Gelibolu

Gelibolu
Gelibolu

40°24′50″ şm. e. 26°40′13″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 825 km²
Hündürlük
0 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 44.809 nəf. (2018)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 17500
Avtomobil nömrəsi 17
Rəsmi sayt
Gelibolu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gelibolu (türk. Gelibolu) — Türkiyədə yerləşən Çanaqqala əyalətinin inzibati vahididir. Marmara bölgəsinin Çanaqqala əyalətindəki, Türkiyənin Avropa hissəsindəki Şərqi Frakiyada yarımadanın cənub sahilində Dardanel boğazında, digər tərəfdən Lapsekidən 2 mil məsafə uzaqlığında yerləşən bir ilçə.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Gelibolunun nə vaxt və kimlər tərəfindən qurulduğu bilinmir. Lakin ilçənin keçmişinin Troya kəndi qədər qədim olduğu güman edilir. Bölgənin keçmiş adı "Kritote"dir. Qədim dövrlərdə burada Keltlər məskunlaşdığı üçün qədim yunan dilində "Qalliopolis" adlanırdı: Qalli (kelt) + polis (şəhər) = Keltlər şəhəri. Bu ad türk dilinə Gelibolu olaraq tərcümə olunur.

Bu gün Fransa, Belçika, İsveçrəReyn sahillərini əhatə edən bölgəni ələ keçirmiş və romalılar tərəfindən bu bölgəyə Qalya, xalqına isə Qalatlar adı verilmişdi. Qalatlar olaraq adlandırılan bu döyüşçü xalq eramızdan əvvəl 281-ci ildə Frakiya Krallığında baş vermiş qarışıqlıq zamanında Balkan yarımadasına, Çanaqqalaya və boğazın üzərindən Anadoluya keçmişlər. E.ə 278-ci ildə Anadoluda SakaryaQızılirmaq hövzəsini əhatə edən bölgəyə də "Qalatiya" adı verilmişdir. Ədirnə vilayəti Mətbəəsinin müdiri Şövkət Dağdevirənin yazdığı 1892-ci il tarixli səlnaməyə görə Gelibolu sancağı ilə əlaqəli Geliboludan başlayaraq İstanbul ərazisinə qədər əhatə olunan bu coğrafiyaya qədimdən “Trasya” adı verilirdi. 25889 müsəlman, 64029 qeyri-müsəlman olan sancağın ümumilikdə 89918 əhalisi var idi. Sancağ Gelibolu qəzası, Eceabat və Evreşe adlı iki rəsmi, Bolayır və Tayfur adlı iki könüllü idarəsinə, qəza olaraq 13691 müsəlman, 21780 rum, 1032 bulqar və 1756 yəhudi olmaqla ümumilikdə 38259 əhaliyə sahib idi. Köhnə tikililərdən daxili limanda təmir edilmiş bir hovuz, bir qüllə, 16 məscid, 2 mədrəsə, 1 Darülkurra (quran oxunan yer), 1 lisey, 7 ibtidai məktəb, 1 kitabxana, 6 kilsə, 2 sinaqoq, 11 dərviş lojası, II Əbdülhəmid tərəfindən genişləndirilmiş 1 Mövləvixana, 1 Muvakkitxana (namaz qılan şəxslərin namaz vaxtını təyin etdiyi və kiçik miqyasda astronomik tədqiqatlar apardığı yer), saat qülləsi, hökumət binası, ədliyyə, bələdiyyə, polis, hərbi idarələr, kazinolar, yanacaqdoldurma məntəqələri, rayon idarələri, 10 fabrik, 1 otel, 4 mehmanxana, 7 türk hamamı, 19 yel dəyirmanı, 1 kirəmitxana və Hamidiye adlı hərbi xəstəxana vardı.

Əhalisi[redaktə | mənbəni redaktə et]

İl Ümumi Şəhər Kənd
1965[2] 35.431 12.945 22.486
1970 36.909 14.716 22.193
1975 35.288 13.466 21.822
1980 37.199 14.721 22.478
1985 40.013 16.715 23.298
1990 40.020 18.670 21.350
2000[2] 46.226 23.127 23.099
2007 47.252 31.246 16.006
2009 45.853 28.989 16.864
2010 44.697 28.326 16.371
2011 45.327 30.273 15.054
2012[2] 44.315 29.998 14.317
2013 43.345 27.927 15.418
2014 44.851 28.962 15.889
2015 44.131 29.151 14.980
2016 43.886 29.276 14.610

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hugh, Chisholm. 1911 Encyclopædia Britannica/Gallipoli (Turkey). Cambridge University Press. 1911. səh. 420.
  2. 2,0 2,1 2,2 "senelere göre şehir ve köy nüfusları". 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.