Eksperimental psixologiya

Eksperimental psixologiya və ya təcrübi psixologiya — psixoloji tədqiqatlar və ona aid olan prosesləri empirik metodlarla tədqiq edilməsinə deyilir. Eksperimental psixoloqlar insan və ya heyvan subyektləri üzərində müxtəlif mövzular haqqında (sensasiya və hissi, yaddaş, idrak, öyrənmə, motivasiya, emosiya, inkişaf prosesləri, sosial psixologiya) tədqiqat aparırlar.[1]

Tarix[redaktə | mənbəni redaktə et]

Wilhelm Wundt
Charles Bell

İlkin eksperimental psixologiya[redaktə | mənbəni redaktə et]

Vilhelm Vundt[redaktə | mənbəni redaktə et]

Eksperimental psixologiya müasir bir akademik intizam kimi 19-cu əsrdə Wilhelm Wundt psixologiya sahəsinə riyazi və eksperimental yanaşmanı tətbiq edərkən ortaya çıxdı. Wundt, Almaniyanın Leipzig şəhərində ilk psixologiya laboratoriyasını qurdu.[2] Hermann EbbinghausEdward Titchener də daxil olmaqla, digər eksperimental psixoloqlar, eksperimental üsulları arasında introspeksiyanı əhatə edirdi.

Çarlz Bell[redaktə | mənbəni redaktə et]

Charles Bell İngilis fizyoloq idi, və onun əsas töhfəsi sinir sistemi ilə bağlı araşdırma idi. O, dovşan üzərində etdiyi araşdırmaları özündə əks etdirən bir broşür yazır. Onun tədqiqatı nəticəsində, onurğa kordunun posterior (dorsal) köklərinə daxil olan duyğu sinirləri və onurğa beyinin ön (ventral) köklərindən meydana gələn motor sinirləri ortaya çıxdı. On bir il sonra, bir Fransız fiziloqu François Magendie, Bell-in araşdırmasından xəbəri olmadan eyni təsbitləri nəşr edir. Bell araşdırmalarını dərc etmədiyinə görə, bu kəşf Bell-Magendie qanunu adlandırıldı. Bell'in kəşfi, sinirlərin titrəmələri ya da ruhları ötürdüyü inancını inkar edirdi.

XX əsr[redaktə | mənbəni redaktə et]

XX əsrin ortalarında behaviorism xüsusilə, psixologiya sahəsində Amerika Birləşmiş Ştatlarında dominant paradiqma oldu. Avropa psixologiyasına Sir Frederik Bartlett, Kennet Craiq, Bick HickDonald Broadbent kimi psixoloqlar təsir etdiyi üçün düşüncə, yaddaşdiqqət kimi mövzulara diqqət yetirilirdi və Avropada behaviorism daha az təsir daşıyırdı. Bu, koqnitiv psixologiyanın sonrakı inkişafı üçün də təməl qoydu.

XX əsrin ikinci yarısında psixologiyanın bir akademik sahə kimi genişlənməsinə görə "eksperimental psixologiya" sözü mənasını dəyişdi. Eksperimental psixoloqlar bir sıra metodlardan istifadə edirlər və özlərini məhz eksperimental yanaşma ilə məhdudlaşdırmırlar, çünki elm fəlsəfəsindəki inkişaflar eksperimentin müstəsna nüfuzuna təsiri göz qabağındadır. Əksinə, eksperimental metod artıq inkişaf etmiş və sosial psixologiya sahələrində, eləcə də əvvəllər eksperimental psixologiyanın bir hissəsi olmayan sahələrdə geniş yayılmışdır. Ancaq bir sıra məşhur, yüksək nüfuzlu öyrənilmiş cəmiyyətlərelmi jurnallar, eləcə də bəzi universitetlərdə psixologiya təhsil kurslarında eksperimental psixologiya başlığından istifadə etməyə davam edir.

Metodologiya[redaktə | mənbəni redaktə et]

Əsaslı metodologiya kompleks davranış və zehni proseslərin öyrənilməsi üçün vacibdir və bu, xüsusilə də, eksperimental dəyişənlərin diqqətlə müəyyən edilməsi və nəzarətinə kömək edir.

Psixologiya elminin bəzi əsas fərziyyələri[redaktə | mənbəni redaktə et]

[mənbə göstərin] Elmi cəhətdən eksperimental psixologiya digər elmlərlə bir çox fərziyyələri bölüşür. Bunlar arasında aşağıdakılar var.

Empirizm[redaktə | mənbəni redaktə et]

Elmin ən əsas fərziyyəyələrindən biri odur ki, dünyada baş verən hadisələr haqda faktlar həmin hadisələrin müşahidələrinə əsaslanmalıdır. Empirizm anlayışı, fərziyyə və nəzəriyyələrin apriori düşüncəyə, intuisiya əsaslanan deyil, təbii şəraitin müşahidələrinə qarşı sınaqdan keçirilməsini tələb edir.

Yoxlanılabilənlik[redaktə | mənbəni redaktə et]

Empirizmlə yaxından əlaqəli bir digər fikir budur ki, elmi qanun və ya nəzəriyyə mövcud olan araşdırma metodlarına əsaən yoxlanılabilən olmalıdır. Əgər bir nəzəriyyə hər hansı bir metodla yoxlanıla bilmirsə, bir çox alim bu nəzəriyyəni mənasız hesab edir. Yoxlanılabilənlik inkarolunmanı yəni müşahidələrin bəzi metodlarla inkar olunmasını təsdiq edir[3]. Psixologiyada yoxlanılabilənlik vurğulanır, çünki Freudun nüfuzlu və tanınmış nəzəriyyələri test etmək çətin idi.

Determinizm[redaktə | mənbəni redaktə et]

Eksperimental psixoloqlar da, bir çox alimlər kimi, determinizm anlayışını qəbul edirlər. Bu, bir obyektin və ya hadisənin hzırdakı halının əvvəlki hallar tərəfindən müəyyənləşdirilməsi fərziyyəsidir. Başqa sözlə, davranış və ya zehni hadisələr adətən səbəb və nəticə baxımından ifadə edilir. Bir fenomen kifayət qədər ümumi və geniş şəkildə təsdiqlənərsə, bu "qanun" adlandırıla bilər; psixoloji nəzəriyyələr qanunların təşkili və inteqrasiyasına xidmət edir.

Qarışıqlıq[redaktə | mənbəni redaktə et]

Elmin başqa bir rəhbər fikri, sadəlik axtarmaqdır. Məsələn, bir çox elm adamları razılaşır ki, əgər iki nəzəriyyə bir sıra eksperimental müşahidələrdə eyni şəkildə yaxşı işləyirsə, onların ikisindən daha sadə olanı seçilməlidir. Orta əsr ingilis filosofu William Occam tərəfindən sadəlik üçün erkən bir fərziyyə irəli sürülmüşdü və bu fərziyyəyə tez-tez Okkam ülgücü kimi istinad edilir.[4]

Əməli tərif[redaktə | mənbəni redaktə et]

Edward C. TolmanClark Hull kimi behaviorism sahəsində tanınmış psixoloqlar operativlik ideyasını və ya operativ tərifini tanıtdılar. Əməliyyatın tərifi konkret konkret, baxılan prosedurlar baxımından müəyyənləşdirilməsini nəzərdə tutur. Eksperimental psixoloqlar, zehniyyət zəncirləri ilə müşahidələrlə əlaqələndirərək, zehni hadisələr kimi gözləməz hadisələri müəyyən etməyə çalışırlar.[5]

Eksperimentlər[redaktə | mənbəni redaktə et]

Tədqiqatlarda, insan subyektləri, tədqiqatçının təlimatlarına uyğun olaraq, vizual, səs və ya da digər stimullara cavab verir; heyvanlar isə müvafiq cavablar vermək üçün mükafatlar vasitəsilə "təlimatlandırıla" bilər. 1990-cı illərdən etibarən kompüterlər laboratoriyada stimul təqdimatını və davranış ölçüsünü avtomatlaşdırmaq üçün istifadə edilmişdir. Həm insanlar, həm də heyvanlar ilə davranış tədqiqatları adətən reaksiyanın vaxtını, iki və ya daha çox alternativ arasında seçimi və / və ya cavab dərəcəsini və ya gücünü ölçür; hərəkətləri, üz ifadələrini və ya digər davranışlarını da qeyd olunur. İnsan subyektləri ilə aparılan tədqiqatlarda, təcrübi prosedurlar zamanı, əvvəl və sonra yazılı cavablar alına bilər. Digər tərəfdən, psixofizioloji tədqiqatlar, fMRI, EEG, PET və ya oxşar kimi üsullardan istifadə edərək, bir stimul təqdim olunarkən beyin və ya (əsasən heyvanlarda) tək-hüceyrəli aktivliyin ölçülməsindən ibarətdir.

Kənar dəyişənlərə nəzarət, tədqiqaçı kənar təsirinin potensial minimuma endirilməsi, adektvat nümunə ölçüsü, əməli təriflərdən istifadə, etibarlılıqdəqiqlik haqda məlumatların vurğulanması, və nəticələrin müvafiq statistik təhlili psixologiyanın əsas eksperimental metodlarındandır . Bu məsələlərin dərk edilməsi demək olar ki, bütün psixologiya sahələrində nəticələrin təfsiri üçün vacibdir və psixologiya üzrə bakalavr proqramlarında adətən tədqiqat metodları və statistika üzrə zəruri dərslərdə keçilir.

Mühüm təcrübə eyni zamanda bir neçə fərziyyəni test etmək üçün nəzərdə tutulan bir tədqiqatdır. İdeal olaraq, bir fərziyyə təsdiq edilir və bütün digərləri rədd edilir. Lakin, nəticələr bir neçə fərziyyəyə də uyğun ola bilər və bu halda müvafiq fərziyyələrin sayını daraltmaq üçün gələcəkdə əlavə tədqiqatlar olunmalıdır.

Pilot tədqiqat, müxtəlif prosedurları nəzərdən keçirmək, eksperimental dəyişənlərin optimal dəyərlərini müəyyən etmək və ya eksperimental dizaynın zəifliklərini ortaya çıxartmaq üçün əsas tədqiqata başlamazdan əvvəl həyata keçirilə bilər. Pilot tədqiqatın eksperimental dizaynda olması vacib deyil; məsələn, öz-hesabatdan da ibarət ola bilər.[6]

Sahə təcrübəsi iştirakçıların laboratoriya xaricində real şəraitdə müşahidə edilməsinə deyilir. Sahə təcrübəsində ətraf mühitin bir hissəsinin ( sahə ) idarəli bir şəkildə manipulyasiya edildir (məsələn, tədqiqatçılar uşaq bağçasında iki müxtəlif uşaq qrupuna müxtəlif növ oyuncaqlar verməklə) və sahə araşdırmalarından fərqlənir.[7]

Keys üsulu, müsahibə, rəy sorğusutəbii müşahidə kimi digər tədqiqat üsulları da psixoloqlar tərəfindən tez-tez istifadə olunur. Bunlar eksperimental üsullar deyil, çünki istənməyən xarici dəyişənlərdən təcrid olunmayıblar, nəzarət olunan dəyişənlər və s. kimi aspektləri yoxdur.

Etibarlılıq və dəqiqlik[redaktə | mənbəni redaktə et]

Etibarlılıq[redaktə | mənbəni redaktə et]

Etibarlılıq müşahidənin tutarlılığını və ya alınan nəticələrin təkrarlabilənliyini ölçür. Məsələn etibarlılığı qiymətləndirmək üçün bir qrup iştirakçının bir zamanda ölçülməsi və nəticələrin ardıcıl olub-olmadığını yoxlamaq üçün onları ikinci dəfə sınaqdan keçirilməsindən ibarət olan "test-retest" ("test-təkrar test") üsulundan istifadə oluna bilər.

Dəqiqlik[redaktə | mənbəni redaktə et]

Dəqiqlik bir təcrübədən əldə edilən nəticələrin düzgünlüyünü və dəqiqliyini ölçür. Dəqiqliyi müəyyən etmək üçün onu bir meyarla müqayisə etmək lazımdır. Məsələn, akademik qabiliyyət imtahanının dəqiqliyini müəyyən etmək üçün bu test bir qrup tələbəyə verilir və əldə olunan nəticələrin həmin qrupdakı fərdlərin sinif ortalamaları ilə əlaqəli olduğu aşkarlanır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Pashler, H. (Ed)(2002) Stevens' Handbook of Experimental Psychology; New York: Wiley
  2. "Who Is the Founder of Psychophysics and Experimental Psychology?". American Journal of Islamic Social Sciences. 16. 1999.
  3. Abramson, P.R. (1992) A case for case studies: An immigrant's journal. Newbury Park, CA: Sage Publications.
  4. Duffy, M. (1993). Occam's razor. London: Sinclair- Stevenson.
  5. "The vocabulary of anglophone psychology in the context of other subjects". History of Psychology. 16 (1): 36–56. 2013. doi:10.1037/a0030532. PMID 23394175.
  6. McGuigan, F.J. (1997) Experimental Psychology: Methods of Research. New Jersey: Prentice-Hall.
  7. Levine, G., Parkinson, S (1994) Experimental methods in psychology. Hillsdale, NJ: Lawrence Erlbaum Associates.