Edvard Maletski

Edvard Maletski | |
---|---|
pol. Edward Małecki | |
Vəfat tarixi | 15 yanvar 2019 |
Vəfat yeri | Varşava, Polşa |
Vətəndaşlıq | ![]() ![]() |
Milliyyəti | Polyak |
Fəaliyyəti | Siyasətçi, ictimai xadim, siyasi fəal |
Mükafatları | Polşanın Dirçəlişi Ordeni |
Edvard Maletski (pol. Edward Małecki; bilinmir – 15 yanvar 2019, Varşava, Polşa) — Polşa siyasətçisi, ictimai xadimi, Polşa Xalq Respublikası dövründə demokratik müxalifətin fəalı.
Bioqrafiya[redaktə | əsas redaktə]
1970-ci və 1980-ci illərdə Maletski Polşa Xalq Respublikasındakı müxalifətlə yaxından maraqlanırdı və bir neçə təşkilatın üzvü idi.[1] Maletski Polşanın kommunist rejimdən demokratik-kapitalist bir cəmiyyətə keçdiyi dövrdə, 1990-cı ilin may ayındakı ilk yerli hökumət seçkilərində öz namizədliyini irəli sürmüş və Varşava şəhərinin Praqa-Poludniye dzelniçasının meri seçilmişdir. O, bu vəzifədə 1990–1992-ci illərdə çalışmışdır.[2] O, siyasi və ictimai fəallığına görə Polşanın Dirçəlişi Ordeninə layiq görülmüşdür. Edvard Maletski 15 yanvar 2019-cu ildə vəfat etmişdir. O, Varşavadakı Brodno qəbiristanlığında dəfn edilmişdir.[3]
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ "Z żałobnej karty" (pl). sws.org.pl. Arxivləşdirilib: [1] saytından 15 yanvar 2019 tarixində. http://archive.fo/54UZF. İstifadə tarixi: 15 yanvar 2019.
- ↑ "Edward Małecki" (pl). nekrologi.wyborcza.pl. http://nekrologi.wyborcza.pl/0,11,,438029,Edward-Ma%C5%82ecki-kondolencje.html. İstifadə tarixi: 15 yanvar 2019.
- ↑ "Bolesna strata" (pl). pragapld.waw.pl. http://www.pragapld.waw.pl/bolesna-strata-2019.html. İstifadə tarixi: 15 yanvar 2019.
This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.