Dolomit

Dolomit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
CaMg(CO₃)₂[1]
Strunz təsnifatı V/B.03[2]
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dolomit CaMg [CO3]2 — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Növ müxtəliflikləri[redaktə | mənbəni redaktə et]

Dəmir-, manqan- və qurğuşunlu dolomitlər.

Xassələri[redaktə | mənbəni redaktə et]

Rəng – rəngsiz, ağ, boz, sarı, qonuru, yaşılımtıl, qırmızımtıl, qəhvəyi, nisbətən az hallarda – cəhrayı, yaşıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, xırdadənəli və gizlikristallik aqreqatlarda–tutqun, kristallarda–sədəfi; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,85-3,00; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli, farforabənzər əmələgəlmələrdə – qabıqvari, pizolitlərdə – qınabənzər; Lüminessensiya – katod şüalarında narıncı-qırmızı; Morfologiya – kristallar: adətən yəhərvarı əyilmiş üzlərlə səciyyələnən rombik; İkiləşmə: {0001}, {1010}, {1120} və {0221} üzrə tez-tez rast gəlir; qarşılıqlı nüfuzetmə və polisintetik; Mineral aqreqatları: kobud- və incədənəli, sıx, farforabənzər kütlələr, pizolitlər.

Mənşəyi və yayılması[redaktə | mənbəni redaktə et]

Əsas etibarilə dəniz hövzələrində xemogen-çökmə yolla əmələ gəlir. Böyük qalınlıqlı dolomit qatları çox vaxt əvvəl çökmüş əhəngdaşlarının maqnezial duzlarla əvəzlənməsi nəticəsində formalaşır. Mineralın iri yığınları həmçinin bir çox karbonatitlərlə bağlıdır. Dolomitin başqa karbonatlar, sulfidlər, kvars, barit, flüorit və s. ilə assosiasiya təşkil edən hidrotermal əmələgəlmələrinə nisbətən az rast gəlinir. Hidrotermal-dəyişilmiş hiperbazitlərdə qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, maqnezit, gips, anhidrit, kvars, qalenit, sfalerit və b. Mineralın tapıldığı yerlər: Moskva və Perm vilayətləri, Kunqur hövzəsi, Tuva (Rusiya); Balxaş gölü (Qazaxıstan); Stromberq, Xunsryuk (Almaniya); Celfa (Əlcəzair); Nyu-York və Yuta şt. (ABŞ); İsveçrə və b. Azərbaycanda bir sıra dolomit və dolomitləşmiş əhəngdaşı yataqları məlumdur: Nehrəm (Naxçıvan MR, Babək r-nu), Binəqədi (Abşeron y-ad.), Təgircal (Qusar r-nu); Boyanata və Qələndərtəpə yataqlar qrupu, Keçiqaya (Qobustan r-nu). Kiçik Qafqazın dəyişilmiş ultraəsasi süxurlarında, Mehmana qrupunun qurğuşun-sink yataqlarının filizlərində və b. rast gəlir.

Tətbiqi[redaktə | mənbəni redaktə et]

Tikinti işlərində, metallurgiya, kimya, keramika, şüşə sənayesində, kənd təsərrüfatında istifadə edilən çoxsahəli təyinatlı xammaldır. Şəffaf gözəl rəngli növ müxtəliflikləri bəzən zərgərlikdə tətbiq olunur.

Qırıntı dolomitlər[redaktə | mənbəni redaktə et]

Qırıntı dolomitlər, karbonat və ya gilli karbonat sementlə sementləşmiş dolomit qırıntılarından təşkil olun­muş süxur. Dolomitli konqlomeratlar, konqlomerat-brekçiyalar, brekçiya-qra­ve­litlər və qumdaşları məlum­dur. Mənşəyinə görə konsedimentasion və ya törəmə ola bilərlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. rruff. International Mineralogical Association, Arizona Universiteti.
  2. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Dolomite // Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]