Ensiklopediya

D'Alembert və Diderotun 1772-ci ildə tərtib etdikləri "Encyclopédie" kitabın üz vərəqi

Ensiklopediya (yun. enkýklios - "çevrə formalı"; paideí - "dərs", "bilik") — sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edir.

Ensiklopediya – [yun. enkuklapaideia – biliklər dairəsi] 1)biliyin bütün və yaxud müəyyən ayrı-ayrı sahələrinə dair (aid) lüğət şəklində sistemə salınmış məlumatlar toplusu (məlumat kitabı), qamus. Məsələn, Azərbaycan milli ensiklopediyası, Tibb ensiklopediyası; 2)bütün elm və əməli fəaliyyət sahələrinə dair sistemli və yığcam məlumat verən elmi nəşr. Ensiklopediyalarda materiallar əlifba sırası ilə, tək-tək hallarda mövzuya görə düzülür. Məzmununa görə universal, universal-milli ensiklopediyalar və sahə ensiklopediyaları olur; 3)lüğət formasında elmi sorğu vəsaiti; 4)məcazi mənada həyatı geniş və hərtərəfli əks etdirən bədii əsər haqqında. Məsələn, canlı ensiklopediya – hər şeydən məlumat verə bilən, hər şey haqqında müraciət edilə bilən adam haqqında.

Ensiklopedik –1)ensiklopediyaya məxsus; 2)məcazi mənada hərtərəfli məlumata malik, hər şeydən məlumat verə bilən (adam); 3)elmin bir çox sahələrini əhatə edən; hər şeyi qavrayan, çoxcəhətli. Məsələn, ensiklopedik məlumat, ensiklopedik bilik; 4)ensiklopediya mahiyyətində olan. Məsələn, ensiklopedik lüğət.

Universal ensiklopediyalar insaniyyət üçün ümumi biliyi təsvir edir, xüsusi ensiklopediyalar isə yalnız müəyyən bir sahə üzrə məhdud ancaq dərinləməsinə məlumat verir.

Ensiklopediya problemləri Esiklopedika fənnində elmi tədqiq olunur.

Tarixi[redaktə | əsas redaktə]

Ensiklopediyanın yaranması qədimə, antik Yunan vaxtlarına gedib çıxır. İlk dəfə olaraq sistematik ensiklopediya yunan filosofu, Platonun qohumu Speusippos tərəfindən yaradılmışdır. E.ə. 370-ci ildə heyvanat və bitki aləmi üzrə də ensiklopediya - Homoia yaradılır.

Başqa filosoflardan, məsələn Aristotel öz dövründə mövcud olan bilikləri toplu şəklinə salmışlar, ancaq onlar hər hansı ensiklopediya yarada bilməmişlər.

Roma dövründə dövlət adamı Marcus Pocius Catoe.ə. 150-ci ildə die Libri ad Marcum filium (Marcusun oğlanlarına kitablar) adlı toplunu tərtib edir. Bu kitablar kənd təsərrüfatı, tibb, retorika, döyüş texnikası kimi sahələrin pedaqoqika baxımından bir ensiklopediyada cəmlənməsi idi.

Növbəti ensiklopedik kitab Marcus Terentius Varro tərəfindən yazılmış Disciplinarum libri IX idi. O məlum kitabları tibb və arxitektura ilə tamamlayır. Onun 41 kitabından yalnız fraqmentlər bizə gəlib çatmışdır.

Ən qədim, tam bizə qədər gəlib çatmış, latın dilidə olan sistematik ensiklopediya Roma tarixçisi Plinius tərəfəindən tərtib olunmuşdur. Onun təbiətin tarixi adlı kitabı 37 cilddə, 2493 fəsildən ibarət idi. Burada kosmologiya, coğrafiya, etnologiya, antropologiya, psixologiya, zoologiya, botanika, mineralogiya və metallurgiya haqqında məlumat verilmişdir.

Mənbələrin verdiyi məlumatlara əsasən bu kitabın tərtib olunmasında 500 müəllif iştrak etmişdir. 1469-ci ildə bu ensikloipediya Venesiyada yenidən nəşr olunur. 1543-cü ildə onun 11 cildi alman dilinə tərcümə olunur və Strasburqda buraxılır.

Orta əsrlərdə tərtib olunan əsərlər daha yaxşı tərkibə malik idilər. Onlar latın dilində yazılmışdılar. Milli ensiklopediyalar sonralar, orta əsrin sonunda və yeni tarixin əvvəlində meydana gəlir. Bizantiya dövründə yazılmış yeganə kitab olan Suda da yunan dilində idi. Suda kitabında coğrafiya və tarixçi antik müəlliflər haqqında 32000 məqalə cəmlənməşdir.

Yeni dövrün başlanğıcında ensiklopediya yaradılması üzrə pioner fransız filosofu Fransiz Bakon sayılır. O 1620-ci ildə öz "Preparative toward a Natural and Experimental History" kitabında 130 adda müxtəlif elmləri safalayır. Bu təsnifatlandırma ondan sonrakı alimlər üçün əsas götürülürdü. Ondan sonra yaşamış Diderot öz ensiklopediyasında Bakona istinad edir.

1704-cü ildə riyaziyyatçı Con Harris Londonda texnika haqqında ensiklopediyanı (Lexicon technicum) çap etdirir. Bu texnika sahəsində ilk əlifba sırası ilə düzülmüş, ingilis dilində yazılmış ümumi ensiklopediya idi.

1751-ci ildə fransız Denis Diderot və d'Alembert tərəfindən fransız dilində tərtib olunmuş ensiklopediya Encyclopédie ou Dictionnaire raisonné des sciences,(Ağıllı şəkildə düzülmüş lüğət)işıq üzü görür.

17691771-ci illərdə Uilyam Smayl tərəfindən Encyclopædia Britannica üç cildə çap olunur.

Azərbaycan dilində ilk ensiklopediya 1976-1987-cı illərdə nəşr edilmiş 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasıdır. Kiril əlifbası ilə çap olunan bu ensiklopediya hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir.

Quruluşuna görә[redaktə | əsas redaktə]

Quruluşuna görә әlifba üzrә vә sistemli Ensiklopediyalar, hәcminә görә isә böyük (bir neçә on cildlik), kiçik (10–12 cildlik), qısa (4–6 cildlik) vә adәtәn ensiklopedik lüğәt adlanan 1–3 cildlik Ensiklopediyalar olur. Ensiklopediyalar uyğun tematik plan (mәqalәlәrin ümumi hәcminin müxtәlif fәnlәr vә mәqalә tipi üzrә bölgüsü) vә sözlük (mәqalә hәsr olunmuş terminlәrin tam siyahısı) әsasında yaradılır. Ensiklopediyada mәqalәlәr icmal, mәlumat, şәrh (yalnız definisiyadan vә әgәr digәr dildәn alınma sözdürsә, etimologiyadan ibarәt) vә isnad (digәr terminә ünvanlama) formalarında verilir. Əsasәn, hәcmcә bir- birindәn fәrqlәnәn ilk iki mәqalә növü Ensiklopediya üçün sәciyyәvidir; onlar mәsәlәnin mәğzi barәdә mühüm mәlumatı (elmi nәzәriyyәnin vә ya tarixi hadisәnin izahı, coğrafi, bioqrafik, statistik mәlumatlar vә s.) әhatә edir. Mәqalәnin mәtnindә, mәqalәnin sonunda, cildlәrin axırında vә yaxud xüsusi “biblioqrafik” cilddә verilәn әdәbiyyat siyahısı mövzu ilә bağlı daha dolğun vә әtraflı mәlumat әldә etmәyә imkan yaradır. Ensiklopediyada illüstrativ materiallar mühüm yer tutur. Çoxcildlik Ensiklopediyaların, adәtәn, әlavә göstәricilәri olur. “Ensiklopediya” termininin mәnası tarix boyu dәyişilmişdir: antik cәmiyyәtdә 7 müstәqil sәnәt növü (qrammatika, ritorika, dialektika vә ya mәntiq, hәndәsә, hesab, musiqi vә astronomiya), 16 әsrdә Qәrbi Avropada “müxtәlif mәzmunlu külliyyat”, sonralar 18-ci әsrәdәk biliklәrin tәsnifatı anlamında işlәdilmiş vә tәdricәn müasir mәnasını almışdır. “Ensiklopediya” sözü ilk dәfә 1620-ci ildә ensiklopedik әsәrin (Alsted J.H., “Cursus philosophiae encyclopaedia”, Herborn) başlığında verilmişdir. Ensiklopediya sәciyyәli әsәrlәr hәlә e.ә. 12,10-cu әsrlәrdә Çindә, e.ә. 2-ci minilliyin 2-ci rübündә Qәdim Misirdә meydana gәlmişdir. Qәdim Yunanıstanda Demokritin vә Aristotelin әsәrlәri әhatәliliyinә görә Ensiklopediya xarakterli olmuşdur. Qәdim Romada ilk Ensiklopediyalardan biri Mark Terensi Varronun 9 kitabdan ibarәt “Elmlәr” әsәri idi. Ərәb dilindә ilk Ensiklopediya Farabinin (870–950) “Biliklәr siyahısı” әsәri hesab edilir. İran alimi Zәkәriyyә Razinin (825–925 vә ya 934) “Tibb külliyyatı” vә 10 cildlik “Tibb kitabı” ensiklopedik xarakterlidir. İbn Sinanın (980–1037) dәri (qәdim fars-tacik) dilindә yazdığı “Danişnamә” tәzkirәsi, tәkcә Şәrqdә deyil, Avropada da böyük şöhrәt qazanmış “Şәfa kitabı” geniş әhatәli ensiklopedik әsәrlәrdir. Türk alimi Daşköprüzadәnin (16 әsr) müxtәlif elm sahәlәri haqqında ensiklopedik mәlumat verәn “Sәadәt açarı” әsәri orta әsrlәrin (Şәrqdә hәtta 19-cu әsr dә daxil olmaqla) sistemli ensiklopediyaları tipinә yaxındır. 19,20-ci әsrlәrdә Şәrqdә geniş yayılmış ensiklopedi- yalardan Şәmsәddin Saminin (1850–1904) 6 cildlik “Qamusi-alәmi”ni vә M.Ə. Dehxudanın (1879–1956) 50 cildlik “Lügәtnamә”sini göstәrmәk olar. Avropada 17-ci әsrin sonu 18-ci әsrdә P. Beylin “Tarixi vә tәnqidi lüğәt”i mәşhur idi. 18-ci әsr fransız maarifçi fәlsәfәsinin görkәmli abidәsi olan “Ensiklopediya, yaxud Elm, incәsәnәt vә peşәlәrә dair izahlı lüğәt”in sonrakı ensiklopedik nәşrlәrә böyük tәsiri olmuşdur. 18,20-ci әsrlәrdә “Britaniya ensiklopediyası” (“Britannica”) vә s. nәşr edilmişdir. Rusiyada nәşr olunan Ensiklopediyalar arasında әn mükәmmәli F.A.Brokhauz vә İ.A.Yefronun 82 әsas vә 4 әlavә cilddәn ibarәt “Ensiklopedik lüğәt”i (1890–1907) idi. A. vә İ. Qranat qardaşlarının “Ensiklopedik lüğәt”i dә o dövrdә geniş yayılmışdı. 20-ci әsrin әvvәllәrindә universal Ensiklopediyalarla yanaşı, sahә Ensiklopediyaları (texniki, k.t., hәrbi vә s.) vә soraqçalar buraxılmış, әsrin ortalarında isә universal Ensiklopediyaların inkişaf meyillәri müәyyәnlәşmişdir. Elm vә texnikanın yeni sahәlәrinә böyük diqqәt yetirilir, yeni nәşrlәrlә yanaşı, materialların müxtәlif üsullarla yenilәnmәsi hәyata keçirilirdi (Ensiklopediyanın davamı olaraq “Ensiklopedik jurnal”ların, hәmçinin il әrzindә Ensiklopediyanın әsas nәşrini yeni mәlumatlarla tamamlayan “Salnamә”lәrin buraxılması vә s.). Ensiklopediyanın әldә edilmәsi asanlaşır, onlar kiçik formatlı, nazik kağızda, asan oxunan xüsusi şriftlәrlә çap olunmuş kitablarla әvәzlәnirdi. Azәrbaycanda Ensiklopediya işinә 20-ci әsrin ortalarından tәkan verilmiş, 10 cilddәn ibarәt “Azәrbaycan Sovet Ensiklopediyası” (1976–87) nәşr olunmuşdur. Çoxcildlik “Azәrbaycan Milli Ensiklopediyası”nın 2007-ci ildә “Azәrbaycan” xüsusi cildi, 2009–2016-cı illәrdә isә 1–7-ci cildlәri nәşr edilmişdir.

Həmçinin bax[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]

==Riyaziy yat==


  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.