Hüseynalılar (Bərdə)

Hüseynalılar
Ölkə  Azərbaycan
Rayon Bərdə rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı

HüseynalılarAzərbaycan Respublikasının Bərdə rayonunun Mustafaağalı inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qarabağ düzündədir. Yerli əhali arasında Söynaklılar kimi də işlədilir. Hüseynalılar nəslinin adını daşıyır.[1]

Oykonimi[redaktə | mənbəni redaktə et]

Oykonim “Yaşayış məntəqəsi boyəhmədli tayfasının hüseynalı tirəsinin özlərinə məxsus qışlaq yerində daimi məskunlaşması nəticəsində yaranmışdır (2,527). Oykonim Hüseynalı// Hüseynəli antroponimi və -lar cəm şəkilçisinin birləşməsindən yaranıb, “Hüseynalının nəslindən olanlar, hüseynalılar”[2] mənasındadır. Hüseyn ərəb mənşəli söz olub mənası “gözəl, göyçək”[3] Hüseynalılar kənd adına Ağdam və Cəbrayıl rayonlarında da rast gəlinir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hüseynalılar (Bərdə) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  2. "B.Abdullayev. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı, 1985, s.60". (#cite_web_url); (#accessdate_missing_url)
  3. "Toponimlər xalqın milli və mənəvi sərvətidir" (PDF). sdf.gov.az. 2021-09-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 oktyabr 2021.