Dschinghis Khan (mahnı)

Wikipedia open wikipedia design.

Dschinghis Khan
İfaçı Dschinghis Khan qrupu
Albom Dschinghis Khan
Yayımlanıb 1979
Yazılıb 1979
Janr disko
Dil alman
Müddəti 3:00
Studiya Jupiter Records
Bəstəkar Ralf Zigel
Sözlərin müəllifi Bernd Maynunger
Prodüser Bernd Maynunger
1979 Avroviziya Müsabiqəsi
Milli seçim
Ölkə Almaniya
Təmsilçi Dschinghis Khan
Mahnı Dschinghis Khan
Mahnının dili alman
Musiqisi Ralf Zigel
Sözləri Bernd Maynunger
Nəticələr
Final nəticəsi 4 yer, 86 xal.

Dschinghis Khan ("Çingiz xan") — Qərbi Almaniyanı 1979-cu il Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Dschinghis Khan qrupunun ifa etdiyi mahnı. Bu mahnının motivləri əsasında 1997-ci ildə finlandiyalı müğənni Frederik, 1980-lərdə kantopop stilindəki ifaçı Corc Lam və 2008-ci ildə yapon Berryz Kobo qrupu tərəfindən kaver versiyalar ifa olunmuşdur,

Orijinal ifa[redaktə | əsas redaktə]

Mahnı müsabiqədə doqquzuncu yerdə ifa edildi və səsvermənin nəticəsində 86 xalla 19 iştirakçı arasında 4-cü oldu[1]. Mahnının müəllifləri - bəstəkar Ralf Zigel və sözlərin müəllifi Bernd Maynunger bu mahnını disko-musiqisinin, xüsusilə Boney M qrupunun mahnılarının təsiri altında yazıblar. Mahnının adından göründüyü kimi, o monqol hökmdarı Çingiz xandan bəhs edir. Mahnının sözlərinə əsasən, Çingiz xan öz gücünə görə heç kimin ona qarşı qoya bilmədiyinə görə düşmənlərinə gülür və cinsi həyatının aktivliyi ilə qürrələnir (onu sevməyən qadın yoxdur, o bir gecədə yeddi uşaq atası olur)[2].

Çartlar[redaktə | əsas redaktə]

Sinql Çart Yeri

[3]

Dschinghis Khan Avstriya Avstriya sinql-çartı[4] 8
Almaniya Almaniya sinql-çartı[5] 1
Norveç Norveç sinql-çartı[6] 3
İsveçrə İsveçrə sinql-çartı[7] 3

Frederikin versiyası[redaktə | əsas redaktə]

Fin ifaçısı Frederik Tsingis Khan adlı mahnısını özünün eyniadlı albomuna daxil edib. Fin dilindəki sözlər Yuxa Vaynio tərəfindən yazılıb. Müğənninin öz saytında verdiyi məlumata görə, mahnının bəstəkarı Ralf Zigel bu versiyanın orijinaldan daha yaxşı alındığını bildirib[8].

Digər versiyalar[redaktə | əsas redaktə]

1979-cu ildə Royal Sprites Tayland qrupu tərəfindən ifa olunmuşdur[9][10][11].

"Sin Amor" adlı ispan versiyasını 1979-cu ildə ifaçı Ivan oxumuşdur[12].

İstinadlar[redaktə | əsas redaktə]

  1. "Eurovision Song Contest 1979". 2012-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-24.
  2. «Dschinghis Khan» lyrics, Diggiloo.net
  3. лучшая позиция
  4. "Австрийский сингл-чарт". Austria Top 40. 2012-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-16.
  5. "Германский сингл-чарт". Charts-Surfer. 2004-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-16.
  6. "Норвежский сингл-чарт". VG-lista. 2012-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-16.
  7. "Швейцарский сингл-чарт". Schweizer Hitparade. 2012-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-16.
  8. Bio, Frederik official website(fin.)
  9. Browse by Label: ZUDRANGMA (THAILAND)
  10. โบ๊ท สมบูรณ์ (2014-12-25). "เจงกิสข่าน รอยัลสไปรท์ส2". İstifadə tarixi: 2016-03-13.
  11. "Royal Sprites - เจงกิสข่าน". Discogs. İstifadə tarixi: 2016-03-13.
  12. MERCA8083 (2009-04-03). "IVAN - SIN AMOR". İstifadə tarixi: 2016-03-13.

Xarici keçidlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

  • Oriflame Üyelik
  • Destek