Gəncəçay

Wikipedia open wikipedia design.

Gəncəçay
azərb. Gəncəçay
Gəncə Bulvarı.jpg
Ölkə Azərbaycan Azərbaycan
Rayonlar
Şəhər
Mənbəyi Murovdağ silsiləsi
Mənsəbi Mingəçevir su anbarı
Uzunluğu 99 km
Su sərfi m³/san
Su sistemi Mingəçevir su anbarı/Kür/Xəzər dənizi
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 752 km²
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Gəncəçay - Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən, ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarətdir. Bunlar Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı Şahdağ zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi Gamışdağınədək (3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m-dək).Kiçik Qafqazın Qarabağ silsiləsindən axan çaylar (Xaçınçay, Tərtərçay, Qarqarçay və s.) Kür çayının sağ qollarıdır, Zəngəzur silsiləsindən axan (Naxçıvançay, Əlincəçay, Gilançay və s.),Kiçik Qafqazın cənub-qərb yamacından axan (Həkəriçay, Quruçay, Köndələnçay və s.) çaylar, Şimal-şərq yamacından axan (Zəyəmçay, Şəmkirçay,Qoşqarçay, Gəncəçay,Kürəkçay və s.) çaylar Araz çayının sol qollarıdır.

Gəncəçay Kiçik Qafqazın Murovdağ silsiləsinin şimal yamacından axmağa başlayır.Çayın mənsəbi 2814 m yüksəklikdədir.Gəncəçay Kürə mənsəbindən 720 km yuxarıda tökülür.Gəncəçayın uzunluğu 99 km,hövzəsinin sahəsi 752 〖km〗^2-dir.Çayın 9 qolundan 5-i sağ,4-ü sol qoludur.Kürün sağ qoludur. Daşkəsən, Xanlar rayonları, Gəncə şəhər Sovetliyi ərazisindən axaraq, Mingəçevir su anbarına tökülür.

Çayın ad Hansı sahildən tökülür ML , km F ,km^2
Zincirliçay sol 91 11 29
Danaqıransu sağ 85 9 14
Zivlənçay sağ 75 15 48
Qoçazçay sağ 72 7 14
Çimkirçay sağ 69 6 10
Dəstəfurçay sol 66 28 69
Mədyunçay sağ 59 6 12
Dərəmirzəçay sol 56 12 46
Xanbulaq sol 53 13 25

Ümumi məlumat[redaktə | əsas redaktə]

Gəncəçay qidalanmasında qar suları 32 %,yeralti sular isə 44 % təşkil edir.Yaz gursulu fazasında illik axım 60 % -dən çoxunu təşkil edir.Gəncəçay yaz gursulu rejim fazalı çay qrupuna aiddir.Gursululuq adətən mart ayından iyul ayınadək davam edir.Gursulu rejim fazasının orta çoxillik davamiyyəti 137-150 gündür.Gursululuq rejim fazasının başlanma orta tarixi Gedamışda 17 mart,Zurnabadda 9 mart,Alaxançallıda 20 mart;qurtarma tarixi isə müvafiq olaraq 4-6 avqustdur.

Zivlənçayda isə gursululuq 133 gün davam edir,orta başlama tarixi 17 mart,qurtarma tarixi isə 28 iyuldur.Gəncəçayın Gedamış kəndi yanında (F=112 〖km〗^2) axım norması 1,63 m^3/s,ən böyük su sərfi 15,9 m^3/s 7 iyun 1974-cü ildə,minimal su sərfi 0,37 m^3/s 14 fevral 1986-cı ildə müşahidə edilmişdir.Gəncaçayın qolu Zivlənçayda (46,6 〖km〗^2) illik axım norması 1,07 m^3/s,maksimal su sərfi 15,7 m^3/s 17 iyun 1973-cü ildə,minimal su sərfi 0,18 m^3/s 16 noyabr 1960-cı ildə müşahidə edilmişdir.

Zivlənçayın Gəncəçaya töküldüyü yerin yuxarı hissəsində bulanıqlıq dərəcəsi 590 q/m^3 qeyd edilmişdir.Çayların çirklənməsinin göstəricilərinin biri nitratlardır.Ümumi dəmirin miqdarı Gedamış kəndi yanında 1,3 mq/l-dir.Zivlənçayın özündə isə 3 mq/l qeydə alınıb. Gəncəçaydan suvarmada, energetikada və başqa sahələrdə (dəyirmanların işlədilməsində) geniş istifadə edilir. Zurnabad kəndi qarşısında su anbarı yaradılmışdır.

Gəncəçay sağ qolu Zivlənçay[redaktə | əsas redaktə]

Zivilənçay hövzəsində atmosfer yağıntıları 600–1000 mm təşkil edir. Ərazinin bitki örtüyü subalp və alp çəmənləri ilə xarakterizə olunur. Burada ibtidai və torflu dağ-çəmən torpaqları yayılmışdır. Bu zonada iki landşaft tipi vardır:

  • İntensiv parçalanmış yüksək dağların nival, qismən nival-buzlaq və subnival landşaftları
  • İntensiv parçalanmış yüksək dağların alp, subalp çəmənlikləri və çəmən-çöl landşaftları

Ərazinin relyefi yüksək, orta və ntensive parçalanmış qırışıqlı-qaymalı nival-buzlaq və qırışıqlı-qaymalı dağlarla xarakterizə olunur.

Həmçinin bax[redaktə | əsas redaktə]

Mənbə[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek