Feyzavər Turan

Feyzavər Turan
türk. Feyzaver Alpsar Turan
Doğum tarixi 31 dekabr 1919(1919-12-31)
Vəfat tarixi 25 aprel 2020(2020-04-25) (100 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Atası Əli bəy Hüseynzadə
Mükafatları "Dostluq" ordeni (Azərbaycan) — 2018 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Feyzavər Turan (türk. Feyzaver Alpsar Turan; 31 dekabr 191925 aprel 2020, İstanbul) — Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı, Türkiyədə nonfiqurativ rəsmin banisi, abstraksionizmin dünyada tanınan nümayəndəsi Səlim Turanın bacısı və sənət qalereyası sahibi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Feyzavər Alpsar Turan 31 dekabr 1919-cu ildə anadan olmuşdur. O, Türkiyə Respublikasında uzun müddət rəsmi vəzifələrdə çalışmış Əli Alpsarla ailə həyatı qurmuşdur.

Təhsili[redaktə | mənbəni redaktə et]

Üsküdardakı Qızlar İnistitutunu bitirdikdən sonra təhsilinə İstanbuldakı Memar Sinan adına Gözəl Sənətlər Universitetində davam etdirib.

Vəfatı[redaktə | mənbəni redaktə et]

25 aprel 2020-ci ildə vəfat etmişdir. Türkiyə Respublikasının İstanbul şəhərindəki Zəncirliquyu qəbiristanlığında dəfn edilib.[2]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Təhsilini bitirdikdən sonra İstanbulda məşhur olan Feyza Sənət Qalereyasını açmışdır.

Feyzavər Alpsar Turan atasının irsinin qorunub saxlanılması üçün 2017-ci ildə Ə.Hüseynzadəyə məxsus 37 təsviri sənət əsərini, 48 fotoşəkli, 53 şəxsi əşyanı, 22 orden, medal və nişanları, eləcə də ipək üzərində çap olunmuş "Həyat" qəzetini Azərbaycan hökumətinə hədiyyə edib. Bu əsərlərin bir qismi Azərbaycana gətirilib və bərpa edilib. Əsərlər hazırda "İstiqlal" muzeyində qorunub saxlanılır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.
  • Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azər Turan. Əli bəy Hüseynzadə. Moskva: Salam Press. 2008. səh. 8. ISBN 978-5-7164-05-82-0.
  2. Vüsalə Abbasova. "Əlibəy Hüseynzadənin qızı vəfat etdi" (az.). report.az. 2020-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]