Friz

Afinada "Külək qalası"ndakı friz

Friz — tikilinin hər hansı hissəsini bəzəyən, qabartmalarla işlənmiş üfüqi zolaq və ya lent şəklindəki dekorativ kompozisiya. Antik Roma və yunan memarlığında geniş istifadə olunmuşdur.

Klassik memarlıqda friz deyərkən antablementin arxitravkarniz arasında yerləşən mərkəzi hissəsi nəzərdə tutulur. Dorik orderdə friz zolağı ardıcıl gələn triqlifmetopalarla hissələrə ayrılır.

İstinadlar[redaktə | mənbəni redaktə et]