Gödəkbulaq

kənd
Gödəkbulaq
40°09′50″ şm. e. 45°34′20″ ş. u.
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Basarkeçər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.950 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.337 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Gödəkbulaq xəritədə
Gödəkbulaq
Gödəkbulaq

Gödəkbulaq — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd.[2][3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 15 km cənub-şərqdə, Göyçə gölünün cənub-şərq tərəfində yerləşir.

Toponimi[redaktə | mənbəni redaktə et]

Toponim Azərbaycan dilində "qısa, uzun olmayan" mənasında işlənən gödək və bulaq hidroterminin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. VIII.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qarcaxpyur (Gödəkbulaq) qoyulmuşdur. Digər adı Xırdabulaq. Azərbaycan dilindəki ködək, "qısa", "kiçik" sözündəndir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərinə kimi burada yalnız Azərbaycan türkləri yaşamışdır. Türkmənçay sülh müqaviləsindən sonra1828–1829-cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. Kənddə 1886-cı ildə 26 nəfər azərbaycanlı yaşamışdır[4]. 1890-cı illərdə azərbaycanlılar buradan tamamilə çıxarılmış, təkcə ermənilər qalmışdır. İndi burada yalnız ermənilər yaşayır. XIX əsrin II yarısında xaricdən gəlmə ermənilər kənddə yerləşmiş və azərbaycanlılar tədricən sıxışdırılıb çıxarılmışdır.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.l 10
  5. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ҝөдәкбулаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.