Ernest Şeklton

Wikipedia open wikipedia design.

Ernest Şelkton
ing. Ernest Shackleton
Şelkton 1917-ci ildə Şelkton 1917-ci ildə

Doğum tarixi
15 fevral 1874(1874-02-15)
Doğum yeri Flag of Ireland.svg İrlandiya
Vəfat tarixi 5 yanvar 1922 (47 yaşında)
Vəfat yeri Cənubi Georgiya
Vəfat səbəbi Ürək tutması
Dəfn yeri Qryotviken
Həyat yoldaşı Emili Meri Dormen (1904–1922)
Uşağı Edward Shackleton, Baron Shackleton, Raymond Swinford ShackletonCecily Jane Swinford Shackleton
Atası Henry Shackleton
Vətəndaşlıq Flag of the United Kingdom.svg Böyük Britaniya
İrlandiya Respublikası
Flag of the United Kingdom.svg Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı
Peşəsi Səyyah
Təhsili Dulwich College
IMDb ID 0787123
İmza
Commons-logo.svg Ernest Şeklton Vikianbarda

Ernest Şelkton, (ing. Ernest Shackleton; 15 fevral 1874(1874-02-15)[1][4][2][3], Kilkea, County Kildare, Leinster, Ireland, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı5 yanvar 1922(1922-01-05)[1][2][3], Qryotviken) İyirminci yüzilliyin əvvəlləridə həyata keçirtdiyi Antarktidanın kəşfi ilə tanınan irlandiyalı,ingilis səyyah.[5][6][7][8]

Gənclik illəri[redaktə | əsas redaktə]

Səkkizi qız və ikisi oğlan olmağla on uşaqlı bir ailənin ikinci övladı olaraq dünyaya gələn Şelkton 17 yaşında ticarət gəmisində işə başladı. Üç dirəkli yelkənli gəmi ilə bir çox səfərə çıxdı. 24 yaşında leytenant rütbəsi aldı.[9][10][11]

Kəşflər[redaktə | əsas redaktə]

1901-ci ildə səyyah Robert Skott və həkim Eduard Vilson ilə ilk kəşf səfərinə çıxdı. Noyabr 1902-ci ildə o günə qədər gediləsi mümkün olan ən cənubdakı nöqtə rekordunu (82°16') qırdılar.[12] Askorbik (C vitamini çatışmazlığı) xəstəliyinə tutulan Skott onu Londona geri göndərdi.[13]

Bu səfərində şöhrət qazanan Şelkton, bir sonrakı kəşfinə 7 avqust 1907-ci ildə çıxdı, 1908-ci ildə Antarktidaya ikinci dəfə ayaq basdı.[14] Bir çox sınağdan sonra səyyah 88°23' paralelinə çataraq daha bir cənuba enmə rekordu qırdı, amma Cənub Qütbünə 180 km qalmış geri dönmək məcburiyyətində qaldılar. Şelkton Antarktidada 3.000 km qədər getdikdən sonra yenidən İngiltərəyə döndü. Bu dəfə bir qəhrəman olaraq qarşılandı və Kral tərəfindən zadəganlıq fərqlənmə nişanı verildi. 14 dekabr 1911-ci ildə Roald Amundsen Cənub Qütbünə ilk çatan adam oldu.[15]

Endurans səfəri[redaktə | əsas redaktə]

Şelkton, Enduransı itirdikdən sonra.

Şelkton özünə bir sonrakı hədəf olaraq Antarktida qitəsini qütb üzərindən boydan boya keçməyi seçdi. Bu 3 300 km-lik bir gediş mənasını verirdi. 8 avqust 1914-cü ildə 27 adamla birlikdə Endurans gəmisi İngiltərədən yola çıxdı. Qrupundakı önəmli səyyahlar arasında Frank Hörli, Frank Vörsli və Frank Vildi də tapmaq olardı.

Bu, Antarktida tarixinin ən çətin səfərlərindən biri olacaqdı. Buzlar arasında sıxışan Endurans, Antarktidaya çata bilmədən tərk edildi.[16] Antarktidanı keçmə hədəfini bir yana qoyan Şelkton, bütün gücünü adamlarını xilas etməyə sərf edirdi. Əvvəl buz üzərində düşərgə quran ekipaj, daha sonra qayığlarla Fil adasına çatdı. Bu uzaq və buzlarla örtülü kimsəsiz adada, təcili yardım sandallarından biri Enduransın dülgəri tərəfindən möhkəmlədildi. Şelkton adamlarından beşiylə birlikdə Ceyms Keyrd adını verdikləri bu qayığa mindi və Cənubi Georgiya adalarına doğru yola çıxdı. Bu arada, digər 22 adamın Şelktonun onları qurtarmasını gözləmək xaricində edəcəkləri bir şey qalmamışdı. Cənub okeanının fırtınalı sularında alabora təhlükəsiylə dolu on beş günlük bir səfərdən sonra, Cənubi Georgiya göründü. Ancaq hava o qədər fırtınalıydı ki, qayığı sahilə yanaşdırmağı gözə ala bilmədən fırtınanı dənizdə qarşıladılar (daha sonra öyrənəcəkdilər ki, eyni fırtına Buenos-Ayresdən Cənubi Georgiyaya getməkdə olan 500 tonluq bir buxar gəmisi batırmıştı).[17] Ertəsi gün kimsəsiz cənub sahilinə ayaq basmağı bacardılar. Bir az istirahət edib özlərinə gəldikdən sonra, Şelkton təkrar dənizə açılmağı gözə almağdansa, şimal sahilindəki balina stansiyasına qurudan getməyə qərar verdi. Daha əvvəl norveçli balinaçıların xizəklə adanı keçmiş olmasına qarşı, Şelktonun keçməyə qərar verdiyi marşurutu daha əvvəl qət edən olmadığı bilinməkdədir. Şelkton, adamlarından üçünü sahildə qoyub ikisiylə birlikdə Stromnessdəki balina stansiyasına doğru yola çıxdı. Əllərində texniki vəsait olaraq yalnız on beş metrlik elastik olmayan bir ip və buz baltası yerinə də dülgər kəsəri vardı. Dağlıq ərazidə 36 saat davam edən bir səfərdən sonra adamlar balina stansiyasına gələ bildilər.

Cənub sahilindəki üç adamın və Fil adasındakı 22 adamın qurtarılması bu uğuru izlədi. Şelkton, heç bir adamını itirməməyi bacarmışdı. Buna qarşılıq, onu Cənub Qütbünün digər sahilində gözləmək üzrə yola çıxan Aurora səfəri o qədər şanslı deyildi, komandirləri daxil olmağla üç adamı itirmişlərdi.

Enduransdan sonra[redaktə | əsas redaktə]

Şelkton İngiltərəyə döndüyü zaman Birinci Dünya müharibəsi davam etməkdə idi. Orduya yazılmaq istəsə də yaşı artıq çox idi. Hökumət adına bəzi diplomatik və hərbi vəzifələr aldı. Müharibədən sonra son bir kəşf səfəri daha etmək üçün hazırlığlara başladı. Endurans səfərində öz ödəniş haqqlarını tam ala bilməmiş olan adamlarından çoxu "Patron" dedikləri Şelktona qatılmaq üçün könüllü oldular. 24 sentyabr 1921-ci ildə İngiltərədən ayrıldı. 5 yanvar 1922-ci ildə Cənubi Georgiyada keçirdiyi ürək tutması (ürək infaktı) nəticəsində vəfat etdi.[18]

Ölümündən sonra[redaktə | əsas redaktə]

Cənab Ernest Şelkonun Cənubi Geordiya, Qritvikendə yerləşən məzarı

Həyat yoldaşının istəyi üzərinə Cənubi Georgiyada Gritvikendə dəfn edildi. Londonda Kralın da qatıldığı bir anma mərasimi təşkil olundu. Buna baxmayaraq, Şelktonun şöhrəti uzun müddət məşhur cənub qütbü səyyah Skottun kölgəsində qaldı.[19] Yenə də 20-ci əsr boyunca ictimaiyyət Şelktonu getdikcə daha çox tanıma şansı tapdı. Eyni zamanda, Skott haqqında yazılan həyat hekayələri getdikcə daha tənqidi olmağa başlamışdı. 2002-ci ildə BBC tərəfindən keçirilən "ən böyük 100 Britaniyalı" anketində Ernest Şelkton 11-ci, Robert Skott isə 54-cü oldu.

Həmçinin bax[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. 1,0 1,1 1,2 BNF authorities: açıq data platforma — 2011.
  2. 2,0 2,1 2,2 Encyclopædia Britannica
  3. 3,0 3,1 3,2 The Peerage
  4. http://www.bbc.co.uk/history/historic_figures/shackleton_ernest.shtml
  5. BBC, Shackleton
  6. Barczewski, (səhifə146).
  7. Jones, (səhifə289).
  8. Barczewski, (səhifə295).
  9. Byrne, (səhifə 852).
  10. Huntford, (səhifə 227–28).
  11. Huntford, (səhifə 6–9).
  12. Savours, (səhifə 9).
  13. Fisher, (səhifə 19–20).
  14. Wilson, (səhifə 115–118).
  15. The London Gazette: no. 28049. (səhifə 5447). 9 avqust 1907. (ingiliscə) 10 oktyabr 2015.
  16. Shackleton, South, (səhifə 29–30).
  17. Shackleton, South, (səhifə 100)
  18. Huntford, (səhifə 687).
  19. Huntford, (səhifə 684).

Xarici keçidlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek