Hüseyn Əhmədov (alim)

Hüseyn Əhmədov
Hüseyn Mustafa oğlu Əhmədov
Doğum tarixi 17 iyul 1926(1926-07-17)
Doğum yeri
Vəfat tarixi 4 aprel 2020(2020-04-04) (93 yaşında)
Vəfat yeri
Uşağı
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
Mükafatları Azərbaycan SSR əməkdar ali məktəb işçisi Azərbaycan SSR Qabaqcıl maarif xadimi

Hüseyn Əhmədov (tam adı: Hüseyn Mustafa oğlu Əhmədov; 17 iyul 1926, Toxluca, Yeni Bəyazid qəzası4 aprel 2020, Bakı) — Azərbaycan pedaqoq alimi, pedaqoji elmləri doktoru (1972), professor, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, "SSRİ Maarif əlaçısı", "Azərbaycan Respublikasının əməkdar ali məktəb işçisi", "Azərbaycan SSR qabaqcıl maarif xadimi", Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, əmək və müharibə veteranı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Hüseyn Əhmədov 17 iyul 1926-cı ildə Ermənistan SSR-in Dilican qəzasının Toxluca kəndində rəncbər ailəsində anadan olmuşdur. Uşaq yaşlarından müharibənin törətdiyi aclıq və səfalət illəridə öz üzərində əzmkarlıqla çalışan və müəllimliyə böyük həvəs göstərən Hüseynə IX sinfi bitirdikdən sonra oxuduğu məktəbin ibtidai siniflərində dərs demək tapşırılır. Bu İkinci dünya müharibəsinin ən qızğın vaxtları idi. Atası Mustafa kişi müharibənin ilk vaxtlarında dünyasını dəyişmişdi. Üç il ərzində praktik yolla ilkin müəllimlik təcrübəsi toplamış Hüseyn Kirovabad (indiki Gəncə) şəhərindəki K.Setkin adına Pedaqoji Texnikumun III kursuna daxil olur. 1947-ci ildə texnikumu "əla" qiymətlərlə bitirərək H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) daxil olur və 1951-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırır. Hüseynin bacarığına bələd olan rektorluq onu institutda saxlayır. Gənc Hüseyn bununla da kifayətlənmir, onda alim olmaq meyili yaranır.

1952-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) aspiranturasına daxil olan Hüseyn Əhmədov Zaqafqaziyada pedaqogika üzrə ilk alimlik dərəcəsi almış Əhməd Seyidov, yaradıcı pedaqoq Mehdi Mehdizadə, Mərdan Muradxanov və başqa görkəmli alimlərin fəaliyyət göstərdikləri kafedrada – əlverişli elm aləmində az vaxt içərisində çox şey öyrənir.

Hüseyn Əhmədov aspirantura dövrünü başa vurduqdan sonra 1956-cı ildə İnstitut Komsomol Komitəsinin I katibi seçilir. 1957–1958-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki APTPİ) kiçik elmi işçi vəzifəsində işləmişdir. H.Əhmədov 1958-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kafedra müdiri, professor Əhməd Seyidovun rəhbərliyi ilə "İbtidai məktəb şagirdlərinin kommunist əxlaqı tərbiyəsində nümunənin rolu və ondan istifadə etmək yolları" mövzusunda namizədlik dissertasiyası, 1972-ci ildə akademik Mehdi Mehdizadənin məsləhətçiliyi ilə "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hüseyn Əhmədovun pedaqoji tədqiqatları öz orijinallığı ilə fərqlənirdi. Onun fəaliyyətinə nəzər saldıqda məktəbin, təhsilin tarixindən yazmağın uzun müddət arxivdə işləmək, rus, ermənigürcü dillərində tarixi sənədləri diqqətlə araşdırmaq, dövrün siyasi-ictimai tələblərindən baş çıxarmaq, onları dəyərləndirmək kimi keyfiyyətləri tələb etdiyini görmək mümkündür. Bu prosesdə sadəcə təsvirə əsaslanmaq deyil, düşünülmüş müqayisələr aparmaq, mühakimə yürütmək, ağıllı ümumiləşdirmələrə əsasən əqli nəticəyə gəlmək tələb olunurdu.

O, axtarışlarında, pedaqogika tarixçisi kimi, üstünlüyü milli pedaqogikanın incilərini üzə çıxarmağa vermişdi. O, Azərbaycan maarifçilərinin, pedaqoji fikir nümayəndələrinin, xüsusilə Nəsirəddin Tusi, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Elxanov, Mirzə Kazım bəy, İsmayıl Qaspıralı, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Aleksey Çernyayevski, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Rəşid bəy Əfəndiyev, R.Əfəndizadə, Əhməd Seyidov və başqalarının ideyalarını öyrənib ümumiləşdirmiş, müasir dövrdə gənc nəslin tərbiyəsində onların ideyalarından istifadənin əhəmiyyətini dəyərləndirmişdi.

Azərbaycan xalqının unudulmaz oğlu, böyük dövlət xadimi, maarifçi Nəriman Nərimanov pedaqoji irsinin tədqiqi H.Əhmədovun axtarışlarının parlaq səhifələrini təşkil edir. Xüsusi məhəbbətlə bu tədqiqata qoşulan alim hər cür əziyyətə qatlaşaraq Nəriman Nərimanovun təhsil aldığı Qori Seminariyasındakı, ilk dəfə müəllimlik etdiyi Borçalının Qızılhacılı kəndindəki fəaliyyətini öyrənmək üçün Tbilisi arxivində, başqa yerlərdəki fəaliyyətini öyrənmək üçün Bakı, Həştərxan, Leninqrad, Moskva arxivlərində araşdırmalar aparmış, onun pedaqoji fikirlərinə həsr olunmuş iki kitab, rus, ermənigürcü dillərində onlarla iri həcmli jurnal məqalələri çap etdirmişdir.

Hüseyn Əhmədov Həştərxanda "Волга" qəzetində çap etdirdiyi "Светлая и героическая жизнь" (1958), "Советская педагогика" jurnalında dərc etdirdiyi "Просветительская и педагогическая деятельность Н. Нариманова" (1961) adlı məqalələri oxucular – tatarlarruslar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

H.Əhmədovun namizədlik dissertasiyasının elmi rəhbəri professor Ə.Seyidov onu təsadüfən yüksək qiymətləndirməmişdir:

Hüseyn Əhmədov xalqımızın məktəb təhsili sahəsində bir əsrdə qazandığı tarixi nailiyyətləri və xarakterik nöqsanları metodoloji və pedaqoji əsasdan düzgün aydınlaşdıraraq məktəb və pedaqoji fikir tariximizin daha da zənginləşməsində çox qiymətli iş görmüşdür. Tədqiqat işi digər Zaqafqaziya xalqları, habelə SSRİ xalqlarının pedaqoji fikir tarixi üçün də son dərəcə faydalı hesab edilməlidir.

H.Əhmədovun doktorluq işinin elmi məsləhətçisi akademik Mehdi Mehdizadə onun tədqiqatı haqqında yazmışdır:

Tədqiqat məktəb təhsilinin ümumpedaqoji sahəsinin böyük bir hissəsini əhatə edir. Azərbaycanda rus dili təlim edilən məktəblərin yaranması və inkişafı tarixi, rus məktəblərinin obyektiv müsbət rolu, "rus-tatar" məktəblərinin tarixi, ana dilində ilk məktəbin yaranması və uşaqların öz ana dilində təhsil almaları və digər aktual məsələlər əsərdə geniş işıqlandırılmışdır. Müəllifin əməyi ondadır ki, o, XIX əsrin məktəb təhsili ilə əlaqədar məsələləri aşkar etmişdir. H.M.Əhmədovun dissertasiyası yaradıcı axtarışların məhsuludur.

Beləliklə, H.Əhmədov bütün fəaliyyətini Azərbaycan təhsilinin tarixi ilə, xüsusilə XIX–XX əsrlərdə məktəbin, təhsilin, pedaqoji ideyaların inkişafı ilə bağlayan vətəndaş alim kimi məşhurlaşmışdır.

Professor H.Əhmədovun elmi diapazonu geniş və rəngarəngdir. Buna əmin olmaq üçün onun yazdığı 500-dən artıq monoqrafiya, kitab, proqram, dərslik, dərs vəsaiti, seçilmiş əsərləri, irihəcmli məqalələr siyahısını nəzərdən keçirmək kifayətdir.Diqqəti cəlb edən cəhət odur ki, bu əsərlərdəki ideyaların bir qismi rus və Avropa xalqlarının dillərində öz əksini tapmışdır.

H.Əhmədov haqlı olaraq Qərbi Avropa pedaqoqları Y.A.Komenski, C.Lokk, J.J.Russo, İ.H.Pestalotsi, R.Ouen, rus pedaqoqları K.D.Uşinski, Sovet pedaqoqlarından A.S.Makarenko, N.K.Krupskaya və başqalarının irsini hərtərəfli öyrənib təhlil etmişdir. Maraqlı cəhət budur ki, o, həmin maarifpərvərlərin ideyalarına yaradıcı yanaşmışdır.Özünəqədərki pedaqoqların ideyalarını mənimsəyərək yaradıcı şəkildə inkişaf etdirən, praktik pedaqogikanın banisi K.D.Uşinskinin pedaqoji ideyalarının təbliğinə xüsusi diqqət yetirmişdir.K.D.Uşinskiyə həsr olunmuş "Uşinski və Azərbaycan" adlı monoqrafiyası Azərbaycan və Rusiya pedaqoji ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Hüseyn Əhmədovun bütün qüvvəsini Azərbaycanda məktəb tarixi və pedaqoji fikrin təbliğinə, elmi-pedaqoji kadrların hazırlanmasına həsr etməsi daim diqqəti cəlb etmişdir.Bununla belə, onun fəaliyyətini yalnız pedaqogikanın tarixi sahəsindəki axtarışlarla məhdudlaşdırmaq olmaz.

Tədqiqata pedaqogikanın nəzəri problemi – tərbiyə nəzəriyyəsi sahəsində axtarışlarla başlayan H.Əhmədov sonralar müəlliflərindən biri və redaktoru olduğu "Pedaqogikaya giriş" dərs vəsaitində pedaqogikanın metodoloji məsələlərini işləməyə səy göstərmişdir.

Həmin kitabda pedaqogikanın mövzusu, vəzifələri, mənbələri, tədqiqat metodları sistemi və s. məsələlər yeni aspektdə işlənmişdir. Onun "Pedaqogikada qanun və qanunauyğunluq" əsərində, adından məlum olduğu kimi, mühüm nəzəri məsələlər əhatə olunmuşdur.Alimin gənc nəslin tərbiyəsi, ailə tərbiyəsi sahəsindəki yazıları da diqqəti cəlb edir.

H.Əhmədovun ictimai fəaliyyəti də təqdirəlayiqdir. O, doğma pedaqoji universitetdə müxtəlif ictimai işləri bacarıqla yerinə yetirmişdir. Onun Azərbaycan Bilik Cəmiyyətində pedaqogika və psixologiya bölməsinə rəhbərlik etməsi daha çox yadda qalıb. Həmin bölmənin sədri kimi onunla Bakı, Gəncə, Naxçıvan şəhərlərində, respublikanın bir çox rayonlarında, həmçinin Ermənistan SSRGürcüstan SSR-in azərbaycanlılar yaşayan kənd və rayonlarında keçirilən tədbirlərdə iştirak edərkən pedaqoji-psixoloji biliklərin yayılması, təhsil ocaqlarında təlimin keyfiyyətinin yüksəldilməsi sahəsində onun xüsusi xidmətlərinin şahidi olmuşam.Elmi siyasi biliklərin tətbiqindəki xidmətlərinə görə 1985-ci ildə ümumittifaq "Bilik" cəmiyyəti idarə heyəti tərəfindən "fəal işinə görə" döş nişanı ilə təltif edilmişdir.

Professor H.Əhmədov tədqiqatlarında məktəb, ümumiyyətlə, təhsil problemlərinin öyrənilməsinə xüsusi əhəmiyyət vermişdir. Bu, onun əslən müəllim olmasından irəli gəlir. Onun aşağıda sadalanan əsərləri fikrimizi sübut edir: "XIX əsrin əvvəllərində Azərbaycanda xalq maarifi və məktəb" (1967), "XIX əsrin 40-cı illərində Azərbaycanda xalq maarifi və məktəb" (1968), "Azərbaycanda "rus-tatar" məktəbinin tarixinə dair" (rus dilində, 1969), "Ana dili" dərsliyi tərtibində ilk mərhələ (1930–1980)" (1970), "Azərbaycanda kənd ümumtəhsil məktəbləri tarixi" (1970), "Azərbaycanda orta təhsil müəssisələrinin meydana gəlməsi tarixinə dair" (1970), "XIX əsrdə Azərbaycanda qadın təhsili vəsaitləri tərtibi tarixinə dair" (1970), "XIX əsrdə Azərbaycan dilində dərslik və tədris vəsaitləri tərtibi tarixindən" (1970), "Azərbaycanda sənət məktəblərinin təşkili tarixinə dair" (1971), "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi" (1972) və s.

O, uzunömürlü məktəblərin yubileyləri ilə əlaqədar kitablar yazıb çap etdirmişdir. "100 yaşlı Yuxarı Salahlı kənd məktəbi" (1978), "100 yaşlı Qarğabazar məktəbi" (1983), "150 yaşlı Şəki məktəbi" (1983), "Salyanda ilk məktəb" (1969), "Qutqaşen məktəbinin 90 yaşı var" (1972), "Dağkəsəmən məktəbinin yaşı yüzdür" (1976), "Lənkəranda ilk dünyəvi təhsil məktəbi" (1982), "Yüz yaşlı Vəndam məktəbi" (1984), "Qubadlıda 100 yaşlı məktəb" (1984), "Qloballaşma və Azərbaycanda təhsilin aktual problemləri" (2003), "Yeni üsullu məktəb hərəkatının Cənubi Azərbaycana yayılması tarixinə dair" (2004), "Yeni üsullu məktəb hərəkatının Qərbi Azərbaycana yayılması tarixinə dair" (2004), "Cədidizm hərəkatı və onun Azərbaycanda yayılması" (2005), "Azərbaycan–Rusiya elmi-pedaqoji və ictimai əlaqələrinin yeni inkişaf mərhələsi" (2008), "170 yaşlı Naxçıvan şəhər məktəbi" (2008), "175 yaşlı Gəncə şəhər məktəbi" (2009), "Azərbaycanın Yaxın və Orta Şərq xalqları ilə elmi və pedaqoji əlaqələri tarixindən" (2009), "Azərbaycan və Özbəkistan elmi–pedaqoji və mədəni əlaqələri tarixindən səhifələri" (2011), "Tiflis qəza məktəbinin Azərbaycan dili müəllimi" (2012), "İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi" (2014), "Əbcəddən Cədidədək" (2015), "Azərbaycan- Alman elmi–pedaqoji, ədəbi və mədəni əlaqələri tarixinə bir nəzər" (2016) və s. kitabça və məqalələr sırf praktik əhəmiyyət daşıyır. Həmin məktəblərin tarixi inkişaf yolunu araşdıran müəllif oxuculara Azərbaycanda təhsilə marağın mənzərəsini təqdim etmiş və onların rəğbətini qazanmışdır.

Onun yazdığı "XIX əsr Azərbaycan məktəbi" monoqrafiyası millətimizin yüzillik təhsil tarixinin müfəssəl və möhtəşəm salnaməsidir. Seçilmiş əsərlərinin 25 cildliyi Azərbaycan və rus dillərinə çap edilmişdir.

H.Əhmədov Azərbaycanın müstəqillik dövrü təhsil tarixinə, onun inkişaf yollarına.Məktəb təhsilinin inkişaf strategiyasına dair çox saylı məqalələrin müəllifidir.Bu yazılarda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri yüksək qiymətləndirilmişdir.

H.Əhmədov həm də məharətli müəllimdir.Onun müəllimlik taktı həmişə auditoriyanı razı salmışdır. O, ömrünün 60 ilini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlamışdır. Orada assistent, baş müəllim, dosent, kafedra müdiri vəzifəsində işləyən H.Əhmədov gənc müəllim kadrlarının yetişdirilməsində böyük əmək sərf etmişdir. Hüseyn müəllim həm də akademik Y. Məmmədəliyev adına Naxçıvan, A.S. Puşkin adına Tiflis Pedaqoji İnstitutunda onların mühazirələrini dinləyənlərdə uzun illər iz buraxmışdır.

H.Əhmədov müxtəlif vaxtlarda, müxtəlif yerlərdə — İrəvanda, Tiflisdə və Moskvada rəsmi opponent, Müdafiə Şuralarının üzvü, sədr müavini və sədri kimi fəaliyyət göstərmişdir.Bununla da o, pedaqoji elmlər üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsində bilavasitə iştirak etmişdir.Onun rəhbərliyi və məsləhəti ilə 60-dan artıq elmlər namizədi və elmlər doktoru yetişmişdir.

Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı olan H.Əhmədov həm də onun layiqli təbliğatçısıdır. Onun təşkil etdiyi respublika və beynəlxalq konfranslar Azərbaycan pedaqoji aləmini bir çox ölkələrdə aparılan tədqiqatlarla tanış etdiyi kimi, Moskva, Leninqrad, Kiyev, Riqa, Daşkənd, Səmərqənd, Tbilisi, Poltava, Penza, Ulyanovsk və başqa şəhərlərdə keçirilmiş simpozium və konfranslarda Azərbaycanda pedaqoji tədqiqatların nəticələrini təbliğ etmişdir.

Hüseyn Əhmədovun fəaliyyətini şöhrətləndirən cəhətlərdən biri də məhz onun öz ideyalarını təbliğ etməsidir. Onun təşəbbüsü ilə keçən əsrin 70-ci illərində "Azərbaycan məktəb və pedaqoji fikir tarixi" adlı proqram hazırlanmış (professor M.Muradxanov və dosent Ə.Tağıyevlə birgə), həmin adda xüsusi kurs formalaşmış, H.Əhmədov Azərbaycan və rus dillərində dərsliklər tərtib etmiş və pedaqoji təmayüllü ali təhsil ocaqlarında tədrisinə nail olmuşdur.

O, Azərbaycan ETPEİ-də hazırlanıb Moskvada çap olunmuş "Azərbaycan pedaqoji fikir antologiyası"nın, "SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər"in I və IV cildlərinin, ikicildlik Rusiya pedaqoji ensiklopediyasının, Azərbaycan Sovet Ensiklopediyasının IV və X cildlərinin müəlliflərindən biri olmaqla milli məktəb və pedaqogikamızın doğma Vətənimizin hüdudlarından kənarda təbliğinə dair çox iş görmüşdür.

Onun "XIX əsrdə Azərbaycan məktəbi", "Azərbaycan pedaqogika tarixi", "N.Nərimanovun pedaqoji ideyaları" adlı kitabları Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil olmuşdur.

Azərbaycanın elm, təhsil mədəniyyəti ilə əlaqədar sənədlərin dəyərini düzgün qiymətləndirən H.Əhmədovunkeçən əsrin 60–70-ci illərində İrəvan, Tiflis və Leninqrad Dövlət arxivlərindən əldə etdiyi mikrofilmlərinin kompüter vasitəsilə kağıza köçürülməsi (təxminən 40 cilddən ibarət) gənc tədqiqatçıların işini xeyli yüngülləşdirmişdir. Bu, pedaqogika elminə qiymətli hədiyyədir.

Professor Hüseyn Əhmədovun fəaliyyətinin özünəməxsus cəhətlərindən biri də pedaqoji tənqidin olmadığı hazırkı dövrdə mətbuatda bir neçə dəyərli tənqidi məqalə ilə çıxış etməsi, söylənilən fikirlərdə dəqiqliyin, obyektivliyin gözlənməsini tələb etməsidir. O, həmkarlarını fikir söyləyərkən diqqətli olmağa çağırır.

Akademik Hüseyn Əhmədovun fəaliyyətinin son illəri də məhsuldar olmuşdur. XIX əsrdə nəşr olunmuş Azərbaycan dili dərsliklərimizi "Xalqın milli sərvəti" hesab edən Hüseyn müəllim keçən əsrin axırlarından ölkənin müxtəlif şəhərlərindən əldə etdiyi dərsliklərimizi son illər ərəb əlifbasından müasir latın qrafikasına çevirmiş, onlara müvafiq izahat, lüğət və xüsusi məqalələr yazaraq taksimeliya və trensliterasiya yolu ilə çap etdirmiş və beləliklə də o dərsliklərimizə yeni nəfəs vermişdir. Bunlar aşağıdakılardır:

  • A.O.Çernyayevski. Vətən dili. Tiflis, 1882, 196 səh.;
  • N.Dementyev. Təmsillər və hekayələr.Tiflis, 1839. 74 səh.;
  • A.O.Çernyayevski. Vətən dili.I hissə, Tiflis, 1882, 186 səh. (rus dilində şərhlər və izahlar);
  • S.Vəlibəyov. Qüdrətli xuda. Tiflis, 1888, 82 səh.;
  • İ. Qriqoryev.Kitabi-türki. I hissə.Təbriz, 1885, 205 səh.;
  • R. Əfəndiyev. Uşaq bağçası. Tiflis 1912, 192 səh.;
  • A.O.Çernyayevski və S. Vəlibəyov. Vətən dili.II hissə. Tiflis, 1888, 2009;
  • R. Əfəndiyev. Bəsirət-ül ətfal. Bakı, 1901;
  • Ü.Hacıbəyov. Hesab məsələləri.Bakı, 1907. 102 səh.

Hüseyn Əhmədov pedaqogika tarixi sahəsindəki dəyərli axtarışlarına, gərgin əməyinə görə nəinki doğma Vətənində, həmçinin MDB ölkələrində, xaricdə ən çox tanınmış alimdir.

H.Əhmədovun dəfələrlə keçmiş SSRİ PEA-nın Rəyasət Heyətinin yığıncaqlarında dərin məzmunlu çıxışlarının necə heyrət doğurmasının şahidi olmuşam.Görkəmli pedaqogika tarixçiləri həmişə onunla razılaşırdılar.

Rusiya Təhsil Akademiyasının prezidenti, akademik N.D.Nikandrov yazır:

Hüseyn Əhmədovun geniş yaradıcı diapazonu, pedaqogika tarixi və nəzəriyyəsinin aktual problemlərinin həlli sahəsində onun cəsarətli addımları, alimin orijinal ideyaları pedaqoji fikir mühitində böyük hörmət qazanmağa imkan vermişdir. O, respublikada mükəmməl məktəb yarada bilmişdir.

N.D.Nikandrov

Belə yüksək xidmətlərinə görə H.Əhmədovun əməyi həmişə layiqincə qiymətləndirilmişdir. Onun yalnız elmi xidmətlərinə görə aldığı adların, təltiflərin tam olmayan siyahısını nəzərdən keçirək: Hüseyn Əhmədov 1973-cü ildə "Azərbaycan SSR qabaqcıl maarif xadimi", 1977-ci ildə "SSRİ maarif əlaçısı" döş nişanları ilə təltif edilmişdir. 1981-ci ildə ona "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmiş, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmişdir. O, 1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, həm də Beynəlxalq PEA-nın həqiqi üzvü seçilmişdir. 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın "Y.A.Komenski adına Böyük Qızıl Medalı" ilə, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmet" qızıl medalı ilə təltif edilmişdir. 2006-cı ildə "El gücü" Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Heydər Əliyev adına "Əsrin Akademiyası"na həqiqi üzv qəbul olunmuşdur. H. Əhmədov 2006-cı ildə Amerika Beynəlxalq Ekspert və Bioqrafiya Araşdırmalar İnstitutu tərəfindən "pedaqogika elminin məharətli bilicisi" elan edilmişdir. O, zəngin və çoxcəhətli axtarışları ilə Azərbaycan pedaqoji fikrinin korifeyi səviyyəsinə yüksəlmişdir. 2007-ci ildə Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən "Uşinski", 2011-ci ildə PTA tərəfindən elmdəki nailiyyətlərinə görə Qızıl medal ilə mükafatlandırılmışdır. 2007-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür. Mühasibə və Əmək veteranıdır.2014-cü ildən təqaüdə çıxmışdır.

Kitabları[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan pedaqoji ensiklopediyası. III cilddə. II cild. Bakı, 2011, 543 səh.
  2. Avrasiya xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər. Bakı, 2012, 544 səh.
  3. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı, 432 səh.
  4. Seçilmiş pedaqoji əsərləri. V cilddə. Bakı, 2001–2003-cü illər.
  5. Seçilmiş pedaqoji əsərləri. XII cilddə. Bakı, 2006.
  6. Seçilmiş pedaqoji əsərləri. XXV cilddə. Bakı, 2009–2016-cı illər.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Hüseyn Əhmədov (alim) - Haqqinda.az. haqqinda.az, 05.02.2015.  (az.)

Mənbə[redaktə | mənbəni redaktə et]

  • “Большой совет педагогов страны”. “Ленинградская правда”. 22 марта 1970 г.
  • Всесоюзная научная конференция. “Ульяновская правда”. 24 апреля 1975 г.
  • Большой педсовет. “Пензенская правда”. 7 декабря 1978 г.
  • Т. Галелина. ЗАседание кафедры. “Бакинский рабочий”. 2 марта 1979 г.
  • Опыт одобрен. “Бакинский рабочий”. 18 февраля 1982 г.
  • М. Исмаилова. Такие лекции необходимо. “Советский педагог” Тбилиси. 24 марта 1983 г.
  • İshaq Axundov. Xatirələrlə yaşayan Lənkəran. Bakı, 1989, səh. 34
  • З. Мухина. Стратегия воспитания. “Бакинский рабочий”. 24 января 1991 г.
  • Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999. səh. 88.
  • "Ə.Y.Seyidov, M.M.Mehdizadə və M.Ə.Muradxanov məktəbinin davamçıları". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. - səh. 434.
  • А. Татаев. 60 лет на поприще просвещения. “Təhsil problemləri” qəzeti. 20 oktyabr 2003.
  • А. Агакеримов. Важный исследовательский труд по истории школ и педагогический мысли Азербайджана. “Бакинский рабочий” 11 марта 2004 г.
  • К. Салимова. Крупный ученый выдающаяся личность в современной педагогической науке. “Современники o Гусейна Ахмедова” книга 6-я. Баку, 2006. Повтор. ж. “Педагогика” № 7, 2009 г.
  • "Akademik Hüseyn Əhmədov: Həyatı və elmi-pedaqoji fəaliyyəti". Fərrux Rüstəmov. Pedaqoji oçerklər: Sələflərim və müasirlərim. Bakı: Elm və təhsil, 2010. - səh. 134.
  • Misir Mərdanov. Azərbaycan təhsil tarixi. Bakı, 2011, səh. 455.
  • Yəhya Kərimov. Pedaqogika elminin fəxri. 15 iyul 2011, – №27.
  • "Pedaqogika elminin fəxri" məqaləsini oxuyarkən. Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. - səh. 49.
  • Yusif Məmmədov. Azərbaycan Dövlət Pedaqoji Universiteti -90. Bakı, 2012, səh. 211-217.
  • Əlvan Kəbirli. O, canlı klassikdir. “Ruzigar” qəzeti. 19 yanvar 2012.
  • Fərrux Rüstəmov. Heydər Əliyev və Azərbaycanda elmi-pedaqoji kadr hazırlığı ADPU-nun Pedaqoji fakültə əməkdaşlarının elmi-praktik konfransının materialları. Bakı, 2013, səh. 13
  • F. Rüstəmov, İ. İsayev. Pedaqoji irsimizdən. Bakı, 2013. səh. 7-8.
  • Fərrux Rüstəmov. Heydər Əliyev və Azərbaycanda elmi-pedaqoji kadr hazırlığı. “Xalq qəzeti”, 9 may 2013.
  • Fərrux Rüstəmov. Nəsillərə örnəyə çevrilən mənalı həyat. “Milli irs”, noyabr-dekabr 2015, səh. 19-20.
  • Fərrux Rüstəmov. Pedaqogika elminin patriarxı. “Təhsil problemləri”, 24-31 iyul; 8-15 avqust 2016, səh. 2.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]