Fərəc Cavanşirov

Fərəc Cavanşirov
Fərəc ağa Qüdrət ağa oğlu Cavanşirov
Doğum tarixi
Doğum yeri Böyük Pirəhmədli
Vəfat tarixi
Vəfat yeri Bakı
Fəaliyyəti rəqqas

Cavanşirov Fərəc ağa Qüdrət ağa oğlu (19172001, Bakı) — İncəsənət xadimi, rəqqas, Azərbaycan Konsert birliyinin sədri, İbrahimxəlil xanın oğlu Səfiqulu ağanın nəticəsi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərəc Cavanşirov 1917-ci ildə Qaryagin qəzasının Böyük Pirəhmədli kəndində doğulmuşdur. Orta məktəbi bitirəndən sonra Teatr məktəbinə daxil olmuşdur. 1934-cü ildə bu təhsil ocağını tamamlayıb dövlət filarmoniyasında çalışmışdır. Sonra uzun müddət Musiqili Komediya Tetrında işləmişdir. Azərbaycan Konsert birliyinin sədri olmuşdur.

Fərəc Cavanşirov 2001-ci ildə vəfat edib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Fərəc Cavanşirov öncə xalq artisti Leyla Bədirbəyli ilə evlənmişdir. Bu nikahdan Cavanşir(Elhan) adlı oğlu olmuşdur. Sonra Asiya xanımla ailə qurmuşdur. İkinci evlilikdən Qüdrət, Fikrət, Cahangir, Fuad adlı oğulları, Gülər xanım, Nahidə xanım və Sevda xanım adlı qizları dünyaya gəlmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]