Elina Bıstritskaya

Wikipedia open wikipedia design.

Elina Bıstritskaya
Elina Bıstritskaya.jpg
İlk adı Elina Avraamovna Bıstritskaya
Doğum tarixi 4 aprel 1928(1928-04-04)
Doğum yeri Kiyev, Ukrayna SSR
Vəfat tarixi 26 aprel 2019(2019-04-26) (91 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Avraam Petroviç Bıstritski
Anası Esfir İsaakovna Bıstritskaya
Vətəndaşlığı
Peşələri aktrisa, teatr pedaqoqu
Təhsili
  • Kiyev Milli Teatr, Film və Televiziya Universiteti[d]
Fəaliyyət illəri 1950–2006
Mükafatları "SSRİ xalq artisti" fəxri adı "Azərbaycan SSR xalq artisti" fəxri adı
"Əmək veteranı" medalı
IMDb: ID 0126454
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Elina Bıstritskaya (4 aprel 1928[1], Kiyev, Ukrayna SSR, SSRİ[1]26 aprel 2019[2], Moskva) — SSRİ-nin görkəmli teatr və kino aktrisası, pedaqoq, SSRİ xalq artisti (1978).

Həyatı[redaktə | əsas redaktə]

Elina Avraamovna Bıstritskaya 4 aprel 1928-ci ildə Kiyevdə anadan olub. Tibb Texnikumunda, bir müddət Pedaqoji İnstitutun filologiya fakültəsində, daha sonra Kiyev Dövlət Teatr Texnikumunda (1953) təhsil alıb. Vilnüs Rus Dram Teatrında (1953-1956), A.S.Puşkin adına Moskva Dram Teatrında (1956-1958), Malıy Teatrda (1958) çalışıb. 1979-cu ildən A.Lunaçarski adına GİTİS-də pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1950-ci ildən kinoya çəkilmişdir. 1980-ci ildən SSRİ Bədii Gimnastika Federasiyasının və SSRİ Teatr Xadimləri İttifaqının hərbi-vətənpərvərlik komissiyasına rəhbərlik edib. Ana və Uşağın Sağlamlığının Müdafiəsi Beynəlxalq Fondunun vitse prezidenti, "Stabil Rusiya" siyasi təşkilatının fəal üzvlərindən olmuşdur. "Mədəniyyət və İncəsənətə Dəstək" Fondunun təsisçisidir. SSRİ-nin (1978), Azərbaycanın, Qazaxıstanın, Gürcüstanın və Rusiya Federasiyasının (1966) xalq artisti olmuşdur.

Fəxri kazak və kazak qoşunlarının polkovniki olmuşdur, silah daşımaq hüququna malik olmuşdur. "Ümid ulduzu altında görüşlər" kitabını yazmışdır ("Встречи под звездой надежды"). Elina Bıstritskayanın yaradıcılığına həsr edilmiş "Elina Bystritskaya. Bir baharın portreti "(1987) sənədli film çəkilib.

Filmoqrafiya[redaktə | əsas redaktə]

  1. Qətldən yeddi gün sonra (film, 1991)

İstinadlar[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek