşaçı kütləsinə təqdim etdi.

Azərbaycanda parodiyaya ilk olaraq məhz Həsən Cəbrayılov başladı. İlk dəfə böyük səhnəyə Moskvada 1980 ildə çıxdı. 100-ə yaxın dildə, 300-dən çox aktyor və müğənniləri parodiya etmək bacarırdı. Filmlərə və verilişlərə baxdıqca məşhur aktyor, müğənni və aparıcıların səsləri, ifa və danışıq tərzini mənimsəyirdi. Peşəkar yumorist və müğənni kimi hər dəfə tamaşaçıların qarşısına maraqlı proqramlar ilə çıxır, onların sevgisini və alqışını qazanırdı.

Beş kitabın və yüzdən çox məqalənin müəllifidir.

Həsən Cəbrayılov 27 iyul 2019-cu ildə işdən evə qayıdarkən infarkt keçirib və təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Özü də bilmədən daha əvvəl 4 dəfə mikroinfarkt keçirib. 2019-ci il iyulun 31-də vəfat edib[3].

Mükafatları[redaktə | əsas redaktə]

Müxtəlif yarışmaların, o cümlədən Moskva "Beynəlxalq Tələbə baharı-80", İrəvan "Tələbə baharı-81", Kutaisi Ümumittifaq, Bakı Estrada Artistləri, Tehran "I Dünya Yumor" və İstanbul festivallarının qalibi olub. İki milli ədəbi və musiqi mükafatlarına layiq olunub.

Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən, 2016-cı il noyabrın 7-də, "Tərəqqi" medalı ilə təltif olunub[4].

İstinadlar[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek