Eyiçiro Oda

Eyiçiro Oda
Oda Eyiçiro
yap. 尾田 栄一郎
Doğum tarixi (49 yaş)
Doğum yeri Yaponiya Yaponiya, Kumamoto prefekturası, Kumamoto
Cinsi kişi[d][1][2]
Milliyyəti yapon
Həyat yoldaş(lar)ı Çiaki İnaba (2005-ci ildən)
Uşaqları 2
Komiks fəaliyyəti
Sahəsi Manqaka
Fəaliyyət illəri 1992 - günümüz
Əsas işləri "One Piece"
Təsirlənib Akira Torayama
İmzası

Eyiçiro Oda (yap. 尾田 栄一郎) — ən çox One Piece manqasının müəllifliyinə görə tanınan yapon manqaka.

Həyatı[redaktə | mənbəni redaktə et]

Eyiçiro Oda özü iddia edir ki, dörd yaşında əsl peşədən uzaq olmaq üçün, manqaka olmağa qərar verib.[3] Ona ən çox Akira Toriyama və onun Dragon Ball manqa serialı təsir edib.[3][4] O, həmçinin qeyd edir ki, dəniz quldurluğla marağını Viking Viki animesi yaradıb.[5]

17 yaşı olanda, Odanın Wanted! manqası bir sıra mükafat, o cümlədə Tedzuka mükafatın ikinci yeri almış. Bu ona Weekly Shōnen Jump jurnalında işləməyə imkan verib. Bundan əvvəl isə o, bu jurnalın müəlliflərdən onan Şinobu Kaitaniyə Suizan Police Gang, Masaya Tokuhiroya isə Jungle King Tar-chanMizu no Tomodachi Kappaman manqaları ilə köməkçilik edirdi.[3] Oda Nnabuiro Vatsukiyə Rurouni Kenshin manqası ilə də köməkçilik edirdi. O, hətta orada üzə çıxan Honco Kamatari personajı yaratdığı deyilir.[6]

1996-cı ildə Oda Akamaru JumpWeekly Shōnen Jump jurnalın üçün piratlar haqqında Romance Dawn adlı iki one-shot manqanı çəkdi. Bu iki one-shot gələcək One Piece manqasının ilk prototipləri idi. Orada One Piece manqasının baş protaqonist personajı olan Manki D. Luffi də ilk dəfə üzə çıxır.[7][8]

1997-ci ildə One Piece manqası Weekly Shōnen Jump jurnalda seriallaşmağa başladı. O, Yaponiya və bütün dünyada tarixində ən yaxşı satılan manqadır. 2005-ci ilin fevral ayına dək onun 100 milyon, 2011-ci ilin fevralına dək isə 200 milyon çox tankobon cildi satılıb. 2013-cü ilə kimi bu manqanın ümumi tirajı 345 milyondan çox olub.[9][10]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Oda 2004-cü ildə Çiaki İnabaya evləndi. Onlar Çiaki shonen jump fiesta-da One Piece personajı olan Naminin kospleyi oynayanda tanış olublar.[11][12]

Layihələri[redaktə | mənbəni redaktə et]

  • One Piece (1997-dən)
  • Wanted! (1998, yığma)
    • Wanted! (1992)
    • God’s Gift for the Future (1993)
    • Itsuki yakou (1993)
    • Monsters (1994)
    • Romance Dawn (1996)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Record #19898231 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 3,0 3,1 3,2 One Piece: Blue – Grand Data File. Shueisha. 2002. ISBN 4-08-873358-4.
  4. One Piece Color Walk 1. Shueisha. 2001. ISBN 4-08-859217-4.
  5. "Vicky the Viking Anime Adapted into Live-Action Film". Anime News Network. 2008-01-07. 2014-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-01.
  6. Scott Green. "Fans Jump On "One Piece" Creator's Kenshin Tribute". Crunchyroll. 2012-11-08. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  7. "One Piece's 'Prototype' Romance Dawn to be Animated". Anime News Network. 2008-07-10. 2008-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-01.
  8. Oda, Eiichiro. Wanted! (Japanese). Shueisha. November 1998. səh. 202. ISBN 978-4088726311.
  9. "'One Piece' manga tops 300 million copies in print". Asahi Shimbun. 2013-11-12. 2015-02-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-01.
  10. "One Piece Manga Has 345 Million Copies in Print Worldwide". Anime News Network. 2013-11-21. 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-01.
  11. "Chiaki Inaba". 2015-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  12. "Oda's Personal Bio". 2017-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]