Eduard Brenli

Eduard Yucin Dizayr Brenli (23 oktyabr 1844 - 24 mart 1940) — Parisin Katolik İnstitutunda fransız ixtiraçı, fizik və professorlardan biri idi. O ilk növbədə, simsiz teleqrafın və 1890-cı illər ərzindəki Brenlinin dalğa reseptorunu ixtira etməklə tanındı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Eduard Brenli 23 oktyabr 1844-cü ildə doğulmuşdu. Eduard Brenli 1940-cı ildə vəfat etdi. Onun cənazə mərasimi Parisin Notr-dam kilsəsində baş tutdu və Fransanın o zamanki prezidenti, Albert Lebrun da iştirak etdi.

O, Parisdə Pere Laçois Qəbiristanlığında (Père Lachaise Cemetery) dəfn edildi.

Dalğa reseptoru[redaktə | mənbəni redaktə et]

Dalğa reseptoru radio kommunikasiyası üçün ilk geniş ölçüdə istifadə edilən detektor idi.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Brenli düz üç dəfə Nobel mükafatı lauretı olmaq üçün namizədliyini irəli sürdü, lakin heç birində bu mükafatı ala bilmədi. 1911-ci ildə o,öz rəqibi Mariya Küriyə qalib gələrək Fransa Elmlər Akademiyasına seçildi. Hər ikisi Akademiyada rəqib idilər: o bir qadın və o bir dindar katolik, hansı ki, Parisin Katolik Universitetində bir kürsü üçün Sorbonneni tərk etmişdi. Brenli nəhayət iki səslə seçilərək qalib gəldi. 1936-cı ildə o, Papa Elmlər Akademiyasına seçildi.