Geologiya

Geologiya
Elm sahəsi → öyrənir
Yarımbölmə → öyrənir

Geologiya (Yunanca geo - Yer, logiya - təlim, elm) — yaşadığımız planet (səyyarə) - Yer kürəsi haqqında elm.

Haqqında[redaktə | mənbəni redaktə et]

Yer kürəsini başqa elmlər də öyrənir. Məsələn, coğrafiya, geodeziya, astronomiya, torpaqşünaslıq, iqlimşünaslıq və s. Geologiya yerin qabığı adlanan üst bərk qatı və daha dərin qatları (sferləri) haqqında elmlər kompleksidir. Sözün əsl mənasında geologiya - Yerin əmələgəlməsi, tərkibi, quruluşu, hərəkətləri, onun inkişaf tarixi, faydalı qazıntıların mənşəyi, onların yerləşməsi qanunauyğunlaqları və kəşfiyyat üsulları haqqında elmdir. Geologiya elmi bu məsələlərin hər birini müfəssəl öyrənən ayrı-ayrı sahələrə ayrılır. Belə ki, Yerin inkişaf tarixini - tarixi geologiya, onun quruluşunu - geotektonika, tərkibini - mineralogiya, petroqrafiya, litologiya və başqa sahələr öyrənir.

Dəniz geologiyası[redaktə | mənbəni redaktə et]

Dəniz geologiyası Dünya okeanı suları altında qalan Yerin böyük bir hissəsinin tərkibini, quruluşunu və geoloji tarixini öyrənən elmdir. Dənizdibi səthi və təkini təşkil edən çöküntüsüxurların əmələgəlmə proseslərini və eləcə də bunlarla bağlı olan faydalı qazıntıları tədqiq edir. Dəniz geologiyası, geoloji elmlərin əsas bölmələrini əhatə edir (dinamiki geologiya, litologiya, mineralogiya, stratiqrafiya, paleontologiya, tarixi geologi­ya, geomorfologiya, tektonika, vulkanologiya, petrologiya, mühəndisi geologi­ya, faydalı qazıntılar geologiyası və b.). Beləliklə  Dəniz geologiyası - geologiyanın geniş bir sahəsi olub quru sahələrdə aparılan geoloji tədqiqat üsullarından istifadə etsə də, çöl işlərinin xarakterinə görə fərqlənir. Dəniz geologiyası bilavasitə geoloji müşahidələr (dayazlıqda dalğıc sualtı geoloji tədqiqatlar istisna olmaqla) aparmaq, demək olar ki qeyri-müm­kündür. Çöl işlərinin əsas hissəsi (o cümlədən çöküntü və süxur nümunələrinin götürül­məsi) elmi-tədqiqat gəmilərində müxtəlif cihaz və alətlərin köməyilə (qruntgötürən, geofiziki cihazlar, dəniz və okean qazma üsulları və b.) aparılır. Dəniz və okeanlarda baş verən geoloji proseslərin öyrənilməsi okeanologiyanın vəzifələrindən biridir. Lakin okean və də­nizlərin altındakı litosferin geoloji quruluşu və inkişaf tarixi məsələlərinin öyrənilməsi isə okeanologiyadan kənara çıxır. Ona görə də dəniz geologiyasını okeanologiyanın bir hissəsi hesab etmək olmaz. Dəniz geologiyası əsas praktiki məsələləri – qitə yamacında faydalı qazıntıların (neft, qaz, daş kö­mür, dəmir filizi, kükürd və b.) aşkar edilməsi, onların tərkibi, yayıl­ması və əmələgələmə şəraiti, habelə müasir, qə­dim və dənizdibi çöküntülərlə (səpintilər, fosforitlər, qlaukonitli qumlar, dəmir - manqan konkresiyaları) bağlı olan məsələlərin öyrənil­məsidir. Bundan başqa, dəniz geologiyası dənizdə hidrotexniki qurğuların mühəndis – geoloji əsaslarının hazırlanması, sualtı zəlzələlərin qeydə alınması və proqnozlaşdırılması və onlarla əlaqədar sunami dalğaları və başqa məsələlərlə də məşğul olur.  

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Sovet Ensiklodepiyası. On cilddə. C.6. – B., 1982. – 608 s.
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.