Fərman Salmanov

Wikipedia open wikipedia design.

Picto Info sciences exactes.png
Fərman Salmanov
"Tayqa Qəhrəmanı" filmindən kadr
"Tayqa Qəhrəmanı" filmindən kadr
Doğum tarixi 28 iyul 1931(1931-07-28)
Doğum yeri Morul, Şəmkir, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 31 mart 2007(2007-03-31) (75 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Dəfn yeri Vagankovo Cemetery
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Flag of the Soviet Union.svg SSRİ
Flag of Russia.svg Rusiya
Elm sahəsi Geologiya
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
MükafatlarıSosialist Əməyi Qəhrəmanı Lenin mükafatı
"Lenin" ordeni "Oktyabr İnqilabı" ordeni "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)

Fərman Qurban oğlu Salmanov (28 iyul 1931(1931-07-28), Morul, Şəmkir, Azərbaycan SSR, ZSFSR, SSRİ31 mart 2007(2007-03-31), Moskva, Rusiya) — 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neftqaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanı.[1]

Həyatı[redaktə | əsas redaktə]

Fərman Salmanov Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. O tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gəlir və Sovet rəsmilərinin icazə olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surgut bölgəsinə getməyi qərara alır. O vaxt Sovet geoloji dairələrində Sibir perspektivsiz ərazi kimi təqdim edilirdi. Rəsmi dairələr Salmanovun bu qərarına görə ona qarşı cinayət işi qaldırmaq istəyirlər, lakin komandasının tətil hədə-qorxuları hakimiyyət dairələrinin misiyaya raziliq verməsi ilə nəticələnir.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

Salmanov 1961-ci ilin 21 mart tarixində Megion yatağını kəşf edir. Yatağa qazılmış ilk kəşfiyyat quyusu neft fontanı verir. Salmanov əleyhdarlarına belə bir məktub yazır: "Möhtərəm yoldaşlar, Megyonda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı". Salmanovun SSSR Geologiya nazirliyindəki əleyhdarları hadisənin təbii anomaliya olduğunu deyir və neft fantanın tezliklə tükənəcəyini bildirirdilər. Salmanov Üst-Balıqda ikinci neft-qaz yığımını kəşf etdikdən sonra Kommunist Partiyasının 22-ci konqresinə Sovet lideri Nikita Xuruşova məktub ünlanlayır. "Mən neft tapmışam. Bax belə". Tezliklə Sovet liderləri Salmanovun kəşflərinin əhəmiyyətini dərk edirlər və Sibir qısa müddətə ölkə iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevrilir.

Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı vı Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr etmiş, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak etmişdir. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surgut, Urengoy, Yamburq və s. misal göstərmək olar. 1978-ci ildən 1987-ci ilə qədər Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiyaya" rəhbərlik etmişdir. 1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləmişdir. Ölümünə qədərki dövrdə isə Rusiyanın "İtera Qaz Şirkəti" prezidentinin məsləhətçisi kimi çalışmışdır.

Fərman Salmanov eyni zamanda geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilmişdir. 2018-ci ilin dekabrında Rusiyanın Surqut şəhərinin hava limanı Salmanovun şərəfinə adlanacaqdı. Bu ölkə daxilində hava limanlarının adlandırılmasına dair ümumxalq səsverməsinin nəticəsidir.

Təltifləri[redaktə | əsas redaktə]

Filmoqrafiya[redaktə | əsas redaktə]

  1. Tayqa qəhrəmanı (film, 1968)[2]

İstinadlar[redaktə | əsas redaktə]

  1. Салманов Фарман Курбан оглы
  2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-172.

Xarici keçidlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek