Hüseyn Nəcəfov

Hüseyn Nəcəfov
oktyabr 1940 – yanvar 1948
ƏvvəlkiKazım İsmayılov
SonrakıYusif Yusifov
bayraq
Azərbaycan SSR meşə və kağız sənayesi naziri
bayraq2
6 mart 1950 – 20 sentyabr 1950
SonrakıRza İsmayılov
bayraq
Azərbaycan SSR meşə sənayesi naziri
bayraq2
28 yanvar 1948 – 6 mart 1950
ƏvvəlkiRza İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1907(1907-01-01)
Doğum yeri
Vəfat tarixi 16 iyul 1967(1967-07-16) (60 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
  • Yakov Sverdlov adına Kommunist Universiteti[d] (–1937)
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Hüseyn Hümmət (Hümbət) oğlu Nəcəfov (Nəcəfbəyli) (1 yanvar 1907, Kolanlı, İrəvan qəzası16 iyul 1967, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi (1940–1948), Azərbaycan SSR meşə və kağız sənayesi naziri (1948–1950).

Həyatı[redaktə | mənbəni redaktə et]

Hüseyn Nəcəfov 1907-ci ildə İrəvan quberniyasının Kolanlı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 19 yaşında olarkən Gəncəyə köçmüş və toxucu-əyirici fabrikində fəhləlik etmişdir. 1928-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmiş, bir qədər sonra fabrikin həmkarlar ittifaqının katibi seçilmişdir.[1]

1930-cu ildən Azərbaycan LKGİ Gəncə Şəhər Komitəsinin üzvü, sonra isə katibi seçilmiş, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin mədəni-maarif şöbəsinin müdiri olmuşdur. 1933-cü ildə Kommunist Partiyasının çağırışı ilə MTS-lər yanında yaradılan siyasi şöbələrdən birində işləməyə getmişdir. 1934-cü ilədək Naxçıvanın maşın-traktor stansiyalarından birində siyasi şöbənin rəisinin müavini işləmişdir. 1937-ci ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin partiya kadrları şöbəsinin müdiri olmuşdur.[1][2] 1939-cu ildə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilmiş, 1940–1948-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi işləmişdir. 1948-ci ildən Azərbaycan SSR meşə sənayesi naziri olmuşdur.[3][4]

Hüseyn Nəcəfov 1937-ci ildə ÜİK(b)P MK yanında Yakov Sverdlov adına Ali Təbliğatçılar Məktəbini bitirmişdir. O, SSRİ Ali Sovetinin (2-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin[3] və Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış)[2] deputatı seçilmişdir. 1950-ci ilədək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.[1]

Hüseyn Nəcəfov 1967-ci ildə Bakıda vəfat etmişdir.[3]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Һ. Һ. Нәҹәфов // Коммунист. № 167 (13555). 18 ијул 1967-ҹи ил. С. 4.
  2. 1 2 Nəcəfov Hüseyn Hümbət oğlu // Naxçıvanda seçkilərin tarixi (1937–2002). Ensiklopedik toplu. Bakı: Qanun. 2003. səh. 50–51.
  3. 1 2 3 Nəcəfov Hüseyn Hümmət oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 166.
  4. "Наджафов Гусейн Гумбат оглы". knowbysight.info (rus). Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 15 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]